Prezident İlham Əliyev Azərbaycana turist axınının sürətləndirilməsi ilə bağlı sərəncam imzalayıb

20:57 20.02.2017 1 088
Prezident İlham Əliyev Azərbaycana turist axınının sürətləndirilməsi ilə bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidini təmin etmək məqsədi ilə xüsusi ayrılmış hərəkət zolaqlarının müəyyən edilməsi üçün müvafiq infrastrukturun yaradılmasını üç ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə birgə məlumat verməli, xüsusi ayrılmış hərəkət zolaqlarının nişanlanmasını və hər kəsin yaxşı görə biləcəyi məlumatlandırma lövhələrində hərəkət istiqamətlərinin əks etdirilməsini təmin etməli, dövlət sərhədinin buraxılış məntəqələrindən keçidin sürətləndirilməsi və yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə qarşılıqlı fəaliyyət göstərərək əlaqələndirmə işlərini daha da təkmilləşdirməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb ki, elektron vizaların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən bilavasitə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində əldə edilməsinə şərait yaratmaq məqsədi ilə, bütün buraxılış məntəqələrində “ASAN ödəniş” terminalları vasitəsilə “ASAN Viza” sisteminə daxil olaraq elektron viza üçün müraciət etmək imkanının yaradılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə birlikdə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin buraxılış məntəqələrinin iş saatlarının artırılması ilə bağlı qarşı tərəflə danışıqlar apararaq tədbirlər görsün və nəticəsi barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Xəzər dənizində gəmi turlarının təşkili məqsədi ilə Xəzər dənizinin sahilyanı dövlətləri ilə danışıqlar aparsın və nəticəsi barədə dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir, vizaların “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Viza” altsistemindən kənar doldurulması hallarının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlikləri və konsulluqlarında quraşdırılmış “Viza” altsisteminə aid avadanlığın tam işlək vəziyyətə gətirilməsini və vizaların yalnız həmin altsistem vasitəsilə rəsmiləşdirilməsini üç ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının rezidentinə məlumat verməlidir, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN ödəniş” terminalları vasitəsilə elektron viza üçün bilavasitə Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində müraciət etmək imkanı olduğu barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrinə yaxın ərazilərdə və Bakı şəhərindən Azərbaycan Respublikasının digər şəhər və rayonlarına gedən yol qovşaqlarında həmin buraxılış məntəqələrindən şəxslərin keçidinin sıxlıq dərəcəsini əks etdirən interaktiv məlumat lövhələrinin quraşdırılmasını təmin etməlidir.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti dövlət sərhədinin buraxılış məntəqələrində çalışan əməkdaşlarının mütəmadi olaraq müştəri (turist) məmnuniyyətinin və xarici dil biliklərinin artırılması üzrə təlimlərdə iştirakını təmin etməlidir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə birlikdə turizm sahəsində xidmət göstərən subyektləri viza prosedurlarının sadələşdirilməsi barədə məlumatlandırsın və onların gömrük və miqrasiya qanunvericiliyi ilə tanış olmasını təmin etməlidir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılıb ki, bu Sərəncamın 2-ci hissəsini nəzərə almaqla, dövlət sərhədinin buraxılış məntəqələrində elektron vizaların operativ verilməsinin təmin edilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə razılaşdırılmış təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisindən ixracı qadağan edilmiş, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan mədəni sərvətlər istisna olmaqla, digər mədəni sərvətlərin ixracı ilə bağlı mühafizə şəhadətnaməsinin verilməsi prosedurunun sadələşdirilməsi və müddətlərin optimallaşdırılması üçün müvafiq normativ hüquqi aktlarında üç ay müddətində dəyişiklik edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir, “Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 noyabr tarixli 882 nömrəli Sərəncamı ilə verilmiş tapşırıqların tam şəkildə icrasını, bu Sərəncamın 1.1-ci bəndində, 2-ci və 4-cü hissələrində və 8.2-ci bəndində nəzərdə tutulmuş tədbirlərin maliyyələşməsini təmin etməli və Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə