Ermənilərin boğazında qalan "yəhudi buterbrodu" - VİDEO

12:48 8.05.2017 1 645
Ermənilərin boğazında qalan "yəhudi buterbrodu" - VİDEO

Albert Aqarunovun şəhadətindən 25 il keçir

Aqarunov sağ olsaydı, bəlkə də... Şuşanın işğalından 25 il ötür. Və biz hələ də bəlkələrin təlatümündən çıxa bilmirik. Amma faktlar da faktlığında qalır - Şuşanın işğalına qədər Azərbaycan Ordusunda "ağır artilleriya" sayılan döyüşçülərin itkisi baş verməsəydi, bu gün hər şey başqa cür də ola bilərdi. Ermənilərin başına külli miqdarda pul qoyduğu əfsanəvi Albert Aqarunov kimilərini nəzərdə tuturam. Erməni kabusuna çevrilən Aqarunovun öldürülməsi düşmən tərəfinin bəlkə də Şuşanın işğalı planı ilə paralellik təşkil edirdi. Cəsarətli manevrləri ilə qarşı tərəfə sarsıdıcı zərbə vuran məhz Aqarunov idi. Erməni zirehli texnikası bir-birinə yaxınlaşandan sonra bir top mərmisi ilə iki texnikanı məhv edən də o idi. Şuşaya hücum edilən vaxt, 9 tank, 7 BMP və bir çox texnikanı məhv etmişdi.

Hərbçi dostları ona "yəhudi buterbrodu" adını vermişdilər. Mürəkkəb idarəetməyə malik "T-2" tanklarını gözüyumulu idarə edən Albert doğrudan da məğlubedilməz idi. Onu tankında məğlub etmək mümkünsüz idi və elə bu səbəbdən də Alberti tankından kənarda vurdular. Sonuncu döyüşü 8 may 1992-cu ildə Şuşa uğrunda oldu. O gün Azərbaycan tərəfi çox sayda yaralı və şəhid verir. Albert mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının meyitini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçır və meyitləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.

Əminəm ki, döyüş yoldaşları onun haqqında maraqlı xatirələrə malikdir. Bizim isə xatirimizdə o, tankın içində Mirşahinin "Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?" sualına verdiyi "Mən bu torpaqda yaşayıram, doğulmuşam burda, yaşayıram burda, daha heç nə məcbur eləmir" - sərrast cavabıyla qalıb. Bir də dillər əzbəri olan qəhrəmanlığı ilə.

Şuşanın itkisi ilə birgə Albertin şəhadətini də bu gün rəhmətlə anırıq. Milli qəhrəmanımız, milli qürurumuz, onsuz da cənnəti bu dünyada qazanmışdın. Odur ki, "qanın yerdə qalmasın" deyirik...!

P.S Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko