Azərbaycanda əhaliyə koronavirusun daha təhlükəli mutasiyası ilə bağlı XƏBƏRDARLIQ

13:30 11.01.2021 844
Azərbaycanda əhaliyə koronavirusun daha təhlükəli mutasiyası ilə bağlı XƏBƏRDARLIQ

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev koronavirusdan sağalan şəxslərə müraciət edib. Azərbaycanlı alim Oxu.Az-a açıqlamasında virusun yeni mutasiyasının yaranmasının səbəbləri ilə bağlı bəzi qaranlıq məqamlara aydınlıq gətirib.

Onun sözlərinə görə, Cənubi Afrikada COVID-19-un İngiltərədə yayılmış yeni virus variantından fərqli daha bir mutasiyasına rast gəlinib:
“Bu gün elm İngiltərədə və Cənubi Afrikada yaranan mutasiya ilə bağlı tədqiqatlara ciddi məsuliyyətlə yanaşır. Ona görə də bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanın da bu mutasiyanın təqibi ilə məşğul olması mütləqdir. Cənubi Afrikada virusla bağlı tədqiqatlar aparılıb və son aparılan bir elmi tədqiqat insanlar arasında immunitetin formalaşması ilə bağlı olub”.

N.Abdullayev bildirib ki, tədqiqatla əhalinin təxminən 50 faizində immunitetin yarandığı müəyyən olunub: “Bu da əhali arasında yarana biləcək immunitet üçün çox böyük rəqəmdir və həm də təbii yolla qazanılmış immunitet anlamına gəlir. Amma belə bir zamanda virusun yeni mutasiyasına rast gəlinməsi artıq vəziyyəti daha da mürəkkəbləşdirir”.

Alim virusun yeni mutasiyasının necə meydana gəlməsi barədə də danışıb.

N.Abdullayev vurğulayıb ki, tibb mütəxəssisləri tərəfindən virusla bağlı aparılan tədqiqatlar zamanı elmə məlum olan mutasiyalar araşdırılır: “Ehtimal olunur ki, Cənubi Afrikada yaranan “escape” (escape mutation) mutasiyasıdır. Eyni zamanda, elm bu mutasiyanın yaranma səbəblərini müəyyənləşdirib. Belə ki, virusdan sağalan insanlar yenidən yoluxan zaman ciddi xəstələnməsələr də, orqanizmdə formalaşan immunitetlə infeksiya arasında yeni mübarizə başlayır.
Virus bu mübarizədə artıq onu öncədən tanıyan immunitetə qalib gəlmək üçün özünü müəyyən formada dəyişdirmək məcburiyyətində qalır. Bir daha vurğulayıram ki, virus ona qarşı formalaşan immuniteti zərərsizləşdirməyə çalışır. Beləliklə, “escape” mutasiyasına uyğun dəyişikliklər yaranır.
Bu da bir-biri ilə ünsiyyətdə olan bir dəfə xəstəlikdən sağalmış insanların bu dəfə virusun yeni mutasiyasına yoluxması və ya bugünədək yoluxmayan insanları yeni mutasiya ilə yoluxdurmaq deməkdir”.
Tibb elmləri doktoru hesab edir ki, Azərbaycanda virusun mutasiyası ilə bağlı ciddi profilaktik tədbirlər həyata keçirilməli və cəmiyyətdə maarifləndirici işlər daha sürətlə davam etdirilməlidir.
O, həmçinin, virusdan sağalan şəxslərə müraciət edərək, özlərini təcrid etmələrini tövsiyə edib: “Virusdan sağalanlar daha diqqətli və məsuliyyətli olmalıdır. Virusu mutasiyaya uğratmamaq və Azərbaycandakı vəziyyəti daha da pisləşdirməmək üçün özlərini maksimum qorumalı və təcrid etməlidirlər.
Əks halda virusdan sağalan şəxslər sağlamlığına təkrar ciddi zərər vurmaqla yanaşı, həm də yeni mutasiyanın kütləvi şəkildə yaranmasına yol aça bilərlər. Bu zaman təhlükə ondan ibarətdir ki, mutasiya olunmuş virusun yeni yoluxduruculuq əmsalı fərqli olacaq. Bu da virusun geniş yayılmasını sürətləndirə və normal həyata qayıdışı peyvəndin tətbiqindən asılı olmayaraq, bir qədər də gecikdirə bilər”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko