Bütün Azərbaycan xalqı sizinlədir, sizinlə qürur duyur - Emin Bagırov

17:24 22.12.2020 663
Bütün Azərbaycan xalqı sizinlədir, sizinlə qürur duyur - Emin Bagırov

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Zaqatala rayon şöbəsinin rəisi Emin Bağırov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..

...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Zaqatala rayon şöbəsinin rəisi Emin Bağırov Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardan biridir.

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Zaqatala rayon şöbəsinin rəisi Emin Bağırov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən MƏMURlardandır.

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Emin Bağırovu yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Emin müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

...Bütün deyilənləri, yazılanları kənara qoyaraq bir elin, obanın təəssübünü cəkən fədəkar bir insan kimi tanıdığımız Emin Bağırovun haqqında bəzən bədhaqları tərəfindən yayılan uydurmalar da olur ki, əslində bu insanda gülüş doğurur. Yalana bükülüb ləkə kimi atılanlara cavab olaraq gerçək olanı deyək: Bəri başdan deyirik ki, Emin Bağırov təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Emin Bağırovun saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər baglıdır. Saysız- hesabsız ehtiyacı olanlara "Əl tutmaq Əlidən qalıb" deyə əl tutması, simsar olmasını göz önünə gətirin. Həndəsi silsilə ilə artan bir sərvət! Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya yüzlərlə xeyirxah əməllərini də artırsaq (bunların da ümumi çəkisi həmin böhtançı “mirzə”lərdən ağır olar yəqin ki...) onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda ” Emin Bağırovun böyük, tükənməz bir xəzinəsi var”-deyib, sadəcə, siz hər şeyi baş-ayaq anlamısız…

YAZIYA KİCİK BİR SÖZARDI

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyir prezident İlham Əliyev!

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Zaqatala rayon şöbəsinin rəisi Emin Bağırovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Emin müəllimin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Zaqatala rayon şöbəsinin rəisi Emin Bağırovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.

... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı!

P.S

Azərbaycan tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Artıq 30 illik işğal dövrü başa çatdı. Qəhrəman əsgərlərimiz qarış-qarış yağı tapdağında qalan yurd yerlərimizi azad etdilər. Bütün xalq bir yumruq kimi öz Ali Baş Komandanının, şanlı əsgərinin ətrafında birləşib. Biz addım-addım böyük qələbəyə doğru irəlilədik və möhtəşəm Qələbə qazandıq.

Bu sözləri Azerinform.az-a müsahibəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Zaqatala rayon şöbəsinin rəisi Emin Bağırov söyləyib.

Qəhrəman ordumuzla qürur duyduğunu vurğulayan paytaxt ziyalısı deyib: “Əslində dövlət başçısı xalqı bu qələbəyə neçə il idi ki, hazırlaşdırırdı. 2016-cı ilin aprelində Azərbaycan ordusu ermənilərin məğlubedilməzlik mifini darmadağın etdi. Bu ilin iyul təxribatında bir daha düşmənə açıq dərs verildi,burnu ovuldu. Təbii ki, İlham Əliyev təcrübəli diplomat kimi müharibəni siyasət müstəvisində də davam etdirirdi. Küçədən hakimiyyətə gələn, hərəkətləri və siyasi dünyagörüşü, təfəkkürü də küçə uşağı səviyyəsində olan Paşinyan dəfələrlə cənab Prezidentin dəmir iradəsinin və polad məntiqinin qarşısında gülünc vəziyyətə düşüb. Bütün dünyaya bir fakt aydın idi - Azərbaycan XX əsrin sonlarında məğlub edilən ölkə deyil. Onu tarixi zərurətdən- işğal altında qalan torpaqlarını azad etməkdən heç nə və heç kim çəkindirə bilməyəcək.“

Q, qeyd edib ki, bu gün İlham Əliyev haqqında istənilən qədər tərif yazmaq olar. O qalib bir ordunun Ali Baş Komandanıdır. Lakin o bu qələbəyə gedən yolu 17 ildir ki, addım-addım qət edir. Səbirlə, yorulmadan, təzyiqlərdən çəkinmədən. Bəlkə də hər şeyi neçə dəfə yenidən başlamağa məcbur qalıb- amma bu yoldan dönməyib! Zamanında tənqid olunan bir çox hadisələr var ki, əsl mahiyyəti məhz indi aydın olur. Aydın olur ki, İlham Əliyev 27 sentyabrda başlayan Vətən müharibəsinin konturlarını hələ illər əvvəl hazırlayırmış.

2003-cü ilin payızında həyatının son günlərini yaşayan Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək İlham Əliyevi özünün siyasi varisi elan etdi və “ona özüm qədər inanıram. Mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq” dedi. Bu onun siyasi karyerasının son böyük zəfəri və xalqı qarşısında böyük missiyasının son akkordu idi. H.Əliyev elə bir siyasi məktəb yaratmışdı, elə bir siyasi kurs müəyyənləşdirmişdi ki, onu ancaq İ.Əliyev başa çatdıra bilərdi. Zaman bir daha H.Əliyev dühasının bənzərsizliyini sübut etdi.

Heydər Əliyev hakimiyyətə ikinci gəlişindən sonra Qarabağ problemini dünya miqyasına çıxardı. Doxsanları yaşayanlar onun Azərbaycan xəritəsinin qarşısında bir müəllim kimi dayanıb dünyaya Qarabağın harada yerləşdiyini göstərməsini yaxşı xatırlayırlar. Bu günün təməlləri məhz o anlarda atılırdı. Biz savaşı uduzmuşduq, ancaq müharibə davam edirdi!

Emin Bağırov deyib: “Bu gün hamıya aydın olur ki, İlham Əliyev təkcə güclü ordu, güclü iqtisadiyyat, dövlət strukturu formalaşdırmayıb. O həm də güclü bir xalq formalaşdırmağı bacarıb. Zatən güclü liderlərin də meydana çıxması üçün elə güclü xalq olmalıdır.

Azərbaycan xalqı bir nəfər kimi öz Ali Baş Komandanının ətrafında birləşərək Vətən müharibəsinin qalibiyyətli sonunu gözləyirdi. Prezidentin hər çıxışı xalq içərisində böyük coşqu yaradırdı. Bəli, İlham Əliyev hərbi və siyasi müstəvidə düşməni diz üstə gətirməyi bacardı. O adını Azərbaycan tarixinə qızıl hərflərlə yazan bir sərkərdədir. İlham Əliyev həm də atasının yarımçıq qalan arzusunu həyata keçirdi. Bu Heydər Əliyevin başlatdığı Vətən savaşının məntiqi sonluğudur.

Bütün Azərbaycan xalqı sizinlədir, sizinlə qürur duyur cənab Ali Baş Komandan! Azğın düşmənləri torpaqlarımızdan iti qovan kimi qovduq. İndi Şuşada, Kəlbəcərdə ücrəngli zəfər bayragımız dalgalanır. Hər şey üçün çox sağ olun. Bu xalqın etimadı, sevgisi, alqışı, duası halalın olsun!“

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...