Pensiyalarla bağlı İNANILMAZ TƏKLİF: 63-yaşa endirilməli və Amerikada olduğu kimi...

14:57 23.10.2019 1 177
Pensiyalarla bağlı İNANILMAZ TƏKLİF: 63-yaşa endirilməli və Amerikada olduğu kimi...

“Hazırda ən çox müraciət edilən, eləcə də müzakirə olunan sosial proqram ünvanlı sosial yardım proqramıdır. Bizim qiymətləndirmə də göstərir ki, ünvanlı sosial yardım proqramının təkmilləşdirilməsinə ehtiyac var”.

Publika.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD), iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.

Ekspert CESD-nin sosial istiqamətdə hansı islahatların aparılmasını ilə bağlı hazırladığı mexanizmin qısa təsvirini təqdim edib:

“Biz təklif edirik ki, proqramın re-brendinqi həyata keçirilsin. Monitorinqlərimiz göstərir ki, vətəndaşlar arasında da ünvanlı sosial yardım proqramına “şeş-qoşa” adı verilib. Çünki bu proqram icra edilməyə başlayan zaman, uzun müddət ünvanlı sosial yardım proqramı çərçivəsində 6 ay məmurun, 6 ay ünvanlı sosial yardım alacaq vətəndaşın prinsipi, yəni “6-6” prinsipi ilə əlaqəlidir. Doğrudur, artıq bu problemlər aradan qaldırlıb. Amma bu sözügedən proqrama olan inamın formalaşmasına səbəb olmur. Hazırda da ünvanlı sosial yardım proqramının ictimaiyyət arasındakı reputasiyası kifayət qədər pisdir. Ümumiyyətlə, bu adı dəyişmədən həmin proqram çərçivəsində islahatların aparılması praktiki olaraq mümkünsüzdür. Eyni zamanda, proqram çərçivəsində müraciət mexanizmin asanlaşdırılması və müraciət edənlərinin sayının artırılması önəmlidir. Məsələn, mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləğinin nə üçün nəzərə alınması anlaşıqlı deyil. Xüsusən, kommunal xidmətlərlə bağlı dəyişikliklər aparılmalıdır. Eyni zamanda, kommunal xidmətlərin payının da dəyişdirilməsinə və ünvanlı sosial yardımdan istifadə edəcək vətəndaşlarımızın sayının artırılmasına, bununla yanaşı, məbləğə baxılmasına və artırılmasına ehtiyac var. Çünki minium əmək haqqı artırıldıqdan sonra ünvanlı sosial yardım proqramı çərçivəsində vəsaitin də həcminin minimum istehlak meyarına deyil, minimum əmək haqqına uyğunlaşdırılması vacibdir ki, daha çox vətəndaşımız məhz ünvanlı sosial yardım proqramından faydalana bilsin və proqram çərçivəsində vətəndaşa ödənilən vəsaiti artırmaq mümkün olsun”.

Ekspert qeyd edib ki, özünüməşğulluq proqramının təkmilləşdirilməsinə də ehtiyac var:

“Əvvəlki dövrlərdə, xüsusən mal-qaranın ucuz alıb baha rəsmiləşdirilməsi ilə bağlı xeyli faktlar mətbuata təqdim olunmuşdu. Bu da onun göstərir ki, məşğulluq proqramının da təkmiləşdirilməsinə ehtiyac var. Bu proqramda iştirak edən vətəndaşlar kənd təsərrüfatı ilə məşğul olmaq istəyərlərsə, onlara lazım olan vəsaitlərinin özlərinin almasına imkan yaradılmalıdır. Həmin şəxs heyvəndarlıq və ya digər kənd təsərrüfatı məhsulunun istehsalı ilə məşğuldursa, özü birbaşa satıcı ilə razılaşmalıdır, dövlət isə həmin pulu satıcıya ödəməlidir. Nəticədə bu da dövriyyə vəsaitlərinin qiymətlərinin şişirdilməsi ilə bağlı şübhələri aradan qaldıracaq və imkan verəcək ki, öz biznesini qurmaq istəyən şəxs özü seçim etsin. Digər tərəfdən, özünüməşğulluq proqramı çərçivəsində yalnız mal-qaranın alınması deyil, həm də digər istiqamətlərə daha çox vəsaitin ayrılması və ödəniləcək vəsaitlərlə bağlı limitlərin artırılmasına ehtiyac var. Düzdür, hazırda aqrar sektordan başqa istiqamətlərə də vəsait ayrılır. Amma bunun da sistemləşdirilməsinə ehtiyac var. Xüsusən də payız aylarında mal-qara alan vətəndaşlarımız üçün əlavə xərclər yaranır. Mal-qaranın təbii artımı adətən zaman tələb edir. Bir neçə ay ərzində onun yemə və digər xərcinin ödənilməsinə ehtiyac var ki, bu da xüsusən də ünvanlı sosial yardım alan, maliyyə imkanları güclü olmayan vətəndaşlarımız üçün əlavə xərcdir. Bununla yanaşı, digər istiqamətlərə, xüsusən, sənətkarlığa da vəsaitlərin ayrılmasına ehtiyac var ki, məşğulluq proqramı daha çox aqrar sektor üzrə köklənməsin”.

Bundan başqa, Vüqar Bayramov pensiya islahatları üzrə “Amerikan modeli”nin tətbiq edilməsini təklif edir:

“Pensiya islahatlarının davam etdirilməsi də vacib amillərdəndir. Pensiya islahatları üzrə “Amerikan modeli”ni təklif edirik. Belə ki, elə vətəndaşlarımız var ki, onların pensiya kapitalı kifayət qədər böyükdür. Bəzi hallarda hətta 150 min manatdan çox pensiya kapitalı olan vətəndaşlarımız var. “Amerikan modeli”ndə olduğu kimi, həmin vətəndaşlarımıza daha tez pensiyaya çıxmaq və buna uyğun olaraq da kapitalların bir hissəsini 65 yaşına çatmadan istifadə etmək hüquqi verilməlidir. Biz təklif edirik ki, minimum pensiya kapitalı ilə yanaşı, həm də orta pensiya kapitalı anlayışı da qanunvericiliyə daxil edilsin. Orta pensiya kapitalı çox olan vətəndaşlarımız 65 yaşı tamam olmadan pensiyaya çıxmaq hüququ əldə etsin. Məsələn, bir sıra inkişaf etməkdə olan ölkələrdə, o cümlədə qonşu Rusiyada olduğu kimi əmək pensiyası yaşa görə pensiyaya çıxma vaxtlarının fərqləndirilməsinə ehtiyac var.

Vətəndaşa imkan verilməlidir ki, yaşa görə pensiyaya daha tez çıxsın. Bizim pensiya qanunvericiliyində pensiya üzrə müavinətlərin daha tez, əmək pensiya yaşından tez müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Bu da imkan verəcək ki, yaşa görə pensiya əmək pensiyası ilə müqayisədə daha tez müəyyənləşsin, vətəndaş daha tez yaşa görə pensiyadan istifadə edə bilsin. Azərbaycanda əmək pensiyası hüququ olmayan vətəndaşlarımız 67 yaşında müavinətlər almağa başlayır. Biz bu rəqəmin dəyişdirilməsi vətəndaşa 63 yaşı tamam olduqdan sonra qocalıq müavinatı almaq hüququnun verilməsini təklif edirik.

Eyni zamanda minimum pensiya artıqdan sonra tələb edilən minimum pensiya kapitalında da artımlar var və buna baxılmasına, həmin minimumların da tənzimlənməsinə ehtiyac var. Minimum pensiya məbləği artıqdan sonra dövlətin müəyyən hissəni öz hesabına kompensasiya etməsı məqsədə uyğundur. O baxımdan biz təklif edirik ki, minimum pensiya kapitalı ilə bağlı rəqəmlərə baxılması və dəyişdirilməsi vacibdir ki, daha çox vətəndaşlarımız əmək pensiyasından istifadə edə bilsin.

Nəzərə alsaq ki, orta yaş müddəti uzun deyil. Bəzi hallarda vətəndaşlarımız pensiyaya çıxmadan öncə dünyasını dəyişlər. Bu da onlara o yığımlardan istifadə etməyə imkan vermir.

Pensiya yığımlarında varisliyin tətbiqi də önəmlidir. Bəzi hallarda vətəndaşlarımız yığım edirlər, amma, pensiya yaşı tamam olmadan dünyalarını dəyişirlər. Həmin vətəndaşlarımızın yığımlarının onların varisləri tərəfindən istifadə edilməsinə imkan yaradılmalıdır”.

Digər tərəfdən, xüsusən, əlillik dərəcəsi olan vətəndaşlar üçün müavinətlərin məbləğinə baxılmasına və artırılmasına ehtiyac var: “Bu il birinci paketdə həmin müavinətlərin artırılması ilə bağlı qərar qəbul edilib. Bu prosesin davamlı olmasına və xüsusən də birinci qrup əlillər üçün sosial müavinətin məbləğinin artıralaraq ən azı minimum əmək haqqı səviyyəsinə çatdırılmasına ehtiyac var ki, həmin vətndaşlarımızın sosial təminatı ilə bağlı hər hansı bir çətinlik olmasın. O baxımdan minimum pensiya, minimum əmək haqqı ilə yanaşı, xüsusən də əlillik dərəcələri üzrə sosial müvinət məbləğlərinin artırılması prioritet olmalıdır. Nəticə etibarilə növbəti aylarda bu istiqamətdə addımların atılmasına ehtiyac var.

Özəl pensiya fondunun yaradılması prosesinin sürətləndirilməsi və vətəndaşlarımıza özəl pensiya fondlarında yığım imkanı verilməsinə də ehtiyac var. Eyni zamanda həmin fondlarda yığılacaq vəsaitin xarici valyutalara indeksasiyası önəmlidir ki, gələcəkdə məzənnədəki dəyişikliklər yaranarsa fondakı yığımlara birbaşa təsir göstərməsin və onların dəyərsizləşdirilməsinə gətirib çıxarmasın”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

17:33

Akademik Mustafa bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayevin barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir