İsrail-Türkiyə yaxınlaşması KİMLƏRİ NARAHAT EDİR?

14:55 21.09.2022 628
İsrail-Türkiyə yaxınlaşması KİMLƏRİ NARAHAT EDİR?

İsrail Türkiyəyə yeni səfir təyin edib. Bu vəzifəyə İrit Lilian təyinat alıb. O, bu təyinata qədər İsrailin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili olub. Xanım səfir bu təyinata qədər İsrailin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili olub. Avstraliyada və Bolqarıstanda səfirlik missiyasını icra edib. Xatırladaq ki, Türkiyə ilə İsrail arasında münasibətlərin pozulmasının təməli 2009-cu il yanvarın 29-da İsveçrənin Davos şəhərində "Qəzza: Orta Şərqdə sülh" mövzusunda keçirilən konfransda qoyulub.

O zaman baş nazir vəzifəsini icra edən indiki Prezident Rəcəb Tayyib Ərdoğan İsrailin həmin dövrdəki rəhbəri Şimon Peresi və İsraili fələstinlilərlə münasibətdə obyektiv və ədalətli davranmamaqda qınayıb. Bundan sonra tərəflər arasında diplomatik qalmaqal yaşanıb. 2010-cu il mayın 31-də isə Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını isə iki dövlət arasında gərginliyin artmasına səbəb olub. Həmin hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülüb və iki ölkə arasında vəziyyət böhran həddinə çatıb. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırıb və iki ölkə arasında diplomatik əlaqələr kəsilib. 2016-cı ildə diplomatik əlaqələr yenidən bərpa olunub. Münasibətlərin istiləşməsinin əlaməti olaraq İsrail Prezidenti İsaak Hersoq 2022-ci ilin martında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya səfər edib. Avqustun 17-də isə İsrailin baş naziri Yair Lapidin ofisi İsrail və Türkiyə arasında diplomatik münasibətləri tam bərpa etmək və səfir təyin etmək barədə qərarın qəbul edildiyini açıqlayıb. Dia.az-ın məlumatına görə, Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Şərq"ə açıqlamasında deyib ki, Türkiyə-İsrail münasibətləri korlansa da, iki ölkə arasında əlaqələr 2018-cu ilə qədər soyuq şəkildə davam etdirilirdi. Partiya təmsilçisinin sözlərinə görə, hər iki ölkə anlayırdı ki, Türkiyə-İsrail münasibətləri regionun stabillik qarantıdır:

"Buna baxmayaraq 2018-ci ildə Yerusəlimdə (Qüds) ABŞ səfirliyinin açılmasına etiraz edən 60 fələstinli döyüşçü Qəzza sərhədində İsrail təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirildi. Bundan sonra gərginlik artdı və səfirlər qarşılıqlı geri çağırıldı. 4 ildən sonra diplomatik əlaqələrin bərpa edilməsi gərginliyin arxada qalması anlamına gəlir. Ədalət naminə etiraf etmək lazımdır ki, Fələstin məsələsində haqlı tərəf İsrail dövlətidir. Mövzuya tarixi nöqteyi-nəzərdən yanaşsaq, israillilərin bölgədə dövlət haqqı tanınmalıdır. Fələstin isə BMT-nin onlara verdiyi haqqı ayaqlar altına ataraq İsrailin dövlət haqqını tanımaq istəmir. Bölgədə real vəziyyət bu gün baş verən siyasi prosesləri tamamlayır. İsrail bugünkü əraziləri ilə birlikdə bir neçə əhəmiyyətsiz dövlətləri çıxmaq şərti ilə tanınıb. İsrail dünya elminə və mədəniyyətinə saysız-hesabsız görkəmli şəxsiyyətlər bəxş etmiş ölkədir. İsrailin varlığı bəşəriyyət üçün lazımlı və faydalıdır. Fələstinlilər isə digər ərəb ölkələri kimi zəhmət çəkmədən yaşamaq arzusundadır".

V.Əfəndiyevə görə, İranın təsir dairəsində olan Fələstin bölgədə yəhudi xalqının həyatı üçün daim təhlükə yaratmaqdadır: "Fələstinə atılan raketlər isə məlumdur ki, cavab atəşləridir. Bu hadisə Ərdoğan hökuməti tərəfindən ənənəvi olaraq qınanacaq, lakin münasibətlərin geriləməsi baş verməyəcək. Türkiyə ilə İsrail arasındakı münasibətlərin istiləşməsi həm Qərb dairələrində, həm Rusiyada, həm də daxildə PKK tərəfdaşlarını çox narahat edir. İran isə Türkiyənin gündən-günə artan hərbi qüdrətinə qısqanc yanaşır. İsraildən bəhs etmişkən Azərbaycanın böyük dostu, yəhudi əsilli Arye Qutun uzun sürən xəstəlikdən həyatını itirməsi bizi çox məyus etdi. Dostluq körpüsü yaradan insan idi, Tanrı məkanını uca etsin!".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO