Rusiya kəşfiyyatı Qərbdə necə işləyir? - Britaniyada aparılan araşdırmanın nəticələri açıqlandı

14:47 6.09.2021 694
Rusiya kəşfiyyatı Qərbdə necə işləyir? - Britaniyada aparılan araşdırmanın nəticələri açıqlandı

Bir sıra tanınmış Qərb xəbər agentliklərinin vebsaytları rusiyapərəst təsir əməliyyatının hədəfinə çevrilib. Vebsaytların şərh bölümlərində ictimai rəyə təsir göstərməyə çalışıblar. "AzPolitika.info" "Azadlıq" radiosuna istinadən xəbər verir ki, bunu Britaniyada aparılan araşdırma üzə çıxarıb.

Kardif Universitetinin Cinayətkarlıq və Təhlükəsizlik Araşdırmaları İnstitutunun tədqiqatı rusiyapərəst şərhlərə qeyri adi dərəcədə yüksək müsbət reaksiya gəldiyini aşkarlayıb. Bu şərhlər də öz növbəsində rusdilli mediada qabardılır, onların əsasında Qərb ictimai rəyinin Kremlin siyasətini dəstəklədiyi, Qərb hökumətləri və qurumlarından narazı olduğu iddia edilir.

Hazırda davam etdiyi bildirilən əməliyyat 16 ölkədə 32 media orqanını hədəfə alıb. Buraya ABŞ-da “Washington Post” və “Fox News”, Britaniyada “Daily Mail”, “Daily Express” və “The Times” daxildir.

Kardif şərhlərin analizinə apreldə başladığını, bu kampaniyanın isə çoxdan getdiyini bildirir. Məqsəd liberal demokratiyanın iflası, NATO-nun çöküşünə dair Rusiyanın iddialarını dəstəkləməkdir.

Apreldən bəri 250-dək yazının şərh bölümlərində Rusiyaya aid məsələlər haqda, kremlpərəst və antiqərb ruhlu şərhlər aşkarlanıb.

Bəzi yazılarda Qərbdə Rusiyaya, Prezident Vladimir Putinə, konkret siyasətə geniş dəstək verildiyi iddia olunub. Məqalələr Avropada, daha çox Bolqarıstanda dərc olunub, daha sonra "Telegram" daxil sosial media platformalarında yayılıb.

BBC-nin məlumatına görə, əməliyyat çərçivəsində ABŞ və Britaniyanın Əfqanıstandan çıxışı məsələsindən də istifadəyə cəhd edilib. Hədəfə alınan digər vebsaytlar içində Fransanın “Le Figaro”, Almaniyanın “Die Welt”, İtaliyanın “La Stampa” nəşrləri də var.

Araşdırmaçılar qeyd edirlər ki, "Twitter" və "Facebook" kimi sosial media şəbəkələri təsirgöstərmə kampaniyalarını aşkarlamağa daha çox resurs sərf edirlər. Amma ənənəvi media adamların çoxsaylı, yalançı kimliklər yaratmasını dayandırmaq üçün daha az təhlükəsizlik tədbirləri görür. Bunu BBC-yə Cinayətkarlıq və Təhlükəsizlik Araşdırmaları İnstitutunun direktoru deyib.

Birləşmiş Ştatlar Rusiyanı 2016 və 2020-ci illərdə sosial media vasitəsilə seçkilərə təsir göstərməkdə suçlayıb, bir sıra kiberhücumların arxasında rusiyalı hakerlərin durduğunu bildirib. Rusiya isə dezinformasiya əməliyyatları və kiberhücumlarda hər hansı rolunu inkar edir.

Britaniyanın Xarici işlər naziri Dominik Raabın fikrincə, bu araşdırma internetdə Rusiya dövlətinin dəstəklədiyi dezinformasiyanın demokratiyaya hədəsini ortaya qoyub.

“Britaniya yalan yayan Kreml trolları ilə mübarizədə beynəlxalq müttəfiqlərlə sıx işləyir”, – Raab vurğulayıb.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:06

Xeyirxahlıq ulu babalardan qalan əmanətdir... - Gədəbəyin Parakəndində kənd yolunun təmirinə NÜMUNƏVİ TƏŞƏBBÜS - FOTO/VİDEO

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?