Azərbaycan "Eurovision"un finalına çıxdı - VİDEO - YENİLƏNİB
gundem / medeniyyet
01:3310.05.20171 809
O, səhnədə “Skeletons” mahnısını ifa edib
Kiyevdə Beynəlxalq Sərgi Mərkəzində "Eurovision 2017" mahnı müsabiqəsinin ilk yarım finalı keçirilib. İstiPress-in məlumatına görə, gecədə 18 ölkənin təmsilçisi mahnılarını səsləndirib. Yarışmada “Skeletons” mahnısını ifa edən təmsilçimiz Diana Hacıyeva finala çıxıb.
Ölkəmizdən başqa, daha 9 ölkə - Moldova, Gürcüstan, İsveçrə, Portuqaliya, Polşa, Ermənistan, Australiya, Kipr, Belçika finalda səhnə alacaq.
Qeyd edək ki, finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 13-də çıxış ardıcıllığı müəyyən olunacaq. İkinci yarımfinal mayın 11-də, final isə mayın 13-də keçiriləcək.
saat 00:45
Kiyevdə Beynəlxalq Sərgi Mərkəzində "Eurovision 2017" mahnı müsabiqəsinin ilk yarım finalı keçirilir. İstiPress-in məlumatına görə, Azərbaycan təmsilçisi Diana Hacıyeva (Dihaj) yarışmada 8-ci çıxış edib.
O, səhnədə “Skeletons” mahnısını ifa edib. Qeyd edək ki, ilk yarım finalda 18 ölkənin təmsilçisi mahnılarını səsləndirəcək. İkinci yarımfinal mayın 11-də, final isə mayın 13-də keçiriləcək.