Tahir İmanov Bakı meriyasını niyə məhkəməyə verib?

22:30 27.04.2023 635
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib. "Qaynarinfo" xəbər verir ki, iddiaçı İmanov Tahir Qorxmaz oğludur. İş Bakı İnzibati Məhkəməsindədir. Artıq iş üzrə hakim təyin edilib. İmanov Tahir Qorxmaz oğlunun iddiasına hakim Nəriman Abıyevin sədrliyi ilə baxılacaq. İşin mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrdən ibarətdir. Xatırladaq ki, Tahir İmanov “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, əməkdar artistdir.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, çoxsaylı zənglərimiz cavabsız qaldı. Əməkdar artist Tahir İmanov isə məhkəmə ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi: "Bu haqda danışmaq istəmirəm. Yalnız sənətim və fəaliyyətimlə bağlı sualları cavablandıra bilərəm".

Bəs hansı halda İnzibati Məhkəməyə müraciət edilir?

Əsabəli Mustafayev: “Əsas məsələ məhkəmə sistemindəki korrupsiyanın aradan  götürülməsidir”
Əsabəli Mustafayev
Vəkil Əsabəli Mustafayev məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb: “Adından da göründüyü kimi, İnzibati Məhkəmə inzibati işlərə baxır. Burada bir tərəf mütləq inzibati orqan olmalıdır, sadə dillə desək, dövlət orqanı. Yalnız elə bir dövlət orqanı olmalıdır ki, özü müstəqil qərar qəbul edə bilir, məsələn, icra hakimiyyətləri, nazirliklər, komitələr, hüquq-mühafizə orqanları və sairə.
Burada şikayətin mahiyyətinə də baxmaq lazımdır. Məsələn, olur ki, vətəndaş hansısa dövlət orqanının qərarı ilə razılaşmır və onun barəsində İnzibati Məhkəməyə şikayət edir. Olur ki, vətəndaş icra hakimiyyətinə müraciət edir ki, ona ev növbəsi götürülsün, qurum bundan imtina edir, vətəndaş nəticə məhkəməyə müraciət edir. Yəni ortada ya hansısa qərar, ya da hərəkət və ya hərəkətsizlik olmalıdır. Məsələn, olur ki, vətəndaş hansısa məsələ ilə bağlı dövlət orqanına müraciət edir, çox sayda müraciətləri cavabsız qalır və buna görə hərəkətsizlikdən məhkəməyə müraciət edir.
O ki qaldı Tahir İmanovla bağlı məsələyə, əgər ortada torpaq məsələsi varsa, icra hakimiyyəti yalnız dövlət mülkiyyətində olan torpaq barəsində sərəncam verə bilər. Adətən bağ, mənzil tikintisi ilə bağlı olan torpaqların icra hakimiyyətinə aidiyyəti yoxdur, onlara bələdiyyələr baxır. Yəni icra hakimiyyəti yalnız ümumi istifadədə olan torpaq sahələrinə baxır, məsələn, küçələr, ictimai yerlərdə olan ərazilərə. Ola bilsin ki, bu cür yerlərdən torpaq sahəsi istənilsin və icra hakimiyyəti bundan imtina edib, sonda vətəndaş İnzibati Məhkəməyə müraciət edib. Belə olan halda məhkəmə işə baxacaq və məsələni mümkün, ya da mümkünsüz sayacaq".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko