Türk dövlətlərinin bu qərarı təəssüfləndirici haldır - İşçi Qrupun sədri

21:10 10.04.2025 508
Qazaxıstan, Türkmənistan və Özbəkistanın Kiprin yunan tərəfi ilə diplomatik münasibətləri gücləndirməsi son günlər ən çox müzakirə olunan məsələlərdəndir. 3 ölkənin Kiprdə səfirlik açması birmənalı qarşılanmayıb.

Prezident İlham Əliyev də Bakıda ötən gün keçirilən konfrans zamanı Şimali Kipr məsələsinə toxunub. Prezident deyib ki, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynayıb.

“Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı”, – dövlət başçısı qeyd edib.

Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycanın siyasəti hər zaman aydın olub: “Biz hər zaman qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz hər zaman aydın olub. Bizim bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə biləcəyimiz haqda düşünürük ki, onlar öz dövlətlərini qoruyub saxlaya bilsinlər. Onlar buna tarix və əməlləri baxımından layiqdirlər”.

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar İlham Əliyevin səsləndirdiyi bəyanatı məmnuniyyətlə qarşıladığını bildirib.
“Azərbaycan ilə aramızdakı könül birliyinin, ortaq dəyərlərin və eyni millətin ayrılmaz bir parçası olaraq münasibətlərimizin daha da inkişaf etməsi bizi sevindirir.

Prezident İlham Əliyevə bu bəyanatına görə bir daha təşəkkür edir, qardaşlıq və əməkdaşlığımızın əbədi olmasını diləyirəm”,-o deyib.

Modern.az-a açıqlamasında Azərbaycan-Şimali Kipr Türk Respublikası Parlamentlərarası İşçi Qrupunun sədri Cavanşir Feyziyev bildirib ki, Mərkəzi Asiya türk dövlətlərinin yunan Kiprində səfirlik açmaları təəssüfləndirici haldır:

“Şimali Kipr Türk Cümhuriyyətinin bugünkü statusu tanınmayan respublikadır. Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi üzvlüyünə təşəşbbüs göstərib və bu qəbul edilib. Şimali  Kipr Türk Respublikası hazırda Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü kimi təşkilatın bütün tədbirlərində iştirak edir. Buna baxmayaraq Mərkəzi Asiya türk dövlətləri Cənubi Kiprdə öz səfirliklərini açdılar. Bu çox təəssüfləndirici haldır. Məhz bu, onun göstəricisidir ki, bu günə qədər hələ də müstəqil türk dövlətlərinin vahid siyasi platformadan çıxış etmələrinə nail ola bilməmişik. Olduqca təəssüfləndirici haldır. Şimali Kipr türkləri dünya türklərinin ayrılmaz hissəsi, onun bir seqmentidir. Onların müstəqillik hüququna etiraz olunduğu halda dünya türklüyü Şimali Kipr türklərinin maraqlarını qorumağa borcludur”.



Deputat vurğulayıb ki, Azərbaycan dövləti Şimali Kiprli türk qardaşlarının arxasındadır:

“Türkiyə Şimali Kipr türklərinin maraqlarını qorumaq istiqamətindəki  fəaliyyətini uzun on illiklər ərzində davam etdirir. Əslində, Şimali Kipr Türk Respublikasının qarantı rolunda çıxış edir. Azərbaycan da Şimali Kiprlə siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrini genişləndirməklə, onun Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi qəbul olunmasında aparıcı rol oynayıb. Dünən ADA Universitetində Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib. Forumda bu məsələ ilə bağlı verilən suala cavabında cənab Prezident şəkildə bildirdi ki, Azərbaycan birmənalı olaraq Şimali Kipr türklərinin maraqlarının qorunmasında fəal iştirak edir. Ölkəmizin başçısı vurğuladı ki,  Azərbaycan dövləti Şimali Kiprli türk qardaşlarımızın arxasındadır”.


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:57

FAMİL BAĞIROV: 8 NOYABR – AZƏRBAYCANIN ZƏFƏR SALNAMƏSİ VƏ MİLLİ İRADƏNİN TƏNTƏNƏSİDİR

16:14

"TAPDIQ ƏLİBƏYLİ SÖZÜN GÖZU İLƏ" - YENİ KİTAB

19:36

Müasir düşüncə, yeni texnologiyalar, yeni hədəflər - Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva

12:26

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama