Füzulinin yeni növrağı...

04:44 6.11.2023 1 875
Respublikamızın iri yaşayış məntəqələrindən olan Fuzuli rayonu 1827-ci ildə yaranmışdır. Həmin vaxtdan formalaşmış və Qarabulaq adlanan yaşayış məntəqəsinin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin rayonu adlandırılmışdır. Rayonun mərkəzi Qaryagin qəsəbəsi olmaqla Qozlucayboyu, Kondələnboyu, Arazboyu və Fuzuli – Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir. Zəngin infrastruktur və tarixi abidələrə malik olan ərazidir. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.

Dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə mütəşəkkil, qüdrətli ordu formalaşdı və onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yarandı. Ümummilli Liderimizin əsasını qoyduğu milli dövlət quruculuğu və Azərbaycan Ordusunun müasir səviyyədə qurularaq gücləndirilməsi prosesinin düzgün inkişaf etdirilməsi nəticəsində ordumuzun formalaşdırılması, torpaqlarımızın layiqli şəkildə qorunması işinin təşkili istiqamətində qəti addımlar atıldı. Bu gün qürur hissilə deyə bilərik ki, dö­yüşlərin ilk günündən igid əsgər və za­bitlərimiz doğma torpaqlarımızın azadlığı uğrunda böyük şücaətlər və qəhrəman­lıqlar göstərmişdir. 

Füzuli rayonunun azad edilməsi uğ­runda savaş Azərbaycan Ordusunun İkin­ci Qarabağ müharibəsində cənub-şərq istiqamətində apardığı ən əhəmiyyətli döyüşlərdən biri kimi tarixə düşmüşdür. Hərbi ekspertlər bildirirlər ki, döyüşlərin ilk saatlarından Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarıl­ması ordumuza strateji üstünlüklər ver­mişdir. 

Bununla belə bir həqiqəti söyləmək lazımdır ki, Füzuli uğrunda savaş Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Belə ki, bu ərazidə 30 il ər­zində düşmən cəbhənin təmas xəttində möhkəm istehkamlar qurmuşdu. Bir çox­ları Füzulini işğaldan azad etmək üçün həftələrlə, bəlkə də aylarla vaxt lazım olacağını düşünürdü. 

Azərbaycan əsgəri Vətən torpaqları naminə bütün maneələri ildırım sürətilə keçməyə qadir olduğunu bir daha sübut etdi. Dünya şokda idi. Yeri gəlmişkən, ordumuz Şuşada da düşmənə və bütün dünyaya belə bir şoku yenidən yaşada­caqdı... 

Bəli, Azərbaycan Ordusu bu is­tiqamətdə yüksək peşəkarlıq və döyüş əzmi nümayiş etdirərək, 2020-ci il oktyab-rın 17-də Füzuli şəhəri daxil olmaqla, rayonun Qoçəhmədli, Çimən, Cuvar­lı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini işğaldan azad etdi. Bir daha vurğulamaq istəyirik: Bu tarixi qələbə 44 günlük şanlı savaşın gedişatında həlledi­ci mərhələlərdən biri idi! 

Xatırladaq ki, Füzuli şəhəri və rayo­nun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfin­dən işğal olunmuşdur. Ermənistanın si­lahlı qüvvələri ilə mübarizədə 663 nəfər şəhid olmuş, 181 nəfər əsir və itkin düş­müşdür.

5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hü­cumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olun­muşdur. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. 

Hazırda rayonun əhalisi təxminən 144 min nəfərdir. Məlumat üçün bildirək ki, Füzuli rayonu bərəkətli əkin torpaq­larına malikdir. Ərazidəki Quruçay, Kön­dələnçay, Çərəkən çayları Araz hövzə­sinin çaylarıdır. Burada aqrar sahənin intensiv inkişafı üçün əlverişli şərait möv­cuddur. 

Hörmətli oxucular! Sizin üçün bu fak­tın da maraqlı olacağını düşünürük. Belə ki, Füzuli şəhərinin bünövrəsi hələ 1827-ciildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində dahi şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adı dəyişdirilərək Füzuli adlandırılmışdır. 

İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkiz­guşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsi­ni, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sən­duqə formalı qəbirdaşının üzərindəki tür­bəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Düşmən rayonun tarixi-mədəniyyət abidələrinin bir qismini vandalcasına da­ğıtmışdır. 

Deyirlər ki, haqq nazilər, üzülməz. Azərbaycan xalqı, təbii ki, heç vaxt doğ­ma Qarabağın işğalı ilə barışa bilməzdi. Bu mənəvi-psixoloji məqam ağır döyüş­lərdə də özünü göstərdi. Füzuli uğrun­da döyüşlərdə Milli Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdır. Bu gün bütün dünya etiraf edir ki, Azərbaycan Ordusu hazırda yüksək döyüş qabiliyyə­tinə və texniki təminata malikdir. 

2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edil­mişdir. Prezident İlham Əliyevin sərən­camı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əmə­liyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25 min 301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olun­muşdur.

Bu gün Füzuli rayonu və onun ya­şayış məntəqələri yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının iş­ğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı” böyük uğurla həyata keçirilir. 
Füzuli Rayon İcra Hakimiyyətinin  başçısı Alı Alıyev deyir:

-Cəmi 9 ayda Füzuli Beynəlxalq Hava Limanı inşa edilərək istifadəyə verilmişdir. Bu mühüm obyektin açılı­şı mərasimində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tay­yib Ərdoğan iştirak etmişlər. 

Son vaxtlar rayonun ərazisində çox sayda bağça, məktəb, xəstəxana tikilmiş, bir-birindən rahat yollar, yaraşıqlı parklar salınmış, yaşayış kompleksləri ucaldıl­mışdır. Bu istiqamətdə layihələrin icrası davam etdirilir. Füzuli rayonu sakinlərinin bir qismi artıq doğma yurd yerlərinə qa­yıtmışdır. 

Yeri gəlmişkən, Prezident İlham Əliyev oktyabrın 16-da Füzuli rayonuna səfər etmiş, burada bir sıra yeni sosi­al və infrastruktur layihələrinin təməlini qoymuşdur. Bəli, dahi şairin adını daşı­yan rayonumuzun, bütövlükdə Qarabağın yeni növrağı başlamışdır.


Balöglan MİRZƏLİ,
Azerinform.az

Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:45

"Qurtuluş 93” Yaşayış Kompleksində NƏ BAŞ VERİR - Məhərrəm Novruzovun işciləri yenə narazılıq yaradır - VİDEO

18:03

"Nar"dan sərfəli smartfon təklifi

00:29

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilir

18:04

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir

18:54

“Bakcell”in süni intellekt dəstəkli robotu insanları Bulvara çağırır

17:34

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir

21:08

Qardaşlıq münasibətləri

16:16

“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi

22:47

Gülhüseyn Talıbov üçün özəl gün

18:45

“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

15:53

Bakcell böyük dəyişiklər astanasında

23:33

Alim və oftalmoloq

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

15:24

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu