Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunub.
Erməni KİV xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqorya ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.
Məlumata görə, tərəflər sentyabrın 14-də saat 20:00-dan etibarən sərhəddə atəşkəs barədə razılığa gəliblər.
O qeyd edib ki, bu razılaşma beynəlxalq ictimaiyyətin iştirakı sayəsində əldə olunub.