İctimai rəy, media məsuliyyəti və HÜQUQİ REALLIĞ: DÖVLƏT MƏMURLARI ŞANTAJ OLUNUR...

13:20 22.05.2026 21
Son dövrlər ölkə mediasında və sosial şəbəkələrdə ictimai rezonans doğuran hadisələrin birtərəfli formada təqdim olunması, natamam məlumatların manipulyativ üsullarla yayılması və şəxslərin işgüzar nüfuzuna zərbə vurmağa hesablanmış kampaniyaların artdığı müşahidə olunur. Xüsusilə də dövlət qurumlarında çalışan və ictimai fəaliyyət göstərən şəxslərlə bağlı yayılan məlumatlarda hüquqi məsuliyyət, peşə etikası və obyektivlik prinsiplərinin ciddi şəkildə pozulması halları narahatlıq doğurur.

Belə hallardan biri də Naftalan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Xəqani Vəliyevin qohumu, İqtisadiyyat Nazirliyinin Tarif-qiymət siyasəti şöbəsinin müdiri Ceyhun Nəcəfovun iştirakı ilə baş vermiş hadisə ilə bağlı müxtəlif internet resurslarında və sosial media platformalarında yayılan iddialardır. Təəssüf doğuran məqam ondan ibarətdir ki, bəzi media resursları hadisənin tam mahiyyətini araşdırmadan, hüquqi sənədlərlə tanış olmadan və qarşı tərəfin mövqeyini dolğun şəkildə təqdim etmədən birtərəfli informasiya yaymağa üstünlük verirlər.

Media azadlığı və hüquqi məsuliyyət


Azərbaycan Respublikasının Konstitusiyası söz və məlumat azadlığını təmin etsə də, bu hüquq digər şəxslərin şərəf və ləyaqətinin qorunması ilə balanslaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin şərəf və ləyaqətini qorumaq hüququ vardır. Həmçinin, Konstitusiyanın 47-ci maddəsində qeyd olunur ki, fikir və söz azadlığından istifadə milli təhlükəsizlik, ictimai asayiş və digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə qanunla məhdudlaşdırıla bilər.

Bundan əlavə, “Media haqqında” Azərbaycan Respublikası Qanununda jurnalistlərin və media subyektlərinin əsas vəzifələri sırasında informasiyanın dəqiqliyinin yoxlanılması, qərəzsizlik, birtərəfliliyə yol verilməməsi və şəxsin nüfuzuna hörmət prinsipləri xüsusi qeyd olunmuşdur.

Hüquqi praktikada dəfələrlə vurğulanıb ki, şəxsin nüfuzuna xələl gətirən, onu cəmiyyət qarşısında bilərəkdən mənfi obrazda təqdim edən və həqiqətə uyğunluğu sübuta yetirilməyən məlumatların yayılması mülki-hüquqi və bəzi hallarda cinayət-hüquqi məsuliyyət yarada bilər.

Hadisənin mahiyyəti və hüquqi tərəfləri


Təqdim olunan arayışdan görünür ki, söhbət Naftalan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Xəqani Vəliyevin deyil, onun qohumu olan İqtisadiyyat Nazirliyinin Tarif-qiymət siyasəti şöbəsinin müdiri Ceyhun Nəcəfovun iştirakı ilə baş vermiş hadisədən gedir. Buna baxmayaraq, bəzi sosial media resurslarında və internet platformalarında hadisə məqsədli şəkildə fərqli istiqamətə yönəldilərək həm Ceyhun Nəcəfovun, həm də dolayısı ilə Xəqani Vəliyevin adına mənfi ictimai rəy formalaşdırmağa cəhd göstərilmişdir.

Ceyhun Nəcəfov tərəfindən təqdim edilmiş arayışa əsasən, hadisə 2025-ci ilin yanvar ayının 18-dən 19-na keçən gecə Quba rayonunda yerləşən istirahət mərkəzlərinin birində baş vermişdir. Bildirilir ki, gecə saatlarında qonşu otaqdan gələn yüksək səs-küy, nalayiq ifadələr və digər qonaqların da narahatlığı səbəbindən əvvəlcə otel əməkdaşlarına məlumat verilmiş, daha sonra isə vəziyyətin davam etməsi səbəbindən qarşı tərəfə xəbərdarlıq edilmişdir.

Arayışda qeyd olunur ki, qarşı tərəfin aqressiv davranışı nəticəsində fiziki qarşıdurma yaranmış, bu zaman Ceyhun Nəcəfov xəsarət almış və burnunun sınması məhkəmə-tibbi ekspertizası ilə təsdiq edilmişdir.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılmış, istintaq aparılmış və iş məhkəməyə göndərilmişdir. Verilən məlumata görə, Quba Rayon Məhkəməsinin hökmü ilə Kənan İsmayıllı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci maddəsi (xuliqanlıq) ilə təqsirli bilinmişdir.

Bu məqam xüsusi diqqət tələb edir. Çünki sosial şəbəkələrdə və bəzi media platformalarında yayılan məlumatlarda hadisənin yalnız müəyyən hissələrinin paylaşılması, bütöv xronologiyanın təqdim olunmaması və məhkəmə qərarının kölgədə saxlanılması ictimai rəydə yanlış təsəvvür formalaşdırmağa xidmət edə bilər.

Videogörüntülərin kontekstdən çıxarılması məsələsi


Müasir informasiya müharibəsində ən çox istifadə edilən üsullardan biri hadisələrin yalnız müəyyən hissələrinin təqdim olunmasıdır. Hüquq nəzəriyyəsində və məhkəmə praktikasında hər hansı videogörüntünün hüquqi qiymətləndirilməsi zamanı onun tamlığı, ardıcıllığı və konteksti xüsusi əhəmiyyət daşıyır.

Bir neçə saniyəlik videofraqmentin hadisənin ümumi mahiyyətini tam əks etdirmədiyi halda ictimaiyyətə “yekun sübut” kimi təqdim olunması hüquqi baxımdan düzgün yanaşma hesab edilə bilməz. Çünki hüquqi qiymətləndirmə yalnız tam sübutlar məcmusu əsasında aparılır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə görə, hər bir sübut digər sübutlarla qarşılıqlı əlaqədə araşdırılmalı, hadisənin bütün şəraiti obyektiv şəkildə qiymətləndirilməlidir.

Barışıq məsələsi və təzyiq iddiaları


Açıqlamada diqqət çəkən digər mühüm məqam barışıq ərizəsinin yazılması ilə bağlıdır. Bildirilir ki, məhkəmə prosesinin müəyyən mərhələsində qarşı tərəf və vəkil tərəfindən müxtəlif məlumatların ictimailəşdirilməsi ilə bağlı dolayı təzyiq xarakterli yanaşmalar nümayiş etdirilmiş və nəticədə dövlət qurumunun nüfuzuna zərər gəlməməsi məqsədilə barışıq ərizəsi təqdim edilmişdir.

Əgər hər hansı şəxs və ya tərəf məhkəmə prosesi ilə bağlı materiallardan təzyiq vasitəsi kimi istifadə etməyə cəhd göstərirsə, bu hal ayrıca hüquqi qiymətləndirmə predmeti ola bilər. Çünki istintaq materiallarının qanunsuz yayılması, şəxsin nüfuzuna zərər vurmaq məqsədilə məlumatların manipulyativ formada paylaşılması həm şəxsi toxunulmazlıq, həm də hüquqi prosedur baxımından ciddi məsələdir.

Dövlət qulluqçusunun nüfuzu və ictimai məsuliyyət


Ceyhun Nəcəfov uzun illər dövlət idarəçiliyi sistemində çalışan məsul vəzifəli şəxs kimi tanınır. Onu tanıyan şəxslərin fikirlərinə görə, o, fəaliyyət göstərdiyi sahədə peşəkarlığı, idarəçilik bacarığı və dövlət maraqlarına həssas münasibəti ilə seçilən kadrlar sırasındadır. Eyni zamanda, Naftalan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Xəqani Vəliyev də bölgədə peşəkar idarəçi və ictimai nüfuza malik şəxs kimi tanınır. Hadisənin bəzi media resurslarında məqsədli şəkildə onun adı ilə əlaqələndirilməsi və ictimai müzakirənin fərqli istiqamətə yönəldilməsi diqqət çəkən məqamlardan biridir.

İctimai vəzifə daşıyan şəxslər haqqında tənqidlərin səsləndirilməsi demokratik cəmiyyətin təbii elementi sayılsa da, bu tənqidlər hüquqi çərçivədən kənara çıxmamalı, böhtan və şəxsi nüfuza qəsd formasına çevrilməməlidir.

Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də söz azadlığı hüququ yalan məlumat yaymaq, şəxsi nüfuza qəsd etmək və ya cəmiyyətdə yanlış rəy formalaşdırmaq hüququ vermir.

Sosial şəbəkələrdə “ictimai linç” tendensiyası


Son illər sosial media platformalarında hüquqi qərar qüvvəyə minmədən şəxslərin “ittiham olunması”, “məhkum edilməsi” və ya “ictimai qınaq obyektinə” çevrilməsi halları artıb. Bu isə hüququn əsas prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına zidd yanaşmadır.

Bir çox hallarda hadisələrin emosional fon üzərində təqdim olunması, seçilmiş videoların yayılması və manipulyativ başlıqlardan istifadə edilməsi cəmiyyətin obyektiv informasiya alma hüququna zərbə vurur.

Media və sosial platforma istifadəçiləri anlamalıdırlar ki, hüquqi qiyməti yalnız məhkəmə verir. Sosial şəbəkələrdə aparılan kampaniyalar isə heç bir halda məhkəmə hökmünü əvəz edə bilməz.

Hüquqi dövlət prinsipi və nəticə


Azərbaycan Respublikasında hər bir şəxs qanun qarşısında bərabərdir və hər kəsin hüquqları məhkəmə qaydasında müdafiə olunmalıdır. Şəxsin kimliyindən, tutduğu vəzifədən və ya ictimai statusundan asılı olmayaraq həm hüquqları qorunmalı, həm də hüquqi məsuliyyəti qanun çərçivəsində müəyyən edilməlidir.

Ceyhun Nəcəfovun iştirakı ilə baş vermiş hadisə ilə bağlı yayılan məlumatların hüquqi və etik aspektdən qiymətləndirilməsi göstərir ki, hadisənin birtərəfli təqdim olunması, natamam videogörüntülərin paylaşılması və şəxslərin nüfuzuna yönəlmiş informasiya kampaniyaları cəmiyyətdə yanlış təsəvvür yaratmağa xidmət edə bilər.

Ən vacib məqam isə ondan ibarətdir ki, hüquqi dövlət şəraitində hər hansı hadisəyə emosiyalarla deyil, faktlar, sübutlar və məhkəmə qərarları əsasında qiymət verilməlidir.

Bu baxımdan, media nümayəndələri və sosial şəbəkə istifadəçiləri məsuliyyətli davranmalı, hüquqi nəticəsi müəyyən olunmamış məsələlərdə şəxslərin nüfuzuna zərər vuracaq ittiham və böhtan xarakterli paylaşımlardan çəkinməlidirlər.

Çünki informasiya azadlığı məsuliyyətlə müşayiət olunmadıqda, o, cəmiyyət üçün faydalı vasitədən daha çox təhlükəli manipulyasiya alətinə çevrilə bilər.

Azerinform.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər