“UŞAQLARA SPİRT VURMAYIN, MASKA TAXMAYIN...” - "Azərbaycanda insanlarin 90%-də kütləvi immun müqaviməti əmələ gəlib"

11:36 6.10.2021 696
“UŞAQLARA SPİRT VURMAYIN, MASKA TAXMAYIN...” - "Azərbaycanda insanlarin 90%-də kütləvi immun müqaviməti əmələ gəlib"

"COVİD-19-la bağlı tətbiq edilən bir çox məhdudiyyətlərin ləğv olunması düzgün qərardır və insanların normal həyata qayıtmasının ilkin şərtidir".

Bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

O, təəssüflə qeyd edir ki, virus xofundan qurtarmağa xidmət edən bu vəziyyətlə bəziləri sanki barışmaq istəmirlər. "COVİD-19-un qonşu ölkələrdə şiddətli artımı, ölüm hallarının kəskin çoxalması, xüsusən cavanlar arasında üstünlük təşkil etməsi haqqında məlumatlar yayılır və insanları qorxu altında saxlamağa çalışırlar. Hətta bəziləri daha “uzaqgörənlik” edərək, virusun yenidən alovlanacağı, bu dəfə xəstələnənlər içərisində uşaqlar və gənclərin üstünlük təşkil edəcəyini söyləyirlər. Odur ki, karantin tədbirlərinin mərhələli şəkildə sərtləşdiriləcəyinin gündəmdə olduğu iddia olunur", - professor əlavə edib.

M.Qəniyev vurğulayır ki, belə məlumatlar tamamilə yanlış və əsassızdır, xoş olmayan məram və məqsədlərə xidmət edir: "Əvvəla, konkret səbəbləri göstərməklə, COVİD-19-un bizim millətimiz və xalqımız üçün “qorxulu kabus” olmaması haqqında dəfələrlə yazmışam. Şübhəsi olan, onları təkrar-təkrar oxuya bilər.

İkincisi, böyüklərə xas olan əksər fizioloji, neyro-humoral, immun və reseptor mexanizmlər yalnız 2-ci uşaqlıq yaş dövrünün sonu, yəni qızlarda 11 yaşdan, oğlanlarda isə 12 yaşdan sonra tam formalaşır. O cümlədən, COVİD 19-un bağlanaraq orqanizmə daxil olduğu ACE2 reseptorları da. COVİD-19 postsinaptik hüceyrə baryerini aşmasına yardımçı olan basiqin (CD147) və Neyropilin-1 reseptorları isə, söylədiyim yaş qruplarında ümumiyyətlə “supresiya” vəziyyətində olur. Odur ki, bəzi kənaraçıxmalar nəzərə alınmazsa, bu yaş qrupuna qədər uşaqların COVİD-19-a yoluxma, xüsusən də bu infeksiyanı ağır keçirmə ehtimalı yoxdur". Tibb elmləri doktoru əminliklə vurğulayır ki, qeyd etdiyi yaş qrupunda olan uşaqların bağça və ya məktəbə getməsinə görə heç bir narahatlıq və qorxu hissi keçirmək lazım deyil: "Bu uşaqların əlinə 95%-li spirt vurmayın, onlara maska taxdırmayın. Sadəcə olaraq, adi gigiyenik vərdişlərə əməl etməyi onlara aşılayın və ən əsası, onların üzündən kimsənin öpməsinə icazə verməyin".

M.Qəniyev bildirir ki, 11-12 yaşdan gənclik dövrünün tamamlandığı 19 yaşa qədər COVİD-19-un letallıq əmsalı 0,2%-dən 0,6%-ə qədərdir: "Yəni hər 1000 nəfər xəstələnməyə 2-6 nəfərə qədər ölüm halı düşür. Bu faiz nisbəti də bir qayda olaraq, irsi-genetik və ya ciddi ağır müalicəyə dözümlülük göstərən xəstəliyi olan gənclərdir. Başqa sözlə desək, bu yaş qrupunda tamamilə sağlam olan yeniyetmə və gənclərdə letallıq faizi sıfırın üstündədir. Yəni adi gigiyenik vərdişlərə əməl olunarsa, COVİD-19 bu yaş qrupu üçün heç bir halda qorxulu deyil. Mən adi gigiyenik vərdiş dedikdə nə maska taxmaq, nə də əllərin spirtlənməsini nəzərdə tutmuram, yalnız nəfəs-nəfəsə durmaq və hazırda bizim gənclər arasında stereotipiya halını almış öpüşməyi nəzərdə tuturam".

Professor insanlar arasında, xüsusən övladlarına görə qorxu toxumu səpmək istəyənlərə xatırlatma edib: "Hazırda ölkəmizdə COVİD-19 əleyhinə vaksinasiya olunanların ümumi sayı 7 milyon 174 min 292 nəfərdir. Bunların içərisində hər iki doza vaksin alanların sayı 4 milyona yaxındır. Hərgah, keçən ilin son 3 ayı, eləcə də bu ilin mart, aprel, həmçinin son aylarda yoluxub-sağalanların ümumi sayını nəzərə alsaq, Azərbaycanda insanlarin 90%-dən çoxunda kütləvi immun müqavimətin əmələ gəldiyini məsuliyyətlə söyləmək olar. Digər tərəfdən, məlum həqiqətdir ki, COVİD-19-un orta inkubasiya dövrü 2-14 gündür. Lakin 90%-dən yuxarı hallarda bu müddət cəmi 5,2 gün təşkil edir. Kütləvi insan kontaktının sentyabrın 29-dan, yəni ali məktəblərdə dərslərin başladığı gündən olduğunu nəzərə alsaq, virusun iddia olunan alovlanması oktyabrın üçündə baş verməli idi. Halbuki sentyabr ayının 29-u ilə müqayisədə (842 yoluxma halı) 4 oktyabrda yoluxma halı 2,2 dəfə azalıb, 391 nəfər olub. COVİD-19-un məlum inkubasiya dövrün nəzərə alsaq, növbəti günlərdə yoluxma sayının arta biləcəyinin nə praktik, nə də heç bir elmi əsası yoxdur. Hətta bunu kimsə istəsə və ya arzulasa belə".

Musa Qəniyev sonda qeyd edib ki, oktyabr-noyabr aylarında fəsli viral infeksiyaların artması təbii qanunauyğunluqdur. "Odur ki, bu il də həmin halın aşağı faiz nisbətində də olsa təkrarlanacağı qaçılmazdır. Bu səbəbdən növbəti iki ayda hər boğaz ağrısını, temperaturun yüksəlməsini, baş, oynaq, əzələ və qarın ağrısını COVİD-19 hesab edib, hissiyyata qapınmayın, stress, gərginlik və ruhi sarsıntıya düşməyin, təyinatsız antiviral, hormonal və antibakterial dərman preparatlarını qəbul etməyin, rentgen, xüsusən KT sevdasını birdəfəlik unudun", - professor tövsiyələrini verib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:59

İmişli rayon İH başçısı aparatının şöbə müdirinin müavini - sektor müdiri Aqil Hüseynovun barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

13:37

Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalovun barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır