TALİBAN HAKİMİYYƏTİ TÜRK RESPUBLİKALARINA NƏ VƏD EDİR? - “Mərkəzi Asiya respublikaları hərtərəfli təsirə məruz qalacaq”

11:14 11.09.2021 2 802
Talibanın çox qısa müddət ərzində Əfqanıstanın paytaxtı Kabili nəzarət altına almasıyla beynəlxalq arenada yeni dövr başlayıb.

Taliblərin hakimiyyəti zəbt etməsi barədə müxtəlif fikirlər səslənir. Bəzi ekspertlər deyirlər ki, Amerika Taliban qarşısında məğlubiyyətə uğrayıb, ancaq digərləri əmindirlər ki, ABŞ regionu qarışdırmaq üçün yeni oyun qurub.

Hazırkı vəziyyət barədə yəqin bunu demək olar - regiondakı hadisələr nəinki Əfqanıstana və onun qonşularına, həm də Avrasiya məkanının taleyinə təsir göstərir. Əfqanıstandakı hadisələrin ən çox toxunacağı region Mərkəzi Asiyadır.

Xatırladaq ki, ABŞ soyuq müharibə dövründə Əfqanıstanın əhəmiyyətini yaxşı anlayırdı və SSRİ-ni mühasirəyə almaq planı qurmuşdu.

Nikolas Spaykmanın(Nicholas Spykman) “qövslü dünya nəzəriyyəsi”ndə mühüm yer tutan Əfqanıstana həmçinin ABŞ prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bzejzinski də böyük əhəmiyyət verirdi. 1979-cu ildə SSRİ-nin Əfqanıstana müdaxiləsindən sonra Bzejinski regiondakı cihadçı qrupların fəaliyyətinə xüsusi diqqət ayırırdı və onun öz sözlərinə görə orada “Sovet Vyetnamı” yaratmağa çalışırdı.

Sovet İttifaqı on illik işğaldan sonra Əfqanıstanı tərk etdi. Bu ölkədəki məğlubiyyət SSRİ-nin dağılmasını sürətləndirmişdi.

“Soyuq müharibə”nin qurtarması ilə Mərkəzi Asiyanın dörd türk respublikası - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və o cümlədən də xeyli türk əhalisi yaşayan Tacikistan müstəqillik əldə etdi. Əfqanıstandakı cihadçı qruplar bu ölkələrdə də hərəkətə keçməyə cəhd göstərdilər. 1994-cü ildə yaradılmış Taliban 1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyətdə olmuş və İslam Əmirliyinin əsasını qoymuşdu. Həmin dövrdə islamçı qruplar Əfqanıstanla sərhədi olan Tacikistan, Özbəkistan və Qırğızıstanda xüsusilə güclənmişdilər.

Müstəqillik əldə etdikdən sonra Tacikistanda 1992-1997-ci illərdə kommunist iqtidar ilə islamçı qruplar arasında vətəndaş müharibəsi yaşanmışdı.

Özbəkistanda, əsasən də Fərqanə vilayətində mühafizəkar güclər və islamçı hərakat cəmləşmişdi. İslamçı müxalifət hökumətin devrilməsi planı qurmuşdu. Bu plan Özbəkistan prezidenti İslam Kərimovun səyləri nəticəsində pozuldu. Rusiya üçün də bu hərəkatlar ciddi təhlükə təşkil edir.

Boris Yeltsindən sonra prezident olan Vladimir Putin narahatlığını dilə gətirərək demişdi: ”Bizə Orta Asiyada ikinci Əfqanıstan lazım deyil”.

Rusiya radikal cihadçı qruplarla mübarizədə Mərkəzi Asiya ölkələri ilə eyni mövqedən çıxış edir. 11 sentyabr 2001-ci ildən sonra terrorçuluqla mübarizə çərçivəsində Rusiya və ABŞ arasında qısamüddətli əməkdaşlıq olmuşdu. Lakin bir müddətdən sonra Rusiya və Çinin yaxınlaşması ilə ABŞ-ın Mərkəzi Asiyadakı təsiri zəiflədi.

Talibanın hakimiyyəti öz əlinə götürməsindən sonra Mərkəzi Asiyanın türk respublikaları Əfqanıstanla münasibətlərində yeni gedişlər etməyə məcbur olacaq.

TALİBAN HAKİMİYYƏTİ TÜRK RESPUBLİKALARINA NƏ VƏD EDİR? - “Mərkəzi Asiya respublikaları hərtərəfli təsirə məruz qalacaq”

Hər nə qədər islamçı struktura malik olsa da, Puştun millətçiliyini önə çəkən Talibana qarşı 1996-2001-ci illərdə əhalisi əsasən türkmən və özbək mənşəli olan və Cənubi Türküstan adlandırılan Əfqanıstanın şimalındakı bölgədə özbək əsilli Abdül-Rəşid Dustumun rəhbərliyi altında böyük müqavimət təşkil edildi. Bu ilin may ayından isə Taliban ilə marşal Dustumun rəhbərliyindəki dəstə arasında toqquşmaların baş verməsi xəbərləri gəlirdi. Talibanın hakimiyyəti yenidən əlinə almasıyla regiondakı türk əhalisinə qarşı hücumların sayı arta bilər.

Əfqanıstandakı qeyri-sabitlik güclü miqrasiya dalğası yaradar və bu, Mərkəzi Asiya respubliklarına hərtərfli təsir edə bilər.

Talibanın idarə etdiyi Əfqanıstanda başda İŞİD olmaqla sələfi cihadçı terror təşkilatları güclənə və Mərkəzi Asiyadakı fəaliyyətlərini aktivləşdirə bilərlər.

Eyni zamanda, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarətindəki terror təşkilatları Çinin “Bir zolaq, bir kəmər” layihəsini əngəlləmək və həm də Rusiyanın təhlükəsizliyini zəiflətmək üçün regionun sabitliyini pozmaq istiqamətində fəaliyyətə keçə bilərlər.

Düzdür Taliban Moskva və Pekin ilə ahəngdar münasibətlər quracağı barədə siqnallar verir. Ancaq Rusiyanın Əfqanıstandakı cihadçı qruplarla keçmişdəki mübarizəsi və Çinin Sincan-Uyqur muxtar rayonu ilə bağlı narahatlığı səbəbindən hər iki ölkə, eləcə də Mərkəzi Asiya respublikaları təhlükəsizlik və hərbi baxımdan əlaqələrini ən yüksək səviyyəyə qaldıracaqlar.

“Cumhuriyet” – (Türkiyə)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO