Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkərin ad günü olub.
Axşam.az-ın məlumatına görə, ifaçı övladının özəl gününü şəhər restoranlarından birində qeyd edib.
M.İsgəndərlinin qızının ad günündən videolar sosial şəbəkədə paylaşılıb.
"Gecədə müğənnilərdən Kərim Abbasov və Elvin Abdullayev yer alıb. Məclisə ancaq ailə dostlarımızı dəvət etmişdik. Qızıma böyük gül dəstəsi hədiyyə gəldi. Kimin göndərdiyini bilmirik, sürpriz oldu" deyə, M.İsgəndərli əməkdaşımızla söhbətində deyib.
Qeyd edək ki, M.İsgəndərlinin Kərim adlı bir oğlu da var.