Yarı insan, yarı torpaq: Zahid Sarıtorpaq

10:41 9.05.2017 3 668
Yarı insan, yarı torpaq: Zahid Sarıtorpaq

Bu, çoxdan, lap çoxdan öz təsdiqini tapmış gözəl bir şairin, özünəməxsusluğu ilə seçilən, qəbul edilən, yüksək dəyərləndirilən bir ədibin 60 illik yubileyi münasibətilə yazılan adi, lakin səmimi ürək sözləridir. Axı, necə də səmimi olmasın?

Salam, Zahid Sarıtorpaq.

Yarı İnsan, yarı Torpaq,
Bütöv Kişi.
Bütöv Şeir, bütöv Şair,
Təbi sözə bülöv Şair.

Məgər bütün məqamlarını ilahi və insani tələblər səviyyəsində zatən cilalayib 60 yaş həddinə çatdırdığın mənan və məhsuldar ömrün nə az, nə də cox – düz 50 ili özlüyündə bizim dostluğumuzun tarixi deyilmi?

Bunca böyük bir tarixi bunca kiçik bir yazıya sığışdırmaq olmaz. Halbuki hal-hazırda mən təkcə səndən gördüyüm dostluq ülfətinin tərifinə yox, həm də, bəlkə ən ümdəsi sənin yaradıcılığının adi və sadiq bir oxucu kimi qəlbimdə doğurduğu heyrətə köklüyəm. Elə dostluğumuzun kökü də 50 il öncə belə bir heyrətdən su içib.

Yadımdadır. Üçüncü sinif şagirdi olan sən və mən Şamaxıda fəaliyyət göstərən “Gənc Sabirçilər” ədəbi məclisində, özümüzdən xeyli yaşlı qələm sahiblərinin əhatəsindəydik və ilk şeirlərimizdən oxuyub onların məsləhətlərini qəbul edirdik. Bu, həm də birinci görüşümüz idi. 50-60 adamın arasında dərhal isinişməyimiz də tay-tuş olmağımızdan irəli gəlirdi. Və həmin gündən necə yaxınlaşdıqsa bir də gördük ki, dost olmuşuq. Həmin dostluq 4-cü sinifdə bizi bir araya gətirdi; sinif yoldaşı olduq.

Amma bizi tanıyanlar arasında dostluqdan və sinif yoldaşlığından başqa qələm qardaşlığına görə də fərqlənir və seçilirdik. O dövrün bənövşəyi mürəkkəbi ilə suvarılan qələmlərimiz dama-dama və təkmilli dəftər vərəqlərində yazdığımız şeirlərlə bizi mühitdə sevdirdiyi kimi qardaşlıq təkliyinə də sövq edirdi. And olsun o pak uşaqlıq duyğularının ifadəsi olan şeirlərin bakirə işığına ki, son vaxtlar həmin zamanlar üçün çox darıxıram.

Yadımdadır. İllər ötdükcə biz barlı ağacın qələmləri kimi boy atdıq. Yarpaqlamağa və çiçəklənməyə başladığımız o qələm çağlarımızda “diyircəkli” qələmlə yazır, özümüz isə “qələm qardaşları” olaraq Şamaxı şərabından və rus arağından içirdik. Bizim içki məclislərimiz isə əsl ədəbi polemikaya, mətbuatdan oxuduğumuz yeni əsərlərin təhlilinə, yeni bədii kitabların qızğın disputuna çevrilirdi. Elə adi çay dəstgahlarımız da belə məzmunluydu.

Və əlbəttə, bizi atəşlərə yaxan qız sevgiləri bir şedevr əsərin mövzusu kimi araya girər və bizi gedib öz şeirlərimizi yazmağa göndərirdi. Elə o günlər üçün də burnumun ucu göynəyir.

Yadımdadır. Əsgərlikdən qayıtdığını deyirəm. Dəliqanlı cavandın.

Yadımdadır. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitunda oxuduğun illəri xatirlayıram. Hər kursu başa vurub qayıtmağını darıxa-darıxa gözləyirdim. Hər gələndə mənim ücün nəsə alıb gətirirdin. Ən başlıcası isə Moskva irilikdə paytaxtın ədəbi mühitində oxuyub öyrəndiklərini, görüb bildiklərini, eşidib duyduqlarını mənə də danışırdın, paylaşırdın. Özünlə yeni nəfəs, yeni baxış, yeni münasibət gətirirdin. Sən elə əvvəllərdən də yenilikçiydin, yeniliyi sevən və onu müdafiə edəndin. O geniş miqyaslı böyük anlamlı, Moskva təhsili sənin boyuna biçilmişdi.

Yadımdadır. Sən ötən əsrin 80-ci illərinin lap başlanğıcından respublika ədəbi mühitinin diqqətini cəlb etdin. Bəli, artıq Bakıdan Şamaxıya baxanlar dərhal səni görür və bir-birinə göstərirdilər. Ölkənin ədəbi orqanları da o dövrün bütün baryerlərinə baxmayaraq sənin yaradıcılığına qarşı saymazlıq göstərə bilmir, şeirlərin ücün ayırdıqları səhifələrə xəsislik etdikdə utanır, ən insafsız olanı da sənin cox talantlı gənc olduğunu etiraf etmək cəsarətində bulunur, ən vicdansızı isə elə indiki kimi vicdansız işləyirdi.

Mən 80-ci illər ədəbiyyatına, bilavasitə sənin ədəbi uğurlarına naşıcasına kirli dırnaq uzadanlara təəccüblə baxmaqdayam. Həmin 80-ci illəri götürüb bir kənara qoysaq, 20-ci əsr Azərbaycan ədəbiyyatı həm mənəvi, həm əqli, həm də fiziki baxımdan şikəst görünər. Ümumiyyətlə, duyulmaz olar. Mənə elə gəlir ki, 80-ci illər ədəbiyyatı sonrakı böyük partlayışdan xəbər verə biləcək coşqunluğa, həssaslığa, riqqətə malik bir ilahi xəbərdarliq gücüydü.

Bəli, imperiya dağıldı və xaos dolu 90-cı illər əsl abır-həya ədəbiyyatını kənara itələyib boşluğu doldurmaq missiyasını keyfiyyətlə kəmiyyəti ayırd eləyə bilməyənlərə verdi.

Orta məktəbdə ədəbiyyat müəllimimiz olan rəhmətlik Fazil müəllimin sözlərini xatırlayırsanmı? Tez-tez deyərdi:

Həsən də qəlyan çəkir,
Hüsən də qəlyan çəkir.
Tənbəki bol olanda,
Sican da qəlyan çəkir.

Ölkədə nəşr çox olanda şeirini birbaşa qəzet səhifələrinə, kitab cildlərinə yazanların nəinki 80-ci, hec 20-ci illər ədəbi prosesinə də yanaşma etmək ixtiyarı yoxdur.

Yadımdadır. Həmin 90-cı və sonrakı bəzi illərdə sən ailəni dolandırmaq məqsədi ilə Moskvaya getmişdin. İşsiz, pulsuz-parasız qalan ailə başçısının, atanın başqa yolumu vardı? O vaxtlarda məndən soruşurdular: “Dostun Zahid şeir yazmağı niyə atdı?” Hər dəfə izah edirdim ki, Zahid Sarıtorpaq yenə şeir yazır və hətta əvvəlkilərdən də yaxşı yazır. Sadəcə çap olunmur. Şeiri isə çapdan-çapa yazmırlar.

Sən qayıtdın. Qəlbən ayrılmadığın Vətənə və ruhən ayrılmadığın ədəbiyyata. Mənim bu qayıdışdan məyus olanlarla işim yoxdur. Bircə onu bilirəm ki, əsl ədəbi mühiti, səni və şeiri, sənəti sevənləri sevindirdin. Həm də daha müdrik yaradıcılığınla.

İndi “yadımdadır” desəm nağılvarı çıxar. Reallıq isə budur ki, sən öz qayıdışından sonrakı az müddət ərzində iki şeirlər kitabını çap etdirib qədirbilən oxucuların ixtiyarına verdin. Dünyanın klassik və müasir ədəbi incilərindən etdiyin sanballı tərcümələrlə nəinki istedadının daha bir parlaq tərəfini ortaya qoydun, həm də Azərbaycan dilini necə sevmək və bilmək gərək olduğunu hətta mütəxəssis sayılan bəzilərin də öyrətdin.

Və birdən-birə nəsrə kecməyinlə biri-birindən gözəl, oxunaqlı, məzmunlu, yeni ovqatlı, təzə biçimli romanlar yazmağınla ədəbiyyatımıza fərqli obrazlar gətirməyinlə hamımızı heyrətə saldın. Bu romanlardan hər birini öz müəllif avtoqrafınla öz 60 illik yubileyinə hədiyyə edə bilərsən. Həm orijinal, həm də cox dəyərli hədiyyə olar.

Məncə, ən dəyərli hədiyyələrin candan əziz sevdiyin nəvələrinin öpüşləri olacaq. Sənin necə ailəcanlı olduğunu çox yaxşı bilirəm.

Yadımdadır. Sənin də yadına gələr. Toy günlərimizi deyirəm. Biri-birimizə sağdış-soldış durmağımızı deyirəm.

Yadımdadır. Ötən ilin yayında hansı pis xəstəliyə tutulmağımı həkim hamıdan, hətta məndən də əvvəl sənə dedi. Çox məyus oldun. Belə məyus elədiyimə görə məni bağışla. O xatirə ki, dost yolunda boran olar, qar olar.

Mən sənin 60 illik yubileyini çox xoş və sağlam ovqatla qarşılayıram. Ulu yaradana şükürlər edirəm ki, mənə səni dostun Fəxi olaraq təbrik etmək imkanı verib. Sənə ən azından 90 il ömür arzulayıram. Əlbəttə, mənalı və sağlam. Sənə yaradıcılıq uğurları diləyirəm. Sözsüz ki, mənalı və sağlam. Allah sənə nəvə toylarında “Qoçəli” oynamağı qismət eləsin.

“Yadımdadır” sözü ahıl adamlara daha cox yaraşır. Çox-çox istərdim ki, çox-çox ahıl günlərinin birində deyəsən:

-Yadımdadır. Hə, yadımdadır...

Fəxrəddin Orxan
Şair-publisist
Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:42

Kimlərinsə köhnə palan ici tökmək "EŞQİ..." - Əslində 9 saylı RETSİ-nin rəisi Oqtay Şahmurov KİMDİR

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

23:33

Alim və oftalmoloq

01:44

Görkəmli oftalmoloq-alim, böyük ziyalı - ZƏRİFƏ XANIM ƏLİYEVA - ANIM...

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

15:24

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu

17:15

Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir

23:01

Navalnı necə öldürülüb? - Bu informasiyanı verəcək şəxsə 50 min avro vəd edildi

22:59

Kemeron: “Putin Ukrayna ilə bağlı səhv edib”

22:57

Prezident onu nazir müavini təyin etdi - FOTO

22:54

Paşinyanın partiyasından Zelenski AÇIQLAMASI

22:53

Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub

16:32

“Nar”ın dəstəyi ilə Şəkərbura Şou Olimpiya Kubokunun finalı keçirilib

12:26

“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

23:36

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədidə gənclərlə görüş keçirib