Yeni idarəçilik modelinin ilkin addımları: Fərhad Əliyevlə Əli Abbasov bağışlandı, BƏS BAŞQALARI? - Şok siyahı

00:03 30.05.2017 2 495
Yeni idarəçilik modelinin ilkin addımları: Fərhad Əliyevlə Əli Abbasov bağışlandı, BƏS BAŞQALARI? - Şok siyahı

Hakimiyyət bəzi sabiq nazir və məmurları bağışlamır. Məsələn, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və rabitə naziri olmuş Əli Abbasov əfv edilsə də, başqalarına hələ ki, “yaşıl işıq” yandırılmayıb.

Ulus.Az-ın əldə etdiyi məlumata görə, bu xüsusatda keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev, sabiq deputat Hüseyn Abdullayev, eks-deputat Gültəkin Hacıbəyli, baş nazirin keçmiş müavini Abbas Abbasov siyasi hakimiyyət tərəfindən bağışlanmayıb.

Eyni zamanda keçmiş spiker Rəsul Quliyev, MTN şefi Eldar Mahmudov, sabiq əmək naziri Füzuli Ələkbərov, həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova münasibət dəyişməyib. Hakimiyyətin onları görən gözü yoxdur.

Çünki adıçəkilən şəxslər zaman-zaman hakimiyyətə siyasi xəyanətlər etmiş məmurlar olublar. Onların bəziləri indi də fəaliyyətini davam etdirir.

Hətta Rumıniyada olan səfir keçmiş baş prokuror Eldar Həsənova da bel bağlamırlar. Hakimiyyət ona pislik edənləri çox nadir hallarda bağışlayır.

Əli Abbasovla Fərhad Əliyev nümunələri isə fərqlidir. H.Babayev iqtidarın təcrid etdiyi məmurdur. H.Abdullayev Almaniyada iqtidara qarşı kampaniya aparır.

Ulus.Az-ın əldə etdiyi məlumata görə, A.Abbasov isə Rusiyada anti-hakimiyyət projelərində yer almaqdadır.

G.Hacıbəyli isə müxalifətə keçərək hakimiyyətlə əlaqələrini kəsib. Sonuncu – Ziya Məmmədov da hakimiyyətin gözündən düşmüş adamdır.

Onun bütün imkanları məhdudlaşdırılır. Erməniyə işləyən casusların ifşası Səfər Əbiyevə də münasibəti qüvvədə saxlayır. Bu mənada Misir Mərdanova loyal yanaşma olduğunu söyləmək olar.

Azərbaycan hakimiyyəti dəyişir. Prezident İlham Əliyevin iqtidarı gəncləşdirdiyi haqda yazdıqlarımız təsdiqlənir. Bir neçə ay əvvəl ölkə başçısının iqtidarı refreş edəcəyini yazmışdıq. Struktur islahatları ilə yanaşı kadr dəyişiklikləri də olacaq.

Nəqliyyat Nazirliyinin ləğvi struktur idisə, Ziya Məmmədovun gedişi də kadr islahatının davamıydı. İqtidar gənc kadrlarla yeni idarəçilik sisteminə keçid etməyə hazırlaşır.

Dövlət orqanlarında gənc kadrların işə qəbul olunması, vəzifədən gedənlərin yerinə cavan nəsildən olan məmurların təyin olunması prezident İlham Əliyevin komandasını gənclərlə yürütmək istədiyini ehtiva edir.

ASAN Xidmət, poçtların ləğv olunub yeni sistem yaradılması, vitse-prezidentlik institutu yeni idarəçilik modelinin ilkin addımlarıdır.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko