Azər MƏRDALIYEV: “Özgə yerin odu vətənimin tüstüsü qədər qiymətli ola bilməz”.

15:49 25.06.2019 1 234
Azər MƏRDALIYEV: “Özgə yerin odu vətənimin tüstüsü qədər qiymətli ola bilməz”.

26 iyun Azərbaycanda Silahlı Qüvvələr günüdür. Azərbaycanda ordu quruculuğu prosesi çox çətin və mürəkkəb mərhələlərdən keçib. Həm Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illərdə, həm də müstəqilliyimizin yenidən bərpa edildiyi 1991-ci ildən sonra ordu quruculuğu istiqamətində saysız-hesabsız maneələr dəf edilib.

1918-ci il may ayının 28-də elan edilən və cəmi 23 ay ömür sürən, lakin özündən sonra zəngin irs qoyan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) digər dövlət atributları ilə yanaşı, Milli Ordu quruculuğu istiqamətində də çox böyük işlər görüb. O zaman qardaş Türkiyə Azərbaycan dövlətinə ordunun yaradılmasında mühüm dəstək verib.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətində ilk hərbi nazir vəzifəsini 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-ə qədər Xosrov bəy Sultanov icra etdi.

1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti ölkənin Milli Ordusunun, silahlı qüvvələrinin yaradılması haqqında qərar qəbul etdi, Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı.

Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi.

1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şıxlinski onun müavini, general-leytenant Suleyman Sulkeviç isə baş qərargah rəisi təyin olundu.

1918-ci ildə yenicə yaranmış Milli Ordunun qarşısında duran ilk vəzifə ölkəni daşnak-boşevik işğalından azad etmək idi. Milli Ordu Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam ordusu birgə buna nail ola bildi. 1918-ci il iyunun 4-də Türkiyə ilə imzalanan müqaviləyə əsasən, qardaş ölkə Azərbaycana ilk hərbi yardım göstərdi. 1918-ci il iyulun 11-də Milli Orduya çağırış haqqında ilk əmr verildi və 24-29 yaşlı oğlanlar səfərbər edildi. 1918-ci ilin iyununda Gəncədə hərbi məktəb yaradılıb. 1918-1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə Milli Ordunun piyada və atlı polkları, artilleriya briqadası, diviziyası yaradılıb. Bundan başqa, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunmasından sonra milli hökumət Xəzər hərbi donanmanı yenidən qurub. Ordunu silah-sursatla təmin etmək məqsədi ilə hökümət 1920-ci ilin yanvarında hərbi-sənaye kompleksinin yaradılması haqqında qanun layihəsi hazırlayıb.

AXC-nin ordu qruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən olub. O zaman daxili və xarici düşmənlər AXC-nin gənc ordusunun döyüş hazırlığının aşağı səviyyədə olduğunu zənn edərək ona qarşı təxribat əməliyyatları həyata keçirməyə səy göstərirdilər. 1920-ci ilin yanvarında AXC hökuməti Milli Ordunun yaradılması prosesi demək olar ki, başa çatdırıb. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. Lakin təəssüf ki, 1920-ciil ilin aprelində AXC hökumətinin süquta uğraması və Azərbaycanın Qızıl Ordu tərəfindən işğal edilməsi qarşıda duran planları alt-üst etdi.
Azər MƏRDALIYEV: “Özgə yerin odu vətənimin tüstüsü qədər qiymətli ola bilməz”.
SSRİ qurulundan sonra azərbaycanlıların hərbin sirlərinə yiyələnməsinə müxtəlif süni maneələr yaradılırdı. Azərbaycandan Qızıl Orduya xidmətə çağırılan gənclər bilərəkdən inşaat batalyonlarına göndərilirdilər. Keçmiş SSRİ rəhbərliyinin bilərəkdən yeritdiyi bu siyasətin məqsədini Azərbaycanın o vaxtkı rəhbərliyi də anlamamış deyildi.
1973-cü ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradıldı. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışırdılar. Amma Azərbaycan rəhbərliyinin-Heydər Əliyevin diplomatiyası bu cəhdlərin qarşısını ala bildi. Nəticədə sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, zabit kadrların hazırlanmasına səbəb oldu. C.Naxçıvanski adına hərbi məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ölkəmizin ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.

1991-ci ilin sonularında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi vəziyyətlə üzbəüz qaldı. 1991-ci il oktyabrın 9-da keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etdi. Lakin müstəqilliyin ilk illərində ordu quruculugunda yol verilən səhvlər Ermənistanla apardığımız müharibədə acı məğlubiyyətlərlə nəticələndi.
1993-cü ildən sonra quruculuğu istiqamətində mühüm addımlar atıldı. Həmin ilin sonlarından etibarən Silahlı Qüvvələrdə sturuktur və kadr dəyişiklikləri həyata keçirilməyə başlanıldı, vahid komandanlığa tabeçilik bərpa edildi, ordu siyasətdən uzaqlaşdırıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbacan hərbi münaqişəsində atəşkəs haqda müqailə imzalandı.
Bundan sonra Azərbaycanda Milli Ordunun güclənməsi daha da sürətləndi. Həyata keçirilən siyasət nəticəsində Milli Ordunun maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.

Bu gün Azərbaycan Silahlı Qüvvələrində nizam-intizam, peşəkarlıq istənilən səviyyədədir. İndi Quru Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrindən ibarət döyüş qabiliyyətli Milli Ordumuz var.
Son illər Azərbaycanda hərbi təyinatlı məhsullar istehsalı olunur. Silahlı Qüvvələrinin peşəkar zabit kadrları Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik Məktəbi və Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır. Ali baş komandanın əmrilə ildə 4 dəfə yaşı 18-dən 35-dək vətəndaşlar həqiqi hərbi xidmətə çağırılırlar.
1997-ci ildən etibarən Silahlı Qüvvələrdə NATO standartlarına uyğun islahatlar həyata keçirilməyə başlanıb.
Azər MƏRDALIYEV: “Özgə yerin odu vətənimin tüstüsü qədər qiymətli ola bilməz”.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin 70 faizi səngərdə - düşmənlə üz-üzədir. Demək olar ki, hər gün cəbhə xəttində atşəksin pozulması halı baş verir. Azərbaycan Respublikası düşmən tapdağı altında qalan arazilərinin işğaldan azad olunması üçün hər an müharibəyə başlaya bilər. Bunu dəfələrlə Ali Baş Komandan İlham Əliyev də bəyan edib. Dövlət başçısı Azərbaycanın məsələnin diplomatik və siyasi çərçivədə həllində maraqlı olan tərəf olduğunu, ancaq eyni zamanda, bütün başqa variantlara da hazır olduğunu bildirib. «Biz heç vaxt torpaqlarımızın itirilməsi ilə barışmayacağıq. Siyasi, diplomatik, iqtisadi, lazım gəlsə hərbi yolla məsələnin həllinə nail olacağıq»-deyən Ali Baş Komandan qəti və dəyişməz mövqeyini dəfələrlə nümayiş etdirib.

2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri dördgünlük müharibə zamanı uğurlu hərbi əməliyyatlarla Tərtərin Talış kəndi ətrafındakı yüksəkliyi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lələ təpə yüksəkliyini işğaldan azad etməklə gücünü düşmənə göstərdi.
Ölkə başçısı cənab prezident İlham Əliyev unudulmaz şanlı qələbə kimi tarixə düşmüş aprel döyüşündə şəhid olmuş hərbiçilərin xatirəsi heç zaman unudulmayacağını söyləmişdir: “Onların xatirəsi bizim qəlbimizdədir.Azərbaycan xalqının daim ürəyində yaşayacaq.Döyüşlərdən sonra hospitalda yaralı hərbiçilərə baş çəkərkən gördüm ki, onlarda nə qədər böyük vətən sevgisi var. Ağır,yaralı vəziyyətdə olmalarına baxmayaraq deyirdilər ki, bizim arzumuz tezliklə sağalıb yenə də cəbhə bölgəsinə getməkdir.”

Prezident İlham Əliyev aprel döyüşlərinin ildönümü ilə əlaqədar döyüşlərdə iştirak etmiş hərbiçilərlə və Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşərkən böyük coşqu ilə demişdir: “Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.Aprel döyüşləri eyni zamanda ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişli mövqelərdən əks hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Nəticədə Fizuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində Azərbaycan bayrağı dalğalanır. Bu onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun bərpa edəcəkdir. Aprel döyüşləri düşməni acı məğlubiyyətə uğratdı həm də onların ideoloji əsaslarını dağıtdı”.
Azər MƏRDALIYEV: “Özgə yerin odu vətənimin tüstüsü qədər qiymətli ola bilməz”.
Bu gün qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədlərini qorumaqla yanaşı bir sıra ölkələrdə sülhməramlı əməliyyatlarda iştirak edir və böyük müvəffəqiyyətlər qazanırlar.

“Bizim prinsipal mövqeyimizin əsas mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir, Azərbaycan ordusudur, Azərbaycan əsgəridir. Azərbaycanın güclü ordusu var. Bizim gücümüz, bizim birliyimizdədir”. Ali Baş Komandan İlham Əliyev ön xətdə xidmət edən əsgər zabitlərimizlə hər dəfə görüşərkən böyük inam və ruh yüksəkliyi ilə söylədiyi bu fikirlərlə hərbiçilərimizdə vətənpərvərlik hissini daha da artırır, onları mərd, qorxmaz, cəsur döyüşçü olmağa səsləyir.

Aprel döyüşləri bütün dünyaya bəyan etdi ki, Azərbaycan dövləti qüdrətli olduğu qədər güclü ordu quruculuğuna, hərbi texnika silah-sursatlara malikdir.

Sevindirici haldır ki, artıq Azərbaycanın hərbi sənaye kompleksi də formalaşmış və dövlətimiz Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir.

Ölkəmizdə son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur və bu hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edir. Bu isə cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi nəticəsi, Azərbaycanın iqtisadi tərəqqisinin və iqtisadi qüdrətinin göstəricisidir.

Prezident İlham Əliyevin silahlı qüvvələrdə islahatların davam etdirilməsini, ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsi, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılması, ölkə ictimaiyyəti tərəfindən də razılıqla qarşılanır.

Son olaraq onu demək istərdim ki, Vətənini sevən, Azərbaycan dövlətinə sadiq olan onun rəhbəri prezident İlham Əliyev cənablarına sonsuz məhəbbət bəsləyən, yürütdüyü siyasəti dəstəkləyən müstəqil Azərbaycanın gənclərindən biri kimi tam əminəm ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və Milli Ordumuzun fədakar hərbiçiləri tərəfindən işğal edilmiş torpaqlarımız mütləq geri alınacaq və şəhidlərimizin qanı yerdə qalmayacaq.

Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “Biz işğal edilmiş torpaqlarımıza qayıdacağıq. Bu bizim əsas vəzifəmizdir. Necə ki işğal edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır və işğal altında bütün torpaqlarımızda Azərbaycan bayrağı dalğalanacaqdır. Çünki Azərbaycan güclü dövlətdir. Azərbaycanın güclü ordusu var”.

Azər MƏRDALIYEV: “Özgə yerin odu vətənimin tüstüsü qədər qiymətli ola bilməz”.
Azər MƏRDALIYEV,
Qazax “Coğaz” MMC-nin rəhbəri.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

06:03

İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər və inkişaflar həyata keçirmişdir

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi