Maşında it gəzdirənlər 200 manat cərimə olunacaq - DYP-dən xəbərdarlıq

17:05 22.02.2017 1 229
Maşında it gəzdirənlər 200 manat cərimə olunacaq - DYP-dən xəbərdarlıq
"Yol hərəkəti haqqında” qanunvericiliyin tələblərinə riayət olunmaması ilə bağlı yol polisinin tətbiq etdiyi cərimələr sürücüləri narahat edir
Son günlər uşaqların maşında xüsusi oturacaqlarda oturması fonunda yaranan ajiotaj yol polisini də xeyli tədbirli olmağa vadar edib. Əvvəl mediaya "cərimələnəcək” sözü ilə yansıyan məlumat, sonradan yol polisinin "tövsiyəsi” kimi ifadə edildi. Amma yol polisinin daha hansı məsələdə sürücüləri cərimələyə biləcəyi barədə suallar bitmək bilmir.
Məsələn, Sputnik Azərbaycan-a daxil olan oxucu məktubunda maraqlı bir məqama toxunulub - ev heyvanlarının maşında daşınmasına. Rafiq Süleymanov adlı oxucu yazıb:
"Mənim ovçarka növündən olan itim var. Hər gün onu gəzməyə və digər yerlərə maşınımda aparıram. Amma qaydaların necə olduğunu və hansı vəziyyətdə iti aparmalı olduğumu bilmirəm, cərimələri də həmçinin. Bu barədə heç yerdə bir məlumat tapa bilmirəm. Mənə və mənim kimi ev heyvanları olan vətəndaşlara qanunda bu məsələnin necə əksini tapdığını bilməkdə köməklik göstərmənizi xahiş edirəm”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədov bununla bağlı xüsusi qaydalar olduğunu təsdiq edib: "İtlər maşında ağzı bağlı aparılmalıdır. Qaydalara riayət olunmalıdır. Bizdə ev heyvanları, xüsusilə it çox az saxlandığından və avtomobillərdə az daşındığından onlarla bağlı cərimələr hər dəfə tətbiq edilmir”.
Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə bildirib ki, bu məsələ qanunvericilikdə əksini tapıb:
"Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 38 nömrəli qərarı var. Bu qərar əsasən Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının təsdiq edilməsi haqqındadır. Qaydalar da bu qərara əsasən tənzimlənir. Burada 3-cü hissədə ev heyvanlarını saxlayan şəxslərin hüquqları bölməsində (3.1.3 bəndində) göstərilir ki, bu qaydaların 3.1.1 bəndinə riayət etməklə ev heyvanlarını su, hava və dəmir yol nəqliyyatından istifadə etməklə hər bir şəxsin aparmaq hüququ var.
İtlər yalnız kiçik cilovda, iri cins itlər isə cilovda və ağızlıq taxılaraq məhəllələrdə gəzdirilə və nəqliyyat vasitəsində daşına bilər. İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulur ki, ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması zamanı qaydalar pozularsa, bu zaman heyvanın yiyəsi 200 manat cərimələnə bilər. Eyni qayda pozuntusu təkrarlanarsa, bu zaman 300 manat cərimə nəzərdə tutulur”.
Kamran Əliyev onu da qeyd edib ki, Azərbaycanda it saxlayanlar az olduğundan, bu, elə də diqqət çəkən məsələ deyil və cərimə də tətbiq edilmir. Amma zərurət yaranarsa, mütləq bu məsələyə də baxıla bilər.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir