Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparat rəhbəri, İqtisad elmləri namizədi

13:07 7.03.2023 359
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparat rəhbəri, İqtisad elmləri namizədi

Xeyirxah insan, ziyalı rəhbər

Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparat rəhbəri, İqtisad elmləri namizədi Cahan Məmmədovun əqidə manifestidir

Həyat ucu-bucağı görünməyən, sirli-sehrli, şəfalı-cəfalı, acılı-şirinli, möhtəşəm və ecazkar bir məkandır. Ömür isə bu məkanda alovlana-alovlana alışıb, yana-yana, əriyə-əriyə sönüb qürub edən bir zamandır. Bu zaman axın-axın illərdir. Bu axının içərisində insan ömrü, insan həyatı da var. Beləcə ulu Tanrının yaratdığı insan öz yaratdıqları ilə əbədi yaşayır. Bu isə insanı tarixə çevirir, zamanın ovcunda əzilən deyil, qalib gələn ziyaya döndərir. Belə ziyalılardan biri də dəyərli insan, ləyaqətli və cəfakeş vətəndaş, bacarıqlı və təşəbbüskar vəziə sahibi Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparat rəhbəri, İqtisad elmləri namizədi Cahan Məmmədovdur.

Cahan Məmmədovun haqqında saatlarla, günlərlə danışmaq, haqqında yazmaq olar. Əziz oxucum, bu yazını sadə bir jurnalistin rəhbər məmura iltifatı, mədhiyyəsi, təmənnalı münasibəti kimi yox, müşahidələrinin nəticəsi olan səmimi bir yazı kimi qəbul etməyinizi rica edirəm. O, zəngin təfəkkürünün məntiqiliyi, natiqliyi, əməldə fəzilətçilik və xeyirxahlığı, fəaliyyətdə mübarizliyi və tükənməz səbri sayəsində insanlıq zirvəsini fəth edib. Bu zirvə yalnız müdriklik səlahiyyəti verilən insanlara nəsib ola bilər. O, bir çoxunun dərdinə dərman, ürəyinə təpər, işinə yarayan, insanın düşüncəsinin aydınlığını, şəffaflığını, saflığını sevən ziyalımızdır. Belə adamlarla ünsiyyətdə onun münasibətini üzünün zəif, təlatümsüz təbəssümündən sezmək olur. O, heç kəsə ağır söz deməz, yaraya köz basmaz. Cahan müəllim yaxşı bilir ki, tikanlı söz qəlbi qırır, sındırır, insanın ruhi aləmini zədələyir.

Söhbət Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparat rəhbəri Cahan Məmmədovdan gedir. O Cahan Məmmədovdan ki, sözünün qədir-qiymətini bilir. O Cahan Məmmədovdan ki, sözü zərgər dəqiqliyi ilə seçir və onu hədəfə vurur. O Cahan Məmmədovdan ki, sözünün ağasıdır. O Cahan Məmmədovdan ki, sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçdikcə, zaman dəyişdikcə, hamı zamana uyğun hərəkət etməyə çalışır. O isə dəyişməzdir. Ona görə də Cahan müəllim daim qərarlı, sakit, iradəli, səriştəli və seçmək qabiliyyətinə malik, seçdiyini sevən, ona vurulan, ona tapınan bir insandır.

Cahan müəllimlə qısa tanışlıq

Cahan Məmmədov İqtisad elmləri namizədidir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də Aparatın rəhbəri vəzifəsində işləyir. 1994-2015-ci illərdə «Marketinq» kafedrasının dosenti olub. Müxtəlif illərdə «Azəraqro-təchizatmexanikləşdirmə» Respublika İstehsalat Birliyində sədrin birinci müavini, Kənd Təsərrüfatı Nazirinin müavini vəzifələrində çalışmışdır. 1981-ci ildə «Şərəf Nişanı» ordeni ilə təltif olunub.
Məmmədov Cahan Cahangir oğlu 1949-cu ildə Tovuz rayonunda anadan olub.1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırması, iqtisadiyyatı və təşkili fakültəsinə daxil olub, həmin institutu 1975-ci ildə bitirərək, iqtisadçı ixtisasını almışdır.
1968-1970-ci illərdə Almaniya DR-da hərbi xidmətdə olub.
1970-1972-ci illərdə Bakı Baş tikinti idarəsinin 12 №-li Tikinti Quraşdırma İdarəsində çilingər;
1972-1976-cı illərdə Azərbaycan Dövlət Əmək Ehtiyatlarından İstifadə Komitəsində mühəndis-iqtisadçı, böyük iqtisadçı;
1976-1986-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İstehsalat Texniki Təminat Komitəsində texniki rezin məmulatları şöbəsində böyük mühəndis-iqtisadçı, Xüsusi geyim, təsərrüfat malları və avadanlıqların təckizatı şöbəsinin rəisi, Tikinti Materiallarının təchizatı şöbəsinin rəisi, Maşın, avadanlıq və istehsal təyinatlı malların təchizatı üzrə Baş idarəsinin rəisi;
1986-1989-cu illərdə Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsində Maddi-Texniki Təchizat üzrə Baş idarənin rəis müavini, rəisin birinci müavini;
1991-1992-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Maddi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifələrində işləmişdir.
1992-ci ilin dekabr ayından 1993-cü ilin may ayına kimi həmin Nazirliyin «Azəraqro-təchizatmexanikləşdirmə» Respublika İstehsalat Birliyində sədrin birinci müavini;
1993-2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini vəzifələrində çalışmışdır.
2008-ci ildən Azərbaycan Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətində – Aparatın rəhbəri vəzifəsində işləyir.
1978-ci ilin may ayının 6-da «Sosializm yarısının qalibi» medalı, 1982-ci ildə Kənd Təsərrüfatının inkişafındakı əməyinə və nailiyyətlərinə görə SSRİ Ali Soveti Rəyasət heyətinin 23 fevral 1981-ci il qərarına əsasən «Şərəf Nişanı» ordeni ilə təltif olunub.
1992-ci ildə Rusiya FR-nın Sankt-Peterburq Dövlət İqtisad Universitetində «Bazar iqtisadiyyatı şəraitində Aqrar bölmənin maddi-texniki təminatı» mövzusunda iqtisad elmləri namizədi dərəcəsi almaq üçün müdafiə edib.
1994-2015-ci illərdə «Marketinq» kafedrasında saathesabı müəllim işləyib.
Çoxsaylı məqalələri, dərslik və dərs vəsaitləri çapdan çıxmışdır.

Yaxşılıq Cahan müəllimin əqidə manifestidir

O, hadisələri saf-çürük etməyi, onun səbəblərini aşkara çıxarmağı, çevik hərəkətlə ona cavab verməyi bacaran peşəkar rəhbərdir. Bu çeviklik ona cəsarət, güc, şərəf verir. Həqiqətən Cahan müəllim sadə, təbii bir insandır. Onun haqqında yazmaq, danışmaq çətindən də çətindir. Cünki onun haqqında deməyə söz həddən artıq çoxdur. Onun şəxsiyyəti haqqında o qədər faktlar var ki, insan bilmir hansını desin, hansını yazsın. O, xeyirxahlığı, prinsipiallığı və mərhəmətliliyi özündə təcəssüm etdirən nurlu bir simadır. Onun zəkası, istedadı, həyat tərzi, dünyaya və özünə münasibəti, sözün həqiqi mənasında, ilahilərə məxsusluğu təzahür etdirir.

Burada bir haşiyə çıxmaq istəyirəm. Dahi şairimiz Nizami Gəncəvinin “Xeyir və Şər” mənzum hekayəsindəki ibrətamiz faktlar diqqəti daha çox cəlb edir. Onun “Yeddi gözəl” poemasında Cin şahzadəsinin söylədiyi bu hekayətdə xeyirlə şərin mübarizəsi əks etdirilir. Əsərdə Xeyir, kürd və kürdün qızı xeyirxah qüvvələr, xeyirxahlığı təmsil edən surətlərdir. Şər isə burada pisliyi, mənfiliyi əks etdirir.

Susuz səhrada Xeyir bir içim su üçün Şərə yalvarır, ona qiymətli ləl təklif edir. Lakin Şər öz adı kimi iş görərək nəinki Xeyirə su vermir, əksinə, gözlərini də çıxararaq onu tək-tənha qoyub gedir. Xeyiri bir kürd qızı xilas edir. Gözlərini isə qızın atası sağaldır. Xeyir bunların yanında qalaraq bir ailə kimi yaşayır. Kürd ona öz doğma övladı kimi münasibət göstərir, qızını da Xeyirə verərək bütün var-dövlətini onun sərəncamına verir. Xeyir, kürd və kürd qızı arasında olan münasibətlər təmənnasız olub, əsl xeyirxahlıq nümunələridir. Onların hər birinin xeyirxahlığı cavabsız qalmayıb, digəri tərəfindən yüksək qiymətləndirilir.

Xeyirin yaxşı işləri bununla bitmir. O, öz ölkəsinə qayıdarkən adına uyğun hərəkət edərək xəstə şah qızını sağaldır, heç bir təmənna güdmür. Ona var-dövlət təklif edən şaha Xeyir belə söyləyir:

Heç şeydə yox gözüm qoca dünyada,
Mənim verəcəyim dərman-dava da
Allah rizasına veriləcəkdir.

Mənfur Şərin isə əsərdə aqibəti öz xasiyyətinə uyğun olur, onun xəyanət üzərində qurulan səadəti heçə dönür, puç olur.

Hekayə şərin, zülmün uzun sürməyəcəyinə, xəyanətkar adamın gec-tez cəzaya çatacağına oxucunu inandırır. İnsan səadətinə yüksək qiymət verən şair xoşbəxtliyin qədrini bilməyi, insanlara bir-birinə arxa, dayaq olmağı, həyatı gözəlliklər və dünya nemətlərindən birlikdə faydalanmağı tövsiyə edir.

Hekayədə bir daha təsdiq olunur ki, xeyirxahlıq, yaxşılıq, düzlük, ədalət zərbələrə məruz qala bilər, əzilə bilər, lakin heç vaxt məhv edilə bilməz. Vicdanı pak, nəfsi təmiz olan insanlar heç vaxt xeyiri məhv etməyə qoymazlar. Bəşəriyyət həmişə insanlığa bəla kəsilmiş şərə qarşı mübarizə aparmalı, xeyirxahlığı, ədaləti yaşatmalı, şəri, zülmü məhv etməlidir.

Həmişə bu məsəli çəkəndə istər-istəməz Cahan müəllimin həyatda etdiyi saysız-hesabsız yaxşılığı yada düşür. Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək Cahan müəllimin əqidə manifestidir. Onun yaxşılıq etdiyi insanların sayını müəyyənləşdirmək çox çətindir. O, insanlara qayğı göstərir, onların işinə yarayır. Bu, onun həyatını mənalandırır, dəyərini, qiymətini yüksəldir. Cahan müəllim, sözün həqiqi mənasında, bir çox insan üçün ümid və inam yeridir.

Cahan Məmmədovun fəaliyyətinin ali məqamı

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparat rəhbəri Cahan Məmmədov kimi insanlar elədikləri yaxşılıqlarda, başlarını sığalladıqları yetimlərin dualarında, qollarından tutub qaldırdıqları kimsəsizlərin ruhlarında yaşayıblar. Yaşayırlar… Cahan müəllim də bax beləcə ömür sürmüş ziyalıdır. O, hədisz dərəcədə alicənab, təvazökar, müdrik insandır, özünü həyatda həddən artıq sadə aparır.

Tarixdə nə baş verirsə, onu insan edir. İnsanın yaratdığı böyük dəyərlərə qiymət verərkən biz tarixdən kənara çıxırıq. K.Yaspers yazırdı: “Biz insanı özünün yaratdığı nəhəng əməllərdə görərkən tarixin sərhədini keçirik; bu əməllərlə insan varlığı tapıb başa düşür və onu başqaları üçün də əlçatan edir”. Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparat rəhbəri Cahan Məmmədovun həyatinın, fəaliyyətinin özəyini məhz bu ali məqam əhatə edir.

Cahan müəllim bütün zamanlarda öz ləyaqətini, izzəti-nəfsini qoruyub saxlaya bilib. Görkəmli Azərbaycan alimi Nəsrəddin Tusinin belə bir fikrini yada salmaq çox vacibdir: “Başqasına etdiyin yaxşılığı unuda bilərsən, ancaq sənə edilən yaxşılığı unutmamalısan”. Bu fikir həmişə mənim qəlbimdə yaşayır. Ona görə də Cahan müəllimin etdiyi yaxşılıqları, qayğıkeş əməlləri, xeyirxah və inamlı işləri onu insanların qəlbində daim ucaldır, zirvələrə qaldırır. Onun insanlara həmişə səmimi, xeyirxah və qayğıkeş olması bizim üçün əbədi bir örnəkdir.

Təkrarsız Cahan müəllim...

Cahan Məmmədov həddən artıq tələbkardır. O, biganəliyi xoşlamır. Elinin-obasının qədrini biləndir, xalqa xidməti həyatının məna və məqsədi hesab edir. Cahan Məmmədov saf əqidəsi və məsləki olan dövlət məmurudur. Onun əqidəsi həmişə humanizmə, həqiqətə, ədalətə söykənib. O öz müdrikliyi, zəkası, dünyanı dərketmə qabiliyyəti ilə başqalarından fərqlənən rəhbərdir, xalq adamıdır, ən əsası vətəndaş-ziyalıdır.

Antik dövr filosofu Epikürün şagirdlərindən onları müəllimə bağlayan nədir, – sualına şagirdləri belə cavab veriblər: “Bizi Epikürə bağlayan onun həmişə özü-özünə bərabər olmasıdır”. Bu epitet tamamilə Cahan müəllimə aiddir: o həmişə özü-özünə bərabərdir, təkrarsızdır – həmişə Cahan müəllimdir! Cahan Məmmədov həmçinin insanlığı, şəxsiyyəti, səmimiyyəti uca tutub qiymətləndirən, onu qorumağı bacaran nadir şəxsiyyətdir. O, adamlar arasında özünün xoş olduğu ən ülvü keyfiyyətləri ilə seçilən-sayılan nüfuz sahibidir. Təbiətən sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeşdir.

Sokratdan soruşardılar: “İnsanda ən çox nəyi qiymətləndirirsən?” Filosof tərəddüd etmədən “İnsaniyyəti, insana layiq keyfiyyətləri”- deyə cavab verərdi. Hər bir insan üçün insaniyyətə tam sahib olmaq ən böyük şərəfdir. Məhz Cahan müəllimlə təmasda olarkən həmişə onun söz-söhbətlərindən, davranışından, özünə münasibətdə belə bir ilahi fikir nur kimi ətrafa yayılır: “İnsanlar, insan olun, bu Sizin birinci vəzifənizdir!”. Cahan Məmmədovun nəsillərə anlatmaq istədiyi saf əqidə və məslək məhz budur!

Cahan Məmmədov vəzifəyə rahat həyat sürmək üçün gəlməyib. Həm də var-dövlət toplamaq üçün yox. Cünki Cahan müəllimin həm maddi, həm də mənəvi xəzinəsi bir çox məmurdan üstündür. Cahan müəllim el-obanın ehtiyacı olan adamdır.. O, məhz bu ehtiyacı duyub bu vəzifəyə gəlib və camaatı o cətinliklərdən qurtarmağa, boyunduruqlardan xilas etməyə çalışır. O, sözdə, əməldə, davranışda, düşüncədə, fikirlərdə əsl ziyalı - rəhbər olmagı nümayiş etdirir. O, bu zirvədə uca, əzəmətli, qədd-qamətlidir! Və bu qamət, bu vüqar, bu əzəmət ona həmişə yaraşıb, yaraşır və yaraşacaqdır...

***

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparat rəhbəri, İqtisad elmləri namizədi Cahan Məmmədovun daha bir yaxşı keyfiyyəti isə jurnalistlərin də ürəyini fəth edə bilməsidir. Heç zaman onlardan "qaçmır". Onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Həm də dəqiqliyi, obyektivliyi, qərəzsizliyi çox sevir və hamıya da bunu tövsiyə edir. Deyir ki, ağa ağ, qaraya qara demək lazımdı. Yalan məlumatlar cəmiyyətə, insanlara zərər gətirər.

Sadəlik insanın yaraşığı, təvazökarlıq isə gözəlliyidir. Hər iki xüsusiyyət Cahan müəllimdə var. Heç nəyə biganə deyil. Bəzi vəzifə sahibləri var ki, qapısına gələn zavallı insanlara simsar olub köməklik göstərməkdənsə biganəlik göstərir.. İnsani dəyərləri unudur. Belələrini görəndə istər-istəməz Cahan müəllimlə görüşlərimi, ona müraciət edənlər və onların ağzı dualı oranı tərk etmələrini xatırlamalı oluram. Kimsənin dərdinə biganə qalmayan Cahan müəllimin xeyirxah əməllərini, mərhəmətini hər kəs bilir. Bu yerdə yenə də Məhəmməd Peyğəmbərin (ə.s.) kəlamlarından misal çəkmək istərdim:

Hansı əməl yaxşıdır?- İnsan ürəyini sevindirmək, acları yedirtmək, darda qalanlara kömək etmək, əldən düşənlərin kədərini azaltmaq və ziyan çəkənlərin zərərini ləğv etmək. Məhz Cahan Məmmədov Peyğəmbərimizin buyurduğu kimi davranır.

Allah təaladan istəyimiz odur ki, Cahan Məmmədov kimi insanları pənahında saxlasın. Bizim xalqın, Vətənimizin belə qeyrətli, dəyanətli, mərhəmətli, mərd insanlara ehtiyacı var. Allah sizi qorusun Cahan müəllim. Amin.

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:08

Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda

23:47

2 saylı regional su-kanal idarəsinin Ağsu sahəsində NƏ BAŞ VERİR - Köcəri müəllimin adamı at oynadır - VİDEO

02:08

Heydər Əliyevin 101 illiyi: Ulu Öndər və milli dövlətçilik təfəkkürü ...

19:30

Ağsu Rayon Pirhəsənli kənd tam orta məktəbində "Erkən nigah,dini radikalizm və narkomaniyanın fəsadları" adlı maarifləndirici tədbir keçirilmişdir

02:39

İlham Əliyev müharibə veteranlarına dövlət qayğısını sosial sahədəki fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirib

00:39

Amerikalı şerifin məktubu niyə Azərbaycan Prezidentinə çatdırılmır? - İLGİNC

00:33

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

00:30

İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər

17:08

Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!

18:26

Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

18:15

“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

17:17

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir

23:45

"Qurtuluş 93” Yaşayış Kompleksində NƏ BAŞ VERİR - Məhərrəm Novruzovun işciləri yenə narazılıq yaradır - VİDEO

18:03

"Nar"dan sərfəli smartfon təklifi

00:29

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilir

18:04

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir

18:54

“Bakcell”in süni intellekt dəstəkli robotu insanları Bulvara çağırır

17:34

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir

21:08

Qardaşlıq münasibətləri

16:16

“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi

22:47

Gülhüseyn Talıbov üçün özəl gün

18:45

“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

15:53

Bakcell böyük dəyişiklər astanasında

23:33

Alim və oftalmoloq

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?