Bütün xəbərlər

“Nar” sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir

“Nar” sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir















Ölkənin ən gənc mobil operatoru olan “Nar” abunəçilərinə Çağrı Mərkəzləri, nar.az internet səhifəsi ilə yanaşı, sosial media vasitəsilə də yüksəkkeyfiyyətli və operativ müştəri xidmətləri göstərməkdə davam edir.
Belə ki, sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlərin 30%-ə qədəri 1 dəqiqə, 60%-ə qədəri isə 10 dəqiqə ərzində cavablandırılır. Ümumilikdə, “Nar”-ın bütün sosial şəbəkələrindən daxil olan sorğularına ortalama 6 dəqiqə ərzində cavab verilir. Son 1 il ərzində mobil operatorun sosial şəbəkələri vasitəsilə abunəçilər tərəfindən 218 mindən çox müraciət daxil olub.
Qeyd edək ki, “Nar” sosial şəbəkələr üzərindən tam müştəri xidməti göstərən ilk telekommunikasiya şirkətidir. Mobil operatorun abunəçiləri hər hansı sual yarandıqda çağrı mərkəzinə getmədən, alternativ olaraq mobil operatorun sosial media səhifələrində də yüksəkkeyfiyyətli xidmətdən (balans haqqında məlumat, şəbəkə/internet çətinliklərinin aradan qaldırılması, “Nar”-ın xidmətləri, tarifləri, internet paketləri haqqında ərtaflı məlumat, nömrələr üzərində əməliyyat, gələn mesajlar haqqında ətraflı məlumat, texniki problemlərin həlli, endirim kampaniyaları, keçirilən müsabiqə və tədbirlərdə iştirak və s.) yararlana bilirlər. Belə ki, “Nar” abunəçiləri “Facebook”, “Twitter” və “Instagram”, eyni zamanda, elektron poçt və onlayn-çat vasitəsilə öz suallarını ünvanlayır və qısa müddət ərzində mobil operatorun sosial media komandası tərəfindən cavab alırlar. Bununla da abunəçilər vaxtlarına qənaət edərək istənilən zaman və məkanda “Nar” məhsul və xidmətlərinə dair sorğularına ətraflı cavab ala bilirlər.
Mobil operatorun müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
loading...
SORĞU
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

SUMQAYIT ŞƏHƏR 3 SAYLI POLİKLİNİKADA ŞIDIRGI BAZAR - Səhiyyə nazirliyi hara baxır?
SİZ DƏ TANIYIN: “Yeni şans”ın şansı gətirməyən "BAŞ REDUKTURU" - Gurşad Buxara oglu Vəliyev əslində KİMDİR?
Xəstələr «Əhmədli» Klinikasındakı qiymət bahalığından fəryad edir
BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində rüşvətxorluğun həddi-hüdudu bilinmir – ŞOK İTTİHAMLAR
ELXAN YAQUBOV: "Bioloji təbabət orqanizmə zərər vurmadan xəstəni müalicə edir"
ƏN ÇOX OXUNANLAR
FOTOFAKT
Bakıda yeni doğulmuş körpəni zibil yeşiyinə atdılar
Bakının Yasamal rayonunda gülünc mənzərə – Problem zibillikdən daha betərdir…
Avropa oyunlarında Gürcü idmançının cinsi orqanını dişlədiyinə görə idmandan birdəfəlik qavuldulan ERMƏNİ Avropa Appelyasiya Məhkəməsini necə uddu?
Agcəbədidə blıqlar qırılır
Zakatala meşələri qan aglayır