Əhaliyə bəd xəbər - Bıcaq iliyə dirənir...

00:38 15.05.2017 1 794
Əhaliyə bəd xəbər - Bıcaq iliyə dirənir...

Növbəti bahalaşma TƏHLÜKƏSİ: Addım-addım yaxınlaşır
“Rubla paralel olaraq manatın dəyərdən düşməsi sürətlənərsə, bahalaşma müşahidə oluna bilər”

Rusiyada ABŞ dollarının nağd satış qiyməti 58 rublu keçib. Buna səbəb dünya bazarında “Brent” markalı neftin qiymətinin 50 dollar/bareldən aşağı düşməsidir. Bununla yanaşı Rusiya hökumətinin və Mərkəzi Bankın son bəyanatlarında rublun həddindən artıq ucuzlaşmasına qarşı olmaları ilə bağlı açıqlamalar dolların bahalaşmasına təsir edib. Qeyd edək ki, Rusiyada dolların məzənnəsi sonuncu dəfə bu il martın 22-də 58 rublu üstələyib. Analitiklər hesab edir ki, yaxın günlərdə RUB/USD nisbəti 60-a qədər arta bilər. Lakin neftin tədricən bahalaşması ilə qiymətin yenidən 55-56 rubl səviyyəsinə düşməsi mümkündür.

Dolların məzənnəsinin dəyişməsinin Azərbaycanın valyuta bazarına hansı təsiri var?

İqtisadçı-ekspert Natiq Cəfərli Hefteaz.info-a bildirib ki, yaxın günlərdə rublun təqribən 10-15 faiz dəyərdən düşməsi baş verə bilər.

Əhaliyə bəd xəbər - Bıcaq iliyə dirənir...

“Çünki may ayında Rusiya maliyyə nazirliyi bazardan valyuta alımlarını təqribən 10-15 dəfə azaldacağını bəyan etdi. Bu da valyuta bazarında əsas oyunçulardan biri olan maliyyə nazirliyinin dollar alışından çəkiləcəyi anlamına gəlir. Bu isə gələcəkdə neftin qiymətinin aşağı düşməsinə paralel olaraq rublun daha da ucuzlaşmasına səbəb ola biləcək əsas amillərdən birinə çevrilə bilər. Həmçinin Rusiya Mərkəzi Bankı uçot dərəcəsini təqribən 0.50 faiz aşağı saldı. Bu da bazarlara ciddi təsir göstərir. Kreditlər ucuzlaşdıqca dollara tələbatın artması gözlənilir. Bu nöqteyi-nəzərdən Rusiyada dəyişikliklər olsa, təbii ki, bunun ətraf ölkələrə, o cümlədən, Azərbaycana birbaşa və dolayı təsirləri olacaq”.

Ekspert onu da qeyd edib ki, Azərbaycanın əsas qeyri-neft ixracat ölkəsi Rusiyadı:

“Bu ölkədə dolların bahalaşması Azərbaycandan ixrac olunan malların dollar ekvivalentində aşağı düşməsi anlamına gəlir. Çünki satışlar uğurlu olur və sonradan iş adamları və ya fermerlər rublu dollara çevirib ölkəyə gətirirlər. Bu zaman bahalı məzənnə olduğu üçün daha az gəlir əldə edəcəklər. Bu nöqteyi-nəzərdən Azərbaycanın ixracatçılarına zərər olacaq. Amma Rusiyadan Azərbaycana idxal olunan məhsulların qiymətində ucuzlaşma gözləmək olar. Təbii ki, əgər Azərbaycanda manatın məzənnəsi sabit qalarsa, rubl dəyərdən düşdükcə Rusiyadan gələn malların qiymətində müəyyən ucuzluq olacaq. Əgər Rusiya rubluna paralel olaraq Azərbaycanda da manatın dəyərdən düşməsi sürətlənərsə, o zaman Rusiyadan idxal olunan məhsulların manat ekvivalentində satışında bahalaşma müşahidə oluna bilər”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:47

Gülhüseyn Talıbov üçün özəl gün

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

23:33

Alim və oftalmoloq

01:44

Görkəmli oftalmoloq-alim, böyük ziyalı - ZƏRİFƏ XANIM ƏLİYEVA - ANIM...

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

15:24

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu

17:15

Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir

23:01

Navalnı necə öldürülüb? - Bu informasiyanı verəcək şəxsə 50 min avro vəd edildi

22:59

Kemeron: “Putin Ukrayna ilə bağlı səhv edib”

22:57

Prezident onu nazir müavini təyin etdi - FOTO

22:54

Paşinyanın partiyasından Zelenski AÇIQLAMASI

22:53

Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub

16:32

“Nar”ın dəstəyi ilə Şəkərbura Şou Olimpiya Kubokunun finalı keçirilib

12:26

“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

23:36

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədidə gənclərlə görüş keçirib