Oliqarxın Londonda sirli ölümü: Elmira ilə gizli eşq məcarasından dərhal sonra...

03:52 14.06.2017 1 781
Oliqarxın Londonda sirli ölümü: Elmira ilə gizli eşq məcarasından dərhal sonra...

Oliqarxın Londonda sirli ölümü: Elmira ilə gizli eşq məcarasından dərhal sonra...
Britaniya hökuməti 2012-ci ildə Londonda qəfil ürək tutmasından olan mühacir rusiyalı oliqarx-maliyyəçi Aleksandr Perepeliçniyin işi üzrə sensasion kəşfiyyat məlumatlarını məhkəmədən gizlədir. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ-ın “BuzzFeed” nəşrinin sensasion araşdırmasında deyilir. Həmin kəşfiyyat məlumatlarına əsasən Perepeliçniy birbaşa Rusiya rəhbərliyinin göstərişi ilə öldürülüb.

Araşdırmada deyilir ki, ABŞ, Fransa və Böyük Britaniyanın 12 indiki və keçmiş əməkdaşlarının, hüquq-mühafizə orqanı işçilərinin təqdim etdikləri məxfi sənədlər, onların verdikləri ifadələr biznesmenin ölümündə Rusiya rəhbərliyinin əli olduğunu təsdiq edir. Habelə məlum olur ki, Britaniya xüsusi xidmət orqanları və hökuməti bu qətlin üstünün açılmasında maraqlı olmayıblar. Bunu ölkənin milli təhlükəsizliyi üçün təhdid yaratmamaqla izah ediblər.

Aleksandr Perepeliçniy kim idi, Londona niyə qaçmışdı...

Aleksandr Perepeliçniy Rusiya məmurlarına qarşı ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyaların tətbiq olunmasına gətirib çıxaran məşhur “Maqnitski işi” üzrə fiqurantlardan biri olub. O, biznesmen Vladlen Stepanovun partnyoru idi və Britaniyanın “Hermitage Capital Menecment” investisiya şirkətinin hüquqşünası, vəkil Sergey Maqnitski həmin Stepanovun yüksək vəzifəli vergi məmurları ilə büdcə vəsaitlərini necə taladığını üzə çıxarmışdı.

Oliqarxın Londonda sirli ölümü: Elmira ilə gizli eşq məcarasından dərhal sonra...

Bundan sonra Maqnitskiyə qurama ittihamla cinayət işi qaldırdılar və vəkil həbsxanada məruz qaldığı işgəncələrdən öldü. Onun öldürülməsi böyük beynəlxalq rezonans yaratdı və sonda Rusiyaya qarşı sanksiyalara gətirib çıxardı. ABŞ Konqresi “Maqnitski Aktı” adlı qanun qəbul edib Rusiya məmurlarına qarşı sanksiyalar tətbiq etdi.

Perepeliçniy 2009-cu ildə isə xaricə qaçaraq keçmiş ortağının yüksək vəzifəli məmurlarla korrupsiya əlaqələrinə dair bütün məlumatları, milyardlarla rublluq mənimsəmə faktlarını, məmurlara bağlı offşor şirkətləri, bank hesablarını İsveçrə prokurorluğuna təqdim etdi. Və həmin faktlar əsasında İsveçrə prokurorluğu cinayət işi qaldırdı.

44 yaşlı oliqarxın qəfil ölümü: qaçarkən yıxıldı, ürəyi dayandı

Rusiyadan qaçandan sonra Londonda, Sürrey qraflığının milyonerlər məhəlləsindəki malikanəsində məskunlaşdı, ancaq çox keçmədən müəmmalı ölüm onu haqladı. 2012-ci ildə Perepeliçniy malikanəsinin qarşısında səhər yürüşü zamanı qəfildən yıxılıb öldü. Tanışları deyirdi ki, 44 yaşlı biznesmenin səhhətində heç bir problem yox idi və o, olduqca sağlam biriydi. Elə polis də Perepeliçniyin ölümündə şübhəli heç bir dəlilə rast gəlmədi, onun cəsədi üzərində aparılmış analizlərdə zəhər, yaxud radioaktiv maddə izləri tapılmadı.

Oliqarxın Londonda sirli ölümü: Elmira ilə gizli eşq məcarasından dərhal sonra...

Lakin 2015-cü ildə bu müəmmalı ölümü yenidən araşdırmağa başladılar və Perepeliçniyin mədəsində olduqca nadir zəhərin izlərini tapdılar. Zəhərli maddələr üzrə nüfuzlu alim, professor Monik Simmondsun rəhbərliyi altında aparılan təhqiqatlar nəticəsində məlum oldu ki, biznesmen Asiyada bitən olduqca nadir, yüksək zəhərli bitki-“Gelsemium elegans”ın zəhərindən ölüb. Hansı ki, bu zəhər iysizdir, dadsızdır və onun olduqca cüzi dozası belə ürək fəaliyyətinin qəfil iflic olmasına, beləliklə də qəfil ölümə səbəb olur.

Beləliklə, Perepeliçniy Rusiyadan qaçıb Londona sığınan, ancaq ölümdən qaça bilməyən müxaliflərin siyahısını yenilədi. Böyük Britaniya kəşfiyyatı müəyyən etdi ki, biznesmeni rusiyalı killer zəhərləyib. Lakin sifarişi kim verib, bu qaranlıq qalırdı.

ABŞ kəşfiyyatı işin üstünü açıb

BuzzFeed-in yazdığına görə ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları bildiriblər ki, Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinə Perepeliçniyin “böyük ehtimalla Putinin, yaxud ona yaxın şəxslərin əmri əsasında” öldürüldüyünə dair “yüksək keyfiyyətli” kəşfiyyat məlumatları təqdim ediblər. Habelə amerikalı xüsusi xidmət əməkdaşları Britaniya polisini biznesmenin ölümünün təhqiqatında “xaltura” etməkdə günahlandırblar.

Oliqarxın Londonda sirli ölümü: Elmira ilə gizli eşq məcarasından dərhal sonra...

Perepeliçniyin Rusiya dövləti tərəfindən qətlə yetirilməsi barədə olduqca məxfi hesabat ABŞ Milli Kəşfiyyat Agentliyinin direktorunun Katibliyi tərəfindən ötən il tərtib edilib. Jurnalın yazdığına görə Fransa polisi də britaniyalı həmkarlarının işin üstünü açmaq istəmədiyini düşünür.

Gənc model Elmira...

Bu işə ona görə fransızlar da cəlb olunub ki, Perepeliçniy Parisə səfər edəndən dərhal sonra keçinib. Onun məhz Parisdə zəhərləndiyi təxmin edilir. Belə ki, Perepeliçniy 22 yaşlı ukraynalı modellə görüşmək üçün Londonan Parisə gedib. Fransa polisi müəyyən edib ki, Parisin beşulduzlu Bristol otelində Perepeliçniy gənc ukraynalı model Elmira Medinska ilə görüşüb. İnternet mənbələrində Medinska məşhur Ukrayna modelyeri kimi göstərilir, onun Moskvada təhsil aldığı bildirilir. Otel sənədlərinə əsasən Perepeliçniy məhz Elmira Medinska ilə xəlvəti görüşmək üçün Parisə getmişdi. Cütlük oteldə iki gün keçirib, “romantik paket” sifariş verib və oteli noyabrın 10-da tərk ediblər. Həmin gün Pereeliçniy Londona dönüb və orada keçinib.

Fransa polisi hesab edir ki, Elmira Medinska Perepeliçniyin işində olduqca mühüm fiqurdur. Lakin o vaxt 22 yaşı olan bu ukraynalını dindirmək mümkün olmayıb, çünki Britaniya polisi təhqiqatı çox ləng aparıb.

Oliqarxın Londonda sirli ölümü: Elmira ilə gizli eşq məcarasından dərhal sonra...

BuzzFeed-ə açıqlamasında Medinska Parisdə Perepeliçniylə görüşdüyünü təsdiq edib. Məlum olub ki, o, Parisə noyabrın 6-da gedib, iki gün sonra biznesmenlə görüşüb. Həmin qalan iki gündə Elmira Parisdə kimlərlə görüşüb, bu qaranlıq qalır. Modelyer deyib ki, Perepeliçniy ona Parisi göstərmək üçün dəvət etmişdi: “Mən onun çox gərgin olduğunu gördüm, hansısa sirli telefon zənglərinə cavab vermək üçün küçəyə çıxırdı, əsəbi görünürdü. Əlləri əsirdi, çoxlu şərab içdi və köynəyinə şərab töküldü”.

“Tatyana məni söydü...”

Elmira danışır ki, Perepeliçniyin ölümü haqda ondan ayrılandan az sonra arvadı Tatyana elektron poçtla ona yazıb. Və Tatyana Elmiranı “pis sözlərlə” söyüb. “Mən onun nə işlə məşğul olduğunu bilmirdim. Google-də adını yazanda ölümündən təəcüblənmədim. Rusları Londonda bu cür öldürürlər. O, Rusiya haqda informasiyaları İsveçrəyə verib, buna görə isə onu öldürə bilərdilər”-ukraynalı model danışır.

Lakin maraqlıdır ki, Medinska Parisdə Perepeliçniylə görüşəndən sonra özünə moda firması açıb, öz brendini Elmira Medins olaraq dəyişib. Onun İnstagram hesabında Paris, Dubay və Milanda otellərdə, restoranlarda çəkilmiş çoxlu qlamur fotoları var. Və BuzzFeed-in əməkdaşları ilə danışandan sonra Elmira hesabını bağlayıb, yoxa çıxıb...

F.Məmmədov
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir