Ağsu rayonunda 3 dekabr – Beynəlxalq Əlillər Günü qeyd olunub

18:56 4.12.2021 1 194
Ağsu rayonunda 3 dekabr – Beynəlxalq Əlillər Günü qeyd olunub



3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayon ərazisində yaşayan bir qrup əlillə görüşüb.

Əvvəlcə RİH başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamlayıb və onları Beynəlxalq Əlillər Günü münasibəti ilə təbrik edib. Bildirib ki, BMT Baş Məclisinin 1992-ci il 14 oktyabr tarixli qərarı ilə hər il dekabrın 3-nün Beynəlxalq Əlillər Günü kimi qeyd olunması qərara alınmışdır. Ölkəmiz də BMT Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmuşdur.

Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Prezident cənab İlham Əliyev tərəfindən daima əlillərə, o cümlədən Qarabağ müharibəsi əlillərinə, eləcə də şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir. Ölkə Prezidenti tərəfindən bu kateqoriyadan olan vətəndaşların pensiya və müavinətlərinin məbləğlərinin artırılması, onların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq sərəncamlar verilir. Son illər bu sahədə rayonda da bir sıra işlər həyata keçirilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri 16 mənzilli olmaqla iki yaşayış binası tikilmiş, həmçinin fərdi yaşayış evləri inşa olunmuş, eyni zamanda onlara minik avtomobilləri verilmişdir. Cənab Prezidentin tapşırığına əsasən rayonda əlillər üçün hər cür şərait yaradılmış, onların qaldırdığı problemlərin həllinə daim diqqət göstərilmişdir.

RİH başçısı xüsusilə vurğulayıb ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şanlı qələbə qazandığı 44 günlük Vətən müharibəsində sağlamlığını itirmiş vətəndaşlarımızın sağlamlığının bərpası və normal həyata qayıtmağı istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılır.

Görüşdə müharibə əlilləri çıxış edərək onlara göstərilən qayğı və diqqəti daim hiss etdiklərini, bunun sayəsində bir çox məsələlərin həll edildiyini, bütün bunlara görə dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, həmçinin bir sıra xahiş və təkliflərini səsləndiriblər. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov görüş iştirakçılarının irəli sürdükləri məsələlərin tezliklə həll olunması üçün aidiyyəti üzrə tapşırıqlarını verib.

Ağsu rayonunda 3 dekabr – Beynəlxalq Əlillər Günü qeyd olunub
Ağsu rayonunda 3 dekabr – Beynəlxalq Əlillər Günü qeyd olunub
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO