"Azərbaycan xalqı ən vacib qərarını verərək çətin və ağır vəziyyətdə olan taleyini Heydər Əliyevə tapşırdı”.

14:52 16.06.2021 755
"Azərbaycan xalqı ən vacib qərarını verərək çətin və ağır vəziyyətdə olan taleyini Heydər Əliyevə tapşırdı”.

Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə respublikamız son illər bütün dünyada lider mövqeyə yüksəlib. Bu gün ölkəmizdə davam edən geniş quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu önədimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir.

1990-cı ildən başlayaraq Azərbaycan xalqı tarixinin ən çətin, keşməkeşli dövrünü yaşayırdı. Bu, böyük tarixi keçmişi, möhkəm milli əsasları, geniş siyasi və ədəbi dünyagörüşü olan qədim və inkişaf etmiş bir xalqın düşdüyü vəziyyət idi. Ölkənin ictimai-siyasi həyatında çaxnaşmalar, cəbhədə məğlubiyyətlər, anarxiya, xaos hakim idi. Öhdələrinə götürdükləri işin məsuliyyətini və mahiyyətini başa düşməyən, xalqın düşdüyü vəziyyəti anlamayan, daxili siyasi vəziyyəti düzgün qiymətləndirməyən, xarici siyasətdə dövlət maraqlarından çıxış etməyən, kadır siyasətini dostluq prinsipləri üzərində quran quvvələr, sözün əsl mənasında, ölkəni uçurumun kənarına gətirmişdilər. Nazirlər və digər rəhbər vəzifəli şəxslər səlahiyyətlərinə daxil oldu-olmadı xarici dövlətlərin ünvanına yersiz bəyanatlar səsləndirməklə dövlətlərarası münasibətlərin qurulmasına ciddi xələl gətirir, Azərbaycana qarşı münasibətdə onları ehtiyatlı olmağa sövq edirdilər. Azərbaycan reallığı üçün xarakterik olmayan yersiz bəyanatlar xarici qüvvələrin dəstəyi ilə ölkəni parçalanmaq təhlükəsi qarşısında qoymuşdu. Separatçı meyillər artmışdı. Qanunsuz fəaliyyət göstərən silahlı dəstələr özbaşınalıq edir, paytaxt daxil olmaqla ölkənin hər yerində silahlı insidentlər baş verirdi. Xalq varlığını, ölkənin bütövlüyünü, elan olunmuş müstəqilliyin qorunub saxlanılmasını arzu edirdi. Ancaq mövcud hakimiyyət və onun rəhbərləri buna heç cür qadir deyildi. Hərc-mərclik, özbaşınalıq, avantürizm baş alıb gedirdi.

Xalq 1993-cü ildə Azərbaycan dövlətini bu çətin girdabdan xilas etmək üçün Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Ulu öndərin xalqın səsinə səs verərək Bakıya gəlişi bütün narahatlıqları aradan qaldırdı. Bu qayıdış xalqımızı düçar olduğu fəlakətdən xilas etdi. Ulu öndərin əsasını qoyduğu milli qurtuluş fəlsəfəsi müstəqilliyin nüvəsi oldu. Çox böyük real təhlükələrin qarşısına alaraq xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma aradan qalxdı, respublikamız vətəndaş müharibəsindən və parçalanmadan xilas oldu. Həmin gündən ötən dövr ərzində ulu öndərimizin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, ordu gücləndirildi.

Ötən il xalqımız zəfər tarixini yaşadı, Ermənistan işğalında olan torpaqlarını cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük qələbə ilə azad etdi. Bu qələbənin şərtlənməsində Ulu Öndərin qoyduğu təməl danılmazdır. O, 1993-cü ildə hakimiyyətə gələrkən Ermənistanın ölkəmizə hərbi təcavüzü davam edirdi. Rayonlarımız, kəndlərimiz ard-arda işğal olunurdu. Məhz ulu öndər Prezident seçildikdən sonra ordumuzda və xalqımızda qələbəyə qəti inam yarandı. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr yaradıldı. Nəhayət, Ermənistanın hərbi hücumlarının qarşısı alındı. Ardınca Heydər Əliyevin Ali Baş Komandanlığı ilə 1994-cü ilin yanvarında həyata keçirilən uğurlu “Horadiz” əməliyyatı nəticəsində Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun bir kəndi işğaldan azad edildi. Azərbaycan Ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti sayəsində nail ola bilmişdi. “Horadiz” əməliyyatı zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi, onlarla döyüş texnikası, xeyli sayda silah-sursat qənimət kimi götürüldü. Bu məğlubiyyətdən sonra düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur oldu. Beləliklə, Ermənistanla münaqişədə əsaslı dönüş baş vermiş oldu.

Böyük fəxarətlə qeyd edə bilərik ki, Prezident İlham Əliyev ulu öndərin qurub yaratdığı Azərbaycanı daha da zirvələrə qaldıraraq regionun ən inkişaf etmiş lider dövlətinə çevirib. Məhz cənab Prezidentin qətiyyəti sayəsində uzun illər davam edən Ermənistanın Azərbaycana qarşı işğal siyasətinə son qoyuldu, torpaqlarımız işğaldan azad edildi, Ermənistan ordusu haqqında yaradılmış yalançı məğlubedilməzlik mifi və erməni faşizmi məhv edildi. Artıq işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və abadlıq işləri sürətlə həyata keçirilir, iri iqtisadi layihələr icra olunur. Bu gün Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək daha böyük hədəflərə doğru böyük şövq və ilhamla irəliləyir.

Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçı hazırlamışdır. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli, praqramtik lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir. Zəngin dövlətçilik məktəbindən dərs alan, təcrübəli diplomat, Azərbaycan Prezidenti cənab İiham Əliyev dünyada ən islahatçı dövlət başçılarından biri kimi qəbul edilir. Onun düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünyanı bürüyən maliyyə böhranı zamanı da ən az zərər çəkən ölkə olmuşdur. Sevindirici haldır ki, ümummilli liderimizin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qlobaliaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdiriiir.

Heydər Əliyev qürur hissi ilə deyərdi: "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam...". Bu gün Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi bir övladı var. Qəlbi həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcəkdir.

Tural HÜSEYNLİ,
Nəsimi rayonu, iqtisadcı.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...