Ermənistanın yeni hücumu VƏ YA gec-tez Rusiya çökəcək

01:06 17.05.2017 2 623
Ermənistanın  yeni hücumu VƏ YA  gec-tez Rusiya çökəcək

Qərbin Azərbaycanı dəstəkləməsinin vaxtı çatıb

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsində erməni diasporunun əli var.

İstiPress-ə bu barədə məlumat verən politoloq Tofiq Abbasov bununla bağlı müəyyən məlumatlara malik olduğunu bildirib:
“Erməni diaspor təşkilatları Rusiya hüquq-mühafizə qurumlarına müraciət edərək, Ümumrusiya Azərbaycan Konqresinin casusluqla məşğul olduğunu iddia etmişdilər. Amma onda Rusiya kəşfiyyatı araşdırma apararaq bu iddiaların yanlış olduğunu bildirmişdilər. Amma indi belə görünür ki, erməni diasporu ÜAK-ın fəaliyyətini dolayısı ilə dayandırıb”.
Ermənistanın  yeni hücumu VƏ YA  gec-tez Rusiya çökəcək
Rusiya Federasiyası dünən Ali Məhkəməsi ÜAK-ın qeydiyyatının ləğv edilməsi barədə Rusiya Ədliyyə Nazirliyinin iddiasını təmin edib. Ədliyyə Nazirliyi ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğunu iddia edir, ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edildiyini bildirir. Bütün bu iddiaların nəticəsində, Nazirlik təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.

Tofiq Abbasovun fikrincə, Rusiya Ədliyyə Nazirliyi bu məsələdə tələskənliyə yol verib: “Ola bilər ki, təşkilatın sənədlərində müəyyən nöqsanlar var, hesabat vaxtında verilməyib və s. Amma nəzərə alınmalı idi ki, ÜAK-ın prezidenti Fazil Qurbanov təzə, yəni bir neçə aydır bu vəzifəyə seçilib. Yəni təşkilatı qaydaya salmaq üçün ona vaxt verməli idilər”.
Ermənistanın  yeni hücumu VƏ YA  gec-tez Rusiya çökəcək
Azərbaycanın əməkdar elm xadimi, Milli Elmlər Akademiyasının akademik Fazil Qurbanov bu vəzifəyə yəni 2016-cı ilin dekabrında seçilib. O, tibb elmləri doktoru, Rusiya Xalqlar Dostluğu Universitetinin professorudur. Tanınmış iş adamı, mərhum Aydın Qurbanovun qardaşıdır. 2001-ci ildə Ümumrusiya Azərbaycan Konqresi yaradılarkən Aydın Qurbanovun xüsusi xidmətləri olub. Fazil Qurbanovdan əvvəl 2001-ci ildə ÜAK sədri akademik Məmmədbağır Əliyev olub.
Təbii ki, ÜAK-ın qeydiyyatının ləğvi rəsmi Bakının etirazına səbəb olub. Milli Məclisinin bu gün keçirilən iclasında çıxış edən YAP icra katibinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Rusiyada bildirib ki, bununla Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurulub:
Ermənistanın  yeni hücumu VƏ YA  gec-tez Rusiya çökəcək
“Bu nə deməkdir axı? Rusiya bütün işlərini başa çatdırıb, bircə qalmışdı Ümumrusiya Azərbaycan Konqresi? Azərbaycanda çoxlu sayda rus baxçaları, məktəbləri və mərkəzləri var. Mən İctimai birliklər və dini qurumlar komitəsinin sədri kimi Azərbaycanın müvafiq orqanlarına rəsmi müraciət edəcəyəm ki, Rusiyanın buradakı mərkəzləri, rus icmalarının sənədlərinin qaydasında olub-olmaması ilə bağlı hesabat hazırlayıb təqdim etsinlər”.

Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə İstiPress-ə müsahibəsində Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsini Rusiyanın Azərbaycana təzyiqi kimi dəyərləndirib:

Ermənistanın  yeni hücumu VƏ YA  gec-tez Rusiya çökəcək
“Əslində bu, Rusiyanın Azərbaycana təzyiqi xeyli əvvəl başlayıb. Məsələn, Ermənistan və Rusiya qoşunları birləşdirildi və ona rəhbər erməni qoyuldu, Ermənistana “İsgəndər” raketləri verildi və s. Kiçik bir zaman ərzində Rusiya Ermənistana 3 milyard dollarlıq silah verib. Bu da növbəti təzyiq vasitəsidir”.

Qabil Hüseynlinin fikrincə, Rusiya bu addımı ilə Qarabağ münaqişəsində Ermənistanın tərəfini tutur: “Buna görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır. Çünki artıq münaqişə tərəfinə çevrilib. Həm də Azərbaycan qərb yönümlü siyasəti gücləndirməlidir. Bu, Rusiyanın ermənipərəst siyasətinə adekvat cavab ola bilər”.

Lakin politoloqun fikrincə, Azərbaycan Qarabağda açıq müharibəyə getməməlidir: “Müharibə olarsa, Rusiya Ermənistanı açıq dəstəkləyəcək. Bu, təhlükəli ola bilər. Rusiyanın çökəcəyi günü gözləmək lazımdır. Gec-tez Rusiya çökəcək. Buna paralel şəkildə Qərbin Gürcüstanı dəstəklədiyi kimi Azərbaycanı da dəstəkləməsi vacibdir”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:51

AAYDA-nın 7 nömrəli Yol İstismar İdarəsinin direktoru Məzahir Əliyevin barəsində yayılan məlumatlar şər və böhtandır - MÖVQE

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər