İlham Qaraqurbanlı: "Daim irəliyə baxan Azərbaycanı cari ildə daha möhtəşəm uğurlar gözləyir"

21:53 10.01.2023 352
İlham Qaraqurbanlı: "Daim irəliyə baxan Azərbaycanı cari ildə daha möhtəşəm uğurlar gözləyir"

"2023-cü ilin ilk ayının ilk günlərini yaşayırıq. Yeni il yeni çağırışlar, yeni hədəflər deməkdir. Bu hədəflər dövlət başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində öz əksini tapdı. Yeni il, eyni zamanda, ötən ilə bir baxış və əldə edilən uğurların fonunda qarşıdakı dövrün əsas çağırışlarının müəyyənləşdirilməsidir. Bu baxımdan böyük qürur hissi ilə qeyd edə bilərik ki, 2022-ci il tariximizə növbəti uğur səhifəsini yazdı. Fikrimizin təsdiqi üçün ölkəmizin iqtisadi, siyasi, hərbi, diplomatik sahələrdə qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Dövlət başçısının qeyd etdiyi kimi, bütün nailiyyətlərə çatmaq üçün güclü iqtisadiyyatımız olmalıdır və iqtisadi müstəqillik çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil."

Bunu Azerinform-a Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı deyib.

İnstitutun direktoru bildirib ki, hər bir xalqın, ölkənin inkişafında, dünya dövlətləri arasında tanınmasında siyasi liderlərin, tarixi şəxsiyyətlərin rolu danılmaz və əvəzsizdir: "Zaman keçdikcə həmin şəxsiyyətlərin, liderlərin öz xalqı və Vətəni üçün etdikləri, dövlətçiliyinin inkişafında misilsiz xidmətləri yaddaşlarda silinməz izlər qoyur. Məsələn, son 19 ildə ölkəmizin hərtərəfli inkişafı, mühüm nailiyyətləri və davamlı yüksəlişi Prezident İlham Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Qısa zaman kəsiyində ölkəmizin Cənubi Qafqazda güclü dövlətə, söz sahibinə çevrilməsi, dünyada böyük hörmət, nüfuz qazanması möhtərəm Prezidentimizin uzaqgörən, prinsipial və müdrik siyasətinin bariz nümunəsidir. Çünki dövlət başçısı hər zaman doğma xalqın maraqlarını, Vətənin mənafeyini üstün tutaraq “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədinə daim sadiq qaldığını konkret əməli fəaliyyəti ilə təsdiqləyir. Xalq sevimli liderinə həmişə arxalanır və ona güclü dayaq olur."

İlham Qaraqurbanlı deyib: "Azərbaycan ona görə xoşbəxt xalqdır ki, Prezident İlham Əliyev kimi qətiyyətli lideri, xalqını, Vətənini sonsuz məhəbbətlə sevən, beynəlxalq aləmdə böyük nüfuza malik övladı var. Yaşadığımız gərgin siyasi kataklizmlərin, ikili standartların tüğyan etdiyi dövrdə qüdrətli dövlət yaratmaq və inkişaf etdirmək cənab İlham Əliyev dühasının, yorulmaz fəaliyyətinin nəticəsidir. Belə ki, cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, iqtisadiyyatı artıb, beynəlxalq arenada mövqeyi əhəmiyyətli dərəcədə yüksəlib, ölkəmiz bütün sahələrdə sürətli inkişafa, tərəqqiyə nail olub.Onu da qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev bütün fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqdir və müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirir. Həyata keçirdiyi siyasətin əsas prioritetləri - insan amili, xalqın rifahı və milli maraqlarıdır. Amalı müstəqil Azərbaycana, milli dövlətçiliyimizə və xalqa sədaqətlə xidmət etməkdir. Buna görə də, dövlət başçısı ilə vətəndaşlar arasında qarşılıqlı inam və etimad var. Hər zaman vədinə əməl edən liderin fəaliyyətinin nəticəsidir ki, ölkəmizdə sabitlik, əmin-amanlıq və vətəndaş həmrəyliyi hökm sürür.Eyni zamanda, Azərbaycanda iqtisadiyyat yüksələn xətlə inkişaf edir, ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasındadır. Ona görə ki, “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”, – devizini əsas götürən Prezident İlham Əliyev iqtisadiyyat sahəsində aparılan islahatların təşəbbüskarı və müəllifidir. Heç şübhəsiz, 2003-2022-ci illər ərzində qazanılan mühüm nailiyyətlər göz qabağındadır. Bu dövr çağdaş tariximizə yüksəliş, tərəqqi dövrü kimi daxil olub. Ümumi daxili məhsul, büdcə gəlirləri, ölkənin valyuta ehtiyatları, xarici ticarət dövriyyəsi, ixracın həcmi dəfələrlə artıb. Maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Əhalinin nominal gəlirləri, minimum əməkhaqqı, əhalinin banklardakı əmanəti yüksəlib. İşsizliyin, yoxsulluğun səviyyəsi aşağı düşüb".

İ.Qaraqurbanlı qeyd edib ki, son dövrdə ölkəmizdə insan kapitalının inkişafına böyük investisiyalar qoyulub. Respublikamızın hər bir guşəsində texnoparklar, aqroparklar, təhsil, səhiyyə müəssisələri, idman və sağlamlıq kompleksləri, müxtəlif təyinatlı müəssisələr tikilərək istifadəyə verilib. Ən nəhayət, 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu xalqımızın 30 illik torpaq, yurd həsrətinə son qoydu. Əzəli ata-baba torpaqlarımız yağı düşməndən təmizləndi, Qarabağa həyat yenidən qayıtdı. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarda böyük quruculuq, tikinti işləri gedir.Beləliklə, bu gün hər birimiz qazandığımız bütün qələbələrin, Zəfərlərimizin müəllifi müdrik Prezidentimizlə fəxr edir, onunla qürur duyuruq. Qətiyyətli, təcrübəli dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan daha uğurlu və firavan gəlcəcəyə doğru sürətlə irəliləyir.

Sonda İlham Qaraqurbanlı deyib:"Ötən il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Şuşa İli” elan edildi. Bu il isə “Heydər Əliyev İli” elan olunub. “Şuşa İli” çərçivəsində görülən işlərin miqyası o qədər genişdir ki, onların hamısını əhatə etmək mümkün deyil. Çünki 2022-ci il təkcə Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşanın deyil, bütün işğaldan azad edilmiş ərazilərimizin dirçəlişinə xidmət edən addımlarla zəngindir. Dövlət başçısı İlham Əliyev müraciətində bu hədəfi də böyük əminliklə qeyd etdi ki, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb. Cənab İlham Əliyev bu əminliyini də ifadə etdi ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma yurd-yuvasına qayıdacaq.

“Heydər Əliyev İli” isə özündə daha möhtəşəm hədəfləri, çağırışları ehtiva edir. “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb. Əldə etdiyi uğurlarla kifayətlənməyərək daim irəli baxan Azərbaycanı cari ildə daha möhtəşəm uğurlar gözləyir. Qarabağ və Şərqi Zəngəzur bu il də iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətində olacaq və bu məkandan bir daha “Qarabağ Azərbaycandır!” söyləyəcəyik".

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:23

İsraildən Bakını qəzəbləndirəcək addım... - Kritik açıqlama

14:21

Əliyevlə Putinin müzakirə edəcəyi çox şey var - Belyayev

12:41

Kafkanın yuxuları: Simvolizm və yuxu izahlarının tarixi kökləri

12:26

Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ

16:07

Vidadi Babanlı vəfat etdi

13:12

Muzdlu, qarışıq nikahdan anadan olan türk oğulları

11:49

Alyaskada Putinə göz dağı: görüşün nəticələri...

13:31

Lənkəranda NƏ BAŞ VERİR - Şəhər 2 nömrəli tam orta məktəbin müəllimləri və valideynlər ETİRAZ EDİRLƏR...

10:58

Xaricdə təhsil alan tələbələrin narazılığı böyüyür – Agentlikdən hələ də həll yolu görsədəcək açıqlama yoxdur...

10:54

Bakıda yol hərəkətində nəzarət sistemləri: islahatlar və çatışmazlıqlar

13:29

Yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı…

12:35

Kreml sülh təklifindən imtina edir: Trampın ultimatumu...

14:12

Rusiyanın gələcəyi bundan asılıdır - Volodin

11:46

Şah İsmayıl Çaldıran döyüşündən əvvəl qadınlara nə tapşırıb? – 500 illik yalan üzə çıxdı

11:45

İranda Allaha inanmayanların sayı... – Heyrətamiz nəticə

15:50

Yüksək qabiliyyəti ilə seçilən təşkilatcı kitabxanacı-alim, gözəl insan və əsl vətən daşı... - Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova

12:38

Əbu-Dabi görüşünə Rusiyadan daha bir reaksiya

17:26

Azərbaycanda qandonduran ənənə – analar oğullarına görə özlərini belə qurban verirlər

13:27

Temperatur 36 dərəcəyə yüksələcək

15:50

Nəsimidə qanunsuz tikintiyə yenidən YAŞIL İŞIQ: Həsənbala Əliyev 80g ünvanında proses bərpa olunub

21:16

Putin Trampa meydan oxudu, deyib ki.. - Uşakov dəstəyi kimin yerə qoyduğundan danışdı

11:27

Kəşfiyyat iranlıların telefon danışığını dinlədi və şoka düşdü

11:00

Fəda Abbasov monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı -TƏFƏRRÜAT

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi