Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Bakı şəhəri Xəzər rayonun 229 saylı körpələr evi uşaq baxcasının müdiri Ellada Səlimova barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..
...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Xəzər rayon 229 saylı körpələr evi uşaq baxcasının müdiri Ellada Səlimova Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahibidir.
...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir təhsil məmuru haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün təhsil məmurlarının böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Xəzər rayon 229 saylı körpələr evi uşaq baxcasının müdiri Ellada Səlimova vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən baxca müdirlərindəndir.
...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Ellada Səlimovanı yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Ellada xanımla görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.
YAZIYA KİCİK BİR SÖZARDI
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyir prezident İlham Əliyev!
Xəzər rayon 229 saylı körpələr evi uşaq baxcasının müdiri Ellada Səlimovanın Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Ellada xanımın fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.
... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Xəzər rayon 229 saylı körpələr evi uşaq baxcasının müdiri Ellada Səlimovanı tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.
... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı!P.S:
Xəzər rayon 229 saylı körpələr evi uşaq baxcasının müdiri Ellada Səlimova əməkdaşımızla söhbətində deyib:
- Fevralın 7-də ölkəmizdə tarixi bir gün yaşandı. Müdrik xalqımız Azərbaycanın dövlətçilik tarixinə öz şanlı möhürünü vurdu. Hamılıqla, həmrəyliklə hər kəs seçki məntəqələrinə üz tutaraq öz tarixi seçimini etdi. Azərbaycan xalqı bu dəfə də inkişafa, tərəqqiyə, sabitliyə, əmin-amanlığa səs verərək kamil, müdrik bir xalq olduğunu bir daha göstərdi. Seçki günü vətəndaşlarımızın fəallığı mənə 2020-ci ilin 27 sentyabr tarixini xatırlatdı. Həmin vaxt insanlarımız yaşından asılı olmayaraq, dəstə-dəstə hərbi komissarlıqlara necə üz tuturdularsa, seçki məntəqələrinə də o cür istəklə, həvəslə gedirdilər. Baxın, budur Azərbaycan xalqının uğurlarının, qələbələrinin, misilsiz nailiyyətlərinin sirri - birlik və həmrəylik. Seçkilərin nəticələri göstərir ki, vətəndaşlarımız öz xoşbəxt gələcəyini, firavan həyatını, dövlətimizin daha da inkişafını, eləcə də dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin möhkəmlənməsini cənab İlham Heydər oğlu Əliyevin ölkəyə rəhbərliyinin davamında görürlər. Xalqımız bu qənaətə, təbii ki, ölkəmizin son 20 ildə qazandığı uğurları, Heydər Əliyev siyasi kursunun effektiv nəticələrini görərək gəlib.Bəli, ilk dəfə Azərbaycanın bütün ərazilərində keçirilən seçkilərin nəticəsində İlham Əliyev 92,12 % səs çoxluğu ilə beşinci dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçildi. Bu, ölkə ərazisində vətəndaşlar tərəfindən böyük sevinclə qarşılandı. İlkin nəticələr açıqlanandan ölkədə konsert tədbirləri, atəşfəşanlıq başlanıldı. Hər kəs bu seçkinin tarixə həkk olunduğunu böyük sevinclə dilə gətirir.Bu, Azərbaycan Liderinin, Prezindentinin necə böyük qüdrətə malik olduğunu və xalqla birlikdə nələrə qadir olduğunu göstərir. Cənab Prezidentin illərlə apardığı uğurlu daxili və xarici siyasət, təhlükəsizliklə bağlı siyasət Azərbaycanı böyük zəfərə gətirib çıxardı. İlk dəfə idi ki, bütöv Azərbaycan ərazisində seçki keçirilirdi. Azərbaycan suveren dövlət olaraq hər bir qarışında xalqını seçkiyə səsləyə bildi. Bu, müstəqil Azərbaycan tarixində ilk idi. Bu Azərbaycan xalqının qüruru idi və Cənab Prezident bunu qaytardı. Xalqımızın da Cənab Prezidentə olan mənəvi bir borcu vardı. Bu mənəvi borc elə bir borcdur ki, heç bir zaman onu qaytara bilmərik. Sadəcə olaraq qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytarmalı idi və qaytardı. Hesab edirəm ki, bu gün seçkiləri izləyən istər Qərb tərəfdən gələn müşahidəçilər, istər digər dövlətlərdən, beynəlxalq təşkilatlar tərəfindən gələn müşahidəçilər bu məsələyə vicdanla, şərəflə baxsalar, görərdilər ki, insanlar necə yüksək əhval-ruhiyyə, necə sevinclə bu seçkiyə qatılmışdılar. İnandırım ki, Azərbaycan xalqı elə bu cür sevincli seçkilərə qatılmağa layiq olan xalqdır. Biz hər zaman qonşu dövlətlərdə, xüsusən qonşu Türkiyədə insanların seçkilərə sevinclə qatıldığını görmüşdük. Bu il keçirilən seçkilərdə bunu Azərbaycanda da görə bildik. İnsanlar öz qohumlarını, dostlarını, ailəsini yığaraq seçkilərdə iştirak etməyi, vətəndaşlıq borcunu yerinə yetirməyi çox açıq formada nümayiş etdirirdilər. Bu da onu göstərdi ki, Azərbaycan xalqı illərlə seçkilərə böyük ümidlərlə getmiş, öz liderini seçmiş və ona böyük ümidlər bəsləmişdir. Bu gün isə artıq Azərbaycan xalqı o ümidlərin reallığa çevrildiyini gördü.
Xalq həm də özü ilə fəxr etdi ki, illər öncə Cənab Prezidentə, ondan öncə də Ulu Öndərimizə etimad göstərərək dövlətimizin Prezidenti olmasına şərait yaratmışıq. Biz həqiqətən də düzgün seçim etmişik ki, bu gün Cənab Prezidentimiz Ulu Öndərimizin layiqli siyasi davamçısı olaraq, onun siyasi vəsiyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş və Azərbaycan xalqını qürurlandırmışdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı da Cənab Prezidentimizə olan mənəvi borcunu seçkilərdə ödəmək istəyirdi. Dünyanın hər bir ölkəsindən Azərbaycanda gedən seçkiləri izləmək mümkün idi. Azərbaycanda 1000-dən çox veb-kameralar quraşdırılıb və MSK-nın internet saytına daxil olmaqla həmin kameralar vasitəsilə seçki prosesini izləmək mümkün oldu.
Bu gün fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gələn İlham Əliyevin andiçmə mərasimi kecirildi.Qeyd edək ki, Konstitusiya Məhkəməsi Azərbaycan Prezidenti seçkilərinin nəticələrini təsdiqləyib, seçkilərdə ən çox səs toplamış, namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev Prezident elan edilib. Konstitusiyanın 103-cü maddəsinə əsasən, Azərbaycan Prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.
Bəli, artıq bizi böyük və uğurlu gələcək gözləyir. Azərbaycan böyük inkişafa gedəcək. Hesab edirəm ki, bundan sonra Azərbaycan tam fərqli formada inkişaf edərək güclü bir dövlətə çeviriləcək və xalqımız öz liderinin yanında möhkəm dayanaraq Azərbaycanı zirvəyə aparmağa, böyük hədəflərə çatmasına şərait yaradacaqdır.
Azərbaycan xalqını təbrik edirəm! Biz bildirməliyik ki, Azərbaycan xalqı bu gün qürurla yaşayır. Qürurludur ona görə ki, illərdir etimad etdiyi, dəstək göstərdiyi lideri onların etimadını doğrultdu. Azərbaycan xalqı qürurla gedib etimadı doğruldan şəxsə səslərini verdi. Həm də ona görə qürurludur ki, bütün işğaldan azad edilmiş ərazilərin hər birində seçki məntəqələri quruldu. Xalqımız bununla fəxr edir. Biz artıq zirvədən zirvəyə doğru addımlayan dövlətik, xalqıq!Azerinform.az