Hafiz Hacıyev vitse-prezidentliyə şok ad açıqladı: “Digər posta nazir təyin etmək olmaz”

17:03 22.02.2017 1 457
Hafiz Hacıyev vitse-prezidentliyə şok ad açıqladı: “Digər posta nazir təyin etmək olmaz”
“Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın birinci vitse-prezident seçilməyini çox müsbət qiymətləndirirəm və bu məsələdə cənab prezidentin köməkçisi oldu.Biz bu məsələləri ortaya qoyanda,gündəmə gətirəndə fikirləşirik ki,bu millətimizin xeyrinə olacaq”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Politika.Az-a müsahibəsində ölkənin birinci ledisi Mehriban Əliyevanın 1-ci vitse-prezident təyin olunmasını belə xarakterizə edib.
MMP sədri düşünür ki, Mehriban xanımın birinci vitse-prezident olması Azərbaycanda böyük inkişafa yol açacaq: “Azərbaycanın gələcəyi üçün böyük işlər görülməsində prezidentə yardımçı olacaq.
Bu “qocalar evi”ndən xalqın canı qurtaracaq.Ona görə də Mehriban xanımı müdafiə eləmişik.Bu,partiyamızın üzərində böyük bir məsuliyyətdir”.
H.Hacıyev qeyd edib ki, Mehriban Əliyevanın birinci vitse-prezident seçilməsindən sonra islahatlar gözlənilir:
“Sadəcə olaraq birinci vitse-prezidentə böyük səlahiyyətlər verilməlidir və hökumətin bugünkü günə qədər işləməməsi, hökumət üzvlərinin özlərinə işləməsinin qarşısı alınmalıdır.
Mehriban xanımın bu posta gəlməsi “qocalar evi”ndəki özü və ailəsi üçün işləyən nazirlərin,müavinlərin yuxusuna haram qatıb.
Nazirlərlərin aldığı maaş 1750 manatdır.Bunlar villanı nə ilə tikdirib?Bu villaların hamısı əllərindən alınmalıdır.
Əgər onların əlində milyardlar qalsa ölkəmizdə çox böyük qarışıqlıq yaranmasının bünövrəsini qoyacaqlar.Artıq klanların mübarizəsi bu gündən qızışıb və daxildə narazılıq yaradırlar”.
H.Hacıyev Politika.Az-a bildirib ki, iki vitse-prezident postuna yer boş qalıb: “Bunlardan birinə Naxçıvan Ali Sovetin sədri Vasif Talıbov Konsitutsiya uyğun olaraq təyin edilməlidir.
Düşünürəm ki, digər posta heç bir naziri təyin etmək olmaz.Artıq bu nazirlərin əlindən millətin canı boğazına doyub.Nə mənası varki, yenidən vitse-prezident postuna nazir təyin edilsin?”
MMP sədri özünün təyin edilməsini də istisna etmir: “Əlbəttə ki,əla olar.Bundan həm Qərbi azərbaycanlılar rahat olar,həm də klanlar arasında mübarizə də dayanar.Bəziləri deyirlər ki, Qərbi azərbaycanlılar da orda çoxdur.
Amma bu məsələlərin əksəriyyətinin qərbi Azərbaycanlılara dəxli yoxdu. Çünki onlar öz ailələrindən,qohumlarından başqa heç kimi sevmirlər. Mən düşünürəm ki, Mehriban xanım bu istiqamətdə öz iradəsini ortaya qoyacaq və qardaşıma da belə etibarlı adam lazımdır”.
H.Hacıyevin sözlərinə görə, Nazirlər Kabinetinin ləğvi nəzərdə tutulmur: “Amma formal qurum kimi saxlanmalı və bir-iki nəfər formal olaraq orda qalmalıdır.Orda oturanlar dövlətin büdcəsini talayanlardı”.
Ölkədə gedən bahalaşmadan danışan partiya sədrinin fikrincə, Kənd Təsərrüfatı Nazirliyi haqda faktlar üzərində çox dayanıb: “Çoxunu da böyrü üstə qoymuşuq. İstehsal olmayan yerdə bazarda nə olmalıdı?
Mən istəmirəm o adamın adını çəkəm.Bu haqda kifayət qədər demişəm.Novruz bayramında qiymətlər bir az da qalxacaq və millətin əhval-ruhiyyəsi pis olacaq Bu yarıtmaz məmurların fəaliyyətinin nəticəsidir”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko