Yeganə xanım QAN AGLADI: Ölümüzü götürsünlər, imkansızlıqdan yerdə qalıb..."

00:48 7.05.2017 5 196
Yeganə xanım QAN AGLADI: Ölümüzü götürsünlər, imkansızlıqdan yerdə qalıb..."

Bakıda gənc ananı yol qəzasında öldürərək iki uşağı yetim qoyan 14 yaşlı məmur balası həbsdən yaxasını qurtarıb

Yeniyetmə məsuliyyətə cəlb olunmayıb və 180 manatla cəzadan məhrum edilib.

Bakıxanov qəsəbəsində "Porsche Cayenne Magnum" markalı avtomobillə gənc qızın həyatına son qoyan qəza mövcud hüquq sistemində boşluqları yenidən aktual edib.

Qəzanı törətməkdə şübhəli bilinən Ağaəli Fərəcovun yaşının 14 olması onu cinayət məsuliyyətindən xilas edib.

14 yaşlı şəxsin cinayət məsuliyyətinə cəlb olunub-olunmaması Cinayət Məcəlləsinin 20.2.-ci maddəsində əks olunub. Həmçinin o, bu bəndin məntiqsiz məzmunda ifadə olunduğunu da bildirib.

Maddənin məntiqsizliyi ondan ibarətdir ki, avtomobili zədələdiyinə, kiminsə avtomobilini qanunsuz ələ keçirdiyinə və yaxud avtomobil yolunu yararsız hala saldığına görə 14 yaşlı şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər, amma avtomobillə adam vurub öldürmüş 14 yaşlı şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.

Ulus.Az-ın məlumatına görə, uşağın biznesmen atası Fizuli Fərəcovun arxayın danışmasının səbəbi də indi aydınlaşır.

Ekspert Ərşad Hüseynov qeyd edir ki, burada sürücünün avtomobilini bilərəkdən verdiyi sübut olunsa, sadəcə olaraq, cərimə oluna bilər:

“Bu cərimənin də miqdarı cəmi 180 manatdır. Bir də mülki qaydada dəymiş ziyanın ödənilməsi tələb oluna bilər. Burada tərəfin cinayət məsuliyyətə cəlb edilməsindən söz gedə bilməz.

“Bir az öncə çox bahalı avtomobili ilə 24 yaşlı iki uşaq anasını öldürən 14 yaşlı azyaşlının sosial mediada paylaşılan şəkillərini gördüm. İçki içən, qəlyan çəkən yerdə... Həmin fotolardan baxan uşağın həyat tərzini təxmin etmək çətin deyil. Kimsə "ata-analar öz övladlarını necə bədbəxt edirlər" deyə, danışanda bu hadisəni diqqətdən qaçırmamalıdır”. Bu sözləri deputat Qənirə Paşayeva bildirib.

O deyib ki, 14 yaşında uşağa bir müəllimin ömrünün sonuna qədər qazana bilməyəcəyi məbləğlə maşın alıb, məktəbə göndərən atadır. 24 yaşlı gənc ananın ölümündə də günahkar həmin atadır.

Bu hadisədə digər nüans uşağın dərs vaxtı avtomobil idarə etməsidir. Həmin zaman məktəb direktoru və sinif rəhbəri harada olub? Təhsil Nazirliyi niyə nəzarətsiz bir sstem yaradıb?

Artıq sosial şəbəkələrdə təhsil naziri Mikayıl Cabbarova da ittihamlar var və onun də bu facədə məsuliyyətinin olduğu qeyd edilir. Feysbuda nazirin istefasına çağırış statuslarına da rast gəlmək olar.

Ümumiyyətlə, ya yeniyetmə, ya atası ağır şəkildə cəzalanmalıdır və cəmiyyətə bir nümunə göstərilməlidir.

Bunun əksi arxayınlıq yaradır və məmur övlalarının, milyonçu uşaqlarının kasıb insanları vurub öldürməsi adi hala çevrilir.

İşin istintaqını aparan müstəntiq Elnur Həsənli Unikal.org-a danışıb. O, bildirib ki, Ağaəli Fərəcov yetkinlik yaşına çatmadığı üçün dindirələrək buraxılıb.

“Xəyalənin meyiti hələ də dəfn olunmayıb. Ailənin imkanı yoxdur ölüsünü götürməyə. Anası da özünü öldürür ki, balasını öldürənlər onun meyitini yerdə qoymasınlar. Bu sözləri criminal.az saytına açıqlamasında iki gün əvvəl Bakıda biznesmen oğlunun ''Porcshe'' markalı avtomobillə vurub öldürdüyü Xəyalə Məmmədovanın xalası Yeganə xanım deyib.

Xalanın sözlərinə görə, Xəyalə Gürcüstanda yaşayırdı, Bakıya uşaqlarını görməyə gəlibmiş: ”Uşaqları balacadır, bağça yaşlarında olan iki qızı var. Ərindən boşanmasa da, ayrı yaşayırdılar. Uşaqlar isə ataları ilə qalırdı. Özü isə gözəllik salonunda süpürgəçi işləyirdi. Hadisə baş verən gün "Razin"də gözəllik salonundan çıxan zaman maşın vurub. Maşın elə sürətlə hərəkətdə olarkən vurub ki, zərbənin təsirindən Xəyaləni yoldan kənara atıb. Başından aldığı zərbədən yerindəcə keçinib''.

Yeganə xanım hadisə ilə bağlı sürücüdən şikayətçi olmadıqlarını bildirdi: ''Sürücünü polis saxlayıb, amma bizə deyiblər yaşı azdır.

Xəyalənin ailəsi şikayətçi olmayıb. Deyirlər ki, ölümüzü götürsünlər, yerdə qalıb. İmkanımız yoxdu dəfn etməyə. Bu gün aparacağıq Gürcüstana. Sərhəd keçməliyik''.

(Azərinform)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub