Ağsu rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilib

12:44 21.01.2020 1 140
Ağsu rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilib


30 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xəbərdarlıq etmədən Bakıya silahlı basqını, dinc, əliyalın insanların gülləbaran edilməsi, hətta qadağan olunan silah və sursatlardan istifadə olunması Azərbaycan xalqının azadlıq istəyinə, azadlıq arzularına qarşı yönələn qəsd idi. Vəhşicəsinə törədilən bu qəsd tariximizin qanla yazılan səhifələrindəndir. Həmin vaxt 147 nəfər mülki şəxs amansızlıqla öldürülüb, 744 nəfər dinc, günahsız insan yaralanıb, 841 nəfər qanunsuz həbs edilib.
Bu dəhşətli faciənin acı xatirəsi yanvarın 20-də səhər saatlarında Ağsu şəhərindəki Qəhrəmanlar parkında minlərlə sakinin iştirak etdiyi anım mərasimində bir daha yad olunub.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi şəhidlərin ruhuna dua oxuyub.
Mədəniyyət işçilərinin ifasında qanlı faciəyə, Azərbaycana, Milli Ordumuza həsr edilən şeirlər səsləndirilib.
Sonra şəhidlərin xatirə kompleksində əbədi məşəlin önünə rayon icra hakimiyyəti adından əklil qoyulub, insanlar xatirə kompleksinə qərənfillər düzüblər.
Daha sonra ağsulular şəhərdəki şəhid məzarlığına gələrək, qəbirlərin üzərinə çiçəklər qoyub, Azərbaycanın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

********************************
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Ağsu rayon Heydər Əliyev Mərkəzində tədbirlər keçirilir. Bu məqsədlə 20 Yanvar faciəsinə həsr olunan sənədli filmlər göstərilir, məktəblilərin və gənclərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilir, mərkəzdə, habelə kənd məktəblərində "20 Yanvar azadlığa gedən yolun zirvəsidir" mövzusunda mühazirələr oxunur.
Son mühazirələr rayonun Padar kənd tam orta məktəbində VI- XI siniflərdə dinlənilib. Heydər Əliyev Mərkəzinin elmi işçisi İlahə Usubəliyeva tərəfindən söylənilən mühazirələrdə 20 Yanvar hadisələrinin müstəqillik və azadlıq eşqi ilə səsini ucaldan əliyalın insanlara qarşı törədilən, mahiyyətinə və miqyasına görə XX əsrin ən dəhşətli faciələrindən olduğunu diqqətə çatdırıb. Mühazirəçi ümummilli lider Heydər Əliyevin bu qanlı hadisələrlə bağlı Moskvada sərt bəyanat verdiyini, 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdiyini söyləyib.
İlahə Usubəliyeva 20 Yanvar hadisələrinin xalqımızın iradəsini qıra bilmədiyini və azadlıq mübarizəsinin 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası ilə nəticələndiyini diqqətə çatdırıb.
Sonda yeniyetmələri maraqlandıran suallar cavablandırılıb.

*********************************
Ağsu rayonunda rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Qanlı Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
Uşaq-gənclər idman–şahmat məktəbində təşkil olunan yarışlarda öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Əlisa İsayev çıxış edərək öz azadlığı, müstəqilliyi uğrunda dinc nümayişə çıxan əliyalın insanlara qarşı törədilən qırğından danışıb.
57 məktəblinin iştirak etdiyi yarışlar 3 yaş qrupunda dairəvi sistem üzrə keçirilib və iki gün davam edib. Hər yaş qrupu üzrə I, II və III yerləri tutan şahmatçılara rayon gənclər və idman idarəsinin diplomları verilib.


Ağsu rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilibAğsu rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilibAğsu rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilibAğsu rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilibAğsu rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilibAğsu rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilibAğsu rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilibAğsu rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilibAğsu rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilibAğsu rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilib
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko