Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr müzakirə edilib

11:53 17.05.2019 1 490
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr müzakirə edilib










Ağsu Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprel ayının 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr geniş müzakirə edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin birinci rübün yekunlarına həsr olunan məruzəsində, eləcə də çıxışlarda sosial-iqtisadi sahələrdə bir sıra uğurlu nəticələr qazanıldığı qeyd olunub. Birinci rübdə rayonda ümumi məhsul buraxılışının həcmi 28 milyon 371 min manat, adambaşına düşən ümumi məhsul isə 353,6 manat təşkil edib. Ümumi məhsul buraxılışında sənaye məhsulunun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz və ya 75,3 min manat artaraq 2 milyon 158 min manata çatıb. Sənaye məhsullarının istehsalında qeyri-dövlət sektorunun ümumi çəkisi 63,4 faiz olub.
İclasda fevralın 5-də baş verən zəlzələnin nəticələri barədə ətraflı danışılıb. Vurğulanıb ki, indiyədək 2556 müraciətə baxılıb. Komissiya tərəfindən bu evlərin 352 qəzalı hesab edilib, 448-nin bərpa-gücləndirməyə, 1677-nin təmirə ehtiyacı olduğu, 79 evin isə normal vəziyyətdə olduğu müəyyən edilib. Mart ayının 6-da Prezident İlham Əliyevin Ağsuya səfəri, sakinlərlə görüşü, zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqlar bu istiqamətdə işlərə güclü təkan verib. Hazırda 109 evin tikintisinə başlanılıb, 2 evin inşasında son tamamlama işləri aparılır. Yaxın günlərdə 448 evdə bərpa-gücləndirmə işlərinə başlanılacaq. Ölkə başçısının Sərəncamı ilə Ağsu rayonuna ayrılan 2 milyon manat vəsaitlə müəyyən edilən evlərdə təmir işləri aparılacaq. Hələlik 200 evin qüsur aktlarına əsasən smetalar hazırlanıb və yaxın günlərdə həmin yaşayış binalarının təmirinə başlanacaq.
Yığıncaqda bitkiçilik, heyvandarlıq sahələrində görülən işlər və qazanılan uğurlar ətraflı təhlil edilib, 200 nəfərin işlə təmin olunacağı “Ağsu aqropark” QSC-də aparılan tikinti-quraşdırma işlərindən bəhs olunub.
Məruzə və çıxışlarda aqrar sektorda qarşıda duran konkret vəzifələr də ətraflı müzakirə edilib, habelə təhsil, səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatı ilə bağlı görülən işlərdən, həlli vacib məsələlərdən danışılıb.
Prezident Administrasiyasının məsul işçisi Qalib Əsgərov yığıncaqda çıxış edərək dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasından, həyata keçirilən aqrar islahatlardan, əldə olunan uğurlu nəticələrdən, habelə qarşıda duran konkret vəzifələrdən danışıb.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr müzakirə edilibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr müzakirə edilibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr müzakirə edilibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr müzakirə edilibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr müzakirə edilib
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko