Mirzə Quluyev: "Ərazi bütövlüyümüzün bərpa edilməsi bütün dövrlərdə İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olmuşdur"

11:26 8.11.2023 3 963
Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarını azad etməklə Böyük Qələbəni qazandı. Bu dünya tarixində görünməmiş Vətən müharibəsi idi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub.

Bu möhtəşəm uğurun nəticəsi olaraq Zəfər Paradının keçirilməsi bir daha güclü ölkəmizin qalibiyyətini əks etdirdi. Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir. Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlar və mülki işçilər müxtəlif orden və medallarla təltif edilmişdir. Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub.

2020-ci ilin 10 noyabr tarixində Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarılaraq, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı. Düşmən ölkə döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla və kasetli bombalarla atəşə tutulmuşdur. Düşmən atəşi nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub.

Bu Qələbənin səbəbkarı həmçinin Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.

Bu gün Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev xilaskar liderdir. Çünki məhz İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü.


Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan Azərbaycan xalqına müraciətində söyləyib ki, İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Dövlətimizin başçısı deyib ki, bu, qəhrəmanlıq dastanıdır, bu, misli görünməmiş qəhrəmanlıqdır: «İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Bizi qabağa aparan məhz bu idi».

Bəli, İkinci Qarabağ müharibəsindəki Qələbə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir və qələbəmizin hər ilini böyük uğurla başa vururuq. Böyük qürur hissi keçiririk ki, bu qələbə və uğurlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən son 20 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyasının və «Dəmir yumruq» əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusunun yüksək döyüş bacarığının bütün dünyaya nümayişi idi. Bu, həm də bir daha nümayiş etdirdi ki, güclü, qüdrətli, yüz minlik ordunu heç kim dayandıra bilməz! Çünki bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında da göstərib: «Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur. Çünki ordu xalqın bir hissəsidir. Orduda xidmət edən xalqın övladlarıdır, bizim yetişdirdiyimiz uşaqlardır».

Məhz Qalib Sərkərdəmiz 2020-ci ildə Vətən müharibəsində «Dəmir yumruq» əməliyyatı ilə cəmi 44 günə Ermənistanı diz çökdürdü, 30 illik həsrətə son qoyaraq bu gün Xankəndidə üçrəngli Bayrağımız ucaltdı. Bəlkə də çoxlarımız yaşadığımız bu tarixi günlərin mahiyyətini lazımınca dərk edə bilmirik. Xankəndidə dövlət bayrağını qürurla qaldıran Qalib sərkərdəmiz, Prezident İlham Əliyevin də dediyi kimi, bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu qüruru, sevinci bizlərə yaşadan, qalib Azərbaycanın memarı müzəffər Ali Baş Komandan İlham Əliyevdir. 20 il ərzində həyata keçirilən siyasətin yalnız bir amalı, məqsədi vardı - işğal faktına son qoyaraq suverenliyimizin tam bərpası!. Dünya Azərbaycanın gücünə, qüdrətinə şahidlik etdi.

Bu gün məğlub Ermənistan sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirərək vaxt istədi. Amma yenə də erməni məkri özünü büruzə verdi və havadarlarına arxalanan Ermənistan sülh müqaviləsi imzalamaqdan boyun qaçırır. Nə vaxta kimi? Nəticə nə oldu? Bu il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri antiterror tədbirləri nəticəsində separatçıları 23 saat ərzində məhv etdi və qondarma qurum ləğv edildi, oktyabrın 15-də tariximizə daha bir şanlı səhifə yazıldı. Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan üçrəngli məğrur bayrağımızı Xankəndidə, Xocalıda, Xocavənd şəhərində dalğalandırdı. Bununla da Azərbaycanın suverenliyi tam təmin edildi.

Qalib sərkərdəmiz İlham Əliyev Xankəndidə bayrağımızı ucaltdıqdan sonra xalqa müraciətində dedi: "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Bəli, bu gün Qalib Sərkərdə vaxtilə xalqımıza qarşı etnik təmizləmə siyasətinin başladığı meydanda dalğalanan Azərbaycan bayrağının kölgəsində xalqı qarşısında qürurla, alnıaçıq şəkildə səmimi duyğuları ilə hesabat verir. Bütün bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin qalib ölkənin, qalib Sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığı, xalqımızın alternativsiz lideri, yeganə inam ünvanıdır, xilaskardır, qəhrəmandır. Və Prezident İlham Əliyevin adı xalqımız, dövlətimiz var olduqca, əsrlər boyu tarixdə ən böyük Xilaskar, Qəhrəman kimi anılacaqdır!


Mirzə Quluyev, 
İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,

Azerinform.az

Oxşar xəbərlər

XƏBƏR LENTİ

01:32

İsmayıllının icra başcısından Mehriban xanım Əliyevaya MÜRACİƏT: "İnanın mən artıq intihar həddinə çatmışam..."

23:01

Navalnı necə öldürülüb? - Bu informasiyanı verəcək şəxsə 50 min avro vəd edildi

22:59

Kemeron: “Putin Ukrayna ilə bağlı səhv edib”

22:57

Prezident onu nazir müavini təyin etdi - FOTO

22:54

Paşinyanın partiyasından Zelenski AÇIQLAMASI

22:53

Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub

23:36

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədidə gənclərlə görüş keçirib

00:10

Azərbaycan Universitetinin tələbəsi həbs edildi - ŞOK SƏBƏB

15:20

Ağdamda otel tikən "Oskat" şirkəti fəhlələrin başına OYUN ACIR - VİDEO

22:37

Türkiyə və Azərbaycanla bağlı kritik qərar: - İrəvanda hazırlıq başladı

22:24

"Şirkət rəhbəri arvadını boşayır, başlayır saxta sənədlə mənzil satmağa..." - NƏ ETMƏLİ?

02:50

İsrail pilotsuz təyyarə ilə HƏMAS-ın Livandakı komandirinin avtomobilini vursada, o sağ qalıb - Mənbə

22:43

Köhnə palan ici tökənlər və ya əslində Anar Məmmədov KİMDİR...

19:00

Bakcell Qarabağda xidmət mərkəzlərinin sayını artıracaq

17:00

“CityNet” indi “Nar” mağazalarında

12:39

“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir

22:12

Qalib Azərbaycan xalqı bu seçkilərdə də öz rəhbərinin yanında olacaq

14:34

“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu oldu

02:41

Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında növbəti şura iclası keçirilib - FOTO

16:30

Xankəndi şəhərində ilk mobil operator mağazası fəaliyyətə başladı

15:38

“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü

22:09

Rusiyada Alla Puqaçovanın qızının konserti ləğv edilib

04:24

"Müstəmləkəçi Fransa demokratiya və ədalət vəd edən beynəlxalq təşkilatlara üzv olmamalıdır" - HƏQİQƏTƏN DƏ...

04:18

İrəvanın desturuktiv mövqeyi: - Dəhlizin açılması "Dəmir yumruq" vasitəsilə həyata keçiriləcək

00:45

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

00:42

İnteqrasiya prosesləri könüllülük əsasında həyata keçirilməlidir

22:14

Elektron tullantılar təbiətə və insan sağlamlığına zərər verir - Mütəxəssis

22:33

ATİAHİ-nın Balakən rayon Komitəsində Ramazan Molulov RÜZİGARI - Səttar Mehbalıyevin nəzərinə!

19:21

Ehtiyacı olanlara əl tutmaq, maddi kömək göstərmək - xeyriyyəçilik sosial kateqoriya sisteminə aiddir

04:17

Agsu rayon Mərkəzi Xəstəxanasında şəhid həkim Şahin Quliyevin ad gunu yad edilmişdir - FOTOLAR

23:13

Elektromobil satışında artım, yenilənən avtopark... "2024-cü il avtomobil sektoru üçün daha məhsuldar olacaq"

11:49

"Cənab Vilayət Eyvazov, ümidim Sizədir" - Cəlilabadlı iş adamı Rusiya vətəndaşı CARƏSİZ DURUMDA

12:00

“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır

14:00

“Nar” satış şəbəkəsinin təmsilçiləri ilə görüş keçirib