Dəhşətli qəzada yaralanan tələbələrə baxan yoxdur? - Ailəsi narazıdır, nazirlik təkzib edir

13:32 16.03.2017 1 101
Dəhşətli qəzada yaralanan tələbələrə baxan yoxdur? - Ailəsi narazıdır, nazirlik təkzib edir
Martın 9-da Bakı-Sumqayıt yolunda 6 nəfərin ölümü, 20 nəfərin yaralanması ilə nəticələnən dəhşətli qəzadan bir həftə ötür. azerinform.az xəbər verir ki, modern.az-a daxil olan məlumata görə, hazırda Sumqayıtdakı xəstəxanada müalicə alan tələbələr baxımsızlıqdan narazıdırlar.
Yaralı tələbə Aytən Quluzadənin bacısı Ayşən Quluzadə də sosial şəbəkədə Sumqayıt xəstəxanasındakı vəziyyətdən şikayət edib. O, yazıb:
"Qəzada xəsarət alan tələbələri vecinə alan yoxdur. İcra başçısı, nə bilim hansısa rəsmilər qəza günü yalandan tələbələrin başlarını sığallayıb mediaya "poza verib" gedər-gəlməzə qərq oldular. Heç gəlməsinlər... Sözüm ondadır ki, xəstəxananın elə bir şəraiti var ki, orada sağlam adam xəstəlik tapar. O boyda yerdə cəmi iki tibb bacısı var. Əvvəl tapşırıq var idi deyə, maraqlanırdılar. İndi tələbələrlə maraqlanan yoxdur. Sırağagün bacımın halı pisləşəndə günorta saat 3 deyildi heç. Amma onu yoxlamağa həkim tapılmırdı.
Axırda gördülər anam hay-küy salıb , əməliyyatdan həkimin birini yarımçıq çıxarıb gətirdilər. O gəlib yardım etdi. 2-3 gün idi oradakı həkimə dedik aparaq Bakıya. Dedi ki, gərək dilinizdən kağız verəsiniz, sonra aparasınız. Çarəsiz "tərpətmək olmaz" deyə qalmağına razılaşdıq. Bu gün də yenə pis olub vəziyyəti. Yenə həkimi yox idi. Başqa həkim gəlib baxıb".
A.Quluzadə əlacsız qalaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinə zəng vurduqlarını bildirib:
"Dedilər ki, maraqlanacaqlar... amma nə səs var, nə soraq. Bu qədər də olmaz. Məqsədiniz sağ qalanları da öldürməkdir? Xəstənin vəziyyəti ilə bağlı nəsə deyəndə, elə cavab verirlər ki, sözlərindən belə çıxır ki, pulun varsa, apar özəldə müalicə elətdir, bizim gücümüz buna çatır. Bu qədər KİV vasitələri var. Niyə məsələni araşdıran biri yoxdur?Anlayıram, jurnalistin işi problemi həll etmək deyil, amma göstərməkdir. Media bu məsələni gündəmdə saxlasa, bu məsələni araşdırsa, digər qurumlar da məcburən də olsa, öz xoşuna da olsa, problemlə maraqlanacaqlar. Gündə bir sistem, iki iynə ilə o cür xəstələr sağalmır. Xəstəxana özü nə gündədir ki, xəstəyə də baxmağa imkanı olsun?! Bu dəqiqə o tələbələrə normal şəraiti, hər növ yardım imkanları olan bir klinikada müalicə lazımdır. Bu gecə iki dəfə qızların palatasına xəstə gətirilib. Hər dəfə işığı yandıranda, səs-küy olanda yuxudan yarımçıq ayılırlar. Travmalı uşaqlar olduğunu nəzərə almalıdırlar. Düzgün yardım etsinlər xəstələrə. Səhiyyəmizin necə bərbad olduğunu görmək çox çarəsizdir. Gərək bizim ölkədə xəstəxanaya gedəndə dərmanı da, həkimi də özünlə aparasan, başqa yolu yoxdur. Səlahiyyəti olan hər kəs bu məsələ ilə maraqlanmalıdır. Bu ,onların öhdəliyidir və lazımi səviyyədə də yerinə yetirməlidirlər".
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məsələ ilə bağlı sözügedən sayta danışarkən bu məlumatı təkzib edib:
"Hazırda Sumqayıt Dövlət Xəstəxanasında 2 xəstə müalicə alır. Onların vəziyyəti yaxşılaşır, həyati təhlükələri yoxdur. Onların sağalması üçün həkimlər əlindən gələni edib və edir. Əgər kimsə başqa xəstəxanaya köçürülmək istəyirsə, o başqa məsələdir. Amma "baxan yoxdur" deyilməsi haqsızlıqdır. Çünki onalrın yaşaması üçün bütün həkimlər səfərbər olub".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

23:33

Alim və oftalmoloq

01:44

Görkəmli oftalmoloq-alim, böyük ziyalı - ZƏRİFƏ XANIM ƏLİYEVA - ANIM...

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

15:24

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu

17:15

Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir

23:01

Navalnı necə öldürülüb? - Bu informasiyanı verəcək şəxsə 50 min avro vəd edildi

22:59

Kemeron: “Putin Ukrayna ilə bağlı səhv edib”

22:57

Prezident onu nazir müavini təyin etdi - FOTO

22:54

Paşinyanın partiyasından Zelenski AÇIQLAMASI

22:53

Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub

16:32

“Nar”ın dəstəyi ilə Şəkərbura Şou Olimpiya Kubokunun finalı keçirilib

12:26

“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

23:36

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədidə gənclərlə görüş keçirib

00:10

Azərbaycan Universitetinin tələbəsi həbs edildi - ŞOK SƏBƏB

15:20

Ağdamda otel tikən "Oskat" şirkəti fəhlələrin başına OYUN ACIR - VİDEO

22:37

Türkiyə və Azərbaycanla bağlı kritik qərar: - İrəvanda hazırlıq başladı

22:24

"Şirkət rəhbəri arvadını boşayır, başlayır saxta sənədlə mənzil satmağa..." - NƏ ETMƏLİ?