Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:13 3.04.2024 629
“Miatsum” sərsəmləməsinə görə 2-ci Qarabağ savaşında ağrılı bir “dəmir qapaz” yeyən hay məxluqatı heç cür sakitləşmək istəmir. “Yaralarını yalayıb”, başına gələn bunca müsibətlərdən dərs götürməyə tələsmir. Əks halda, İrəvan Bakı ilə azı 3 il öncə 5 məlum baza prinsipi əsasında sülh müqaviləsi imzalayardı. Dərhal, qeyd-şərtsiz.

Niyə imzalamırlar, nədən vaxtı uzadırlar? Əlbəttə ki, hələ də xarici havadarlarına güvənib “bəlkə də qaytardılar” xülyasından qurtula bilmədikləri üçün. Qonşularla dil tapıb nəhayət, dinc-yanaşı yaşamaq əvəzinə, həmin qonşulara qarşı dünya güclərinin əlində təzədən maşa olmaq vərdişini tərgitmədiklərinə görə...
Bəllidir ki, həmin bu “maşa”dan Rusiya uzun müddət məharətlə istifadə edib, Qafqazda “parçala, hökm sür” imperiya siyasətini sürdürüb. Lakin son illər Ermənistan “valı” Qərbin xeyrinə dəyişdiyindən, özünü vassala xas aparmadığından Moskva itə dönüb. O gün olmur ki, İrəvanın ünvanına şimaldan şantaj, hədə səslənməsin. Çünki Kreml istəmir ki, iki əsrlik bir maşa onun əlindən çıxsın və üstəlik əzəli rəqibinə – ABŞ başda olmaqla Qərbə qismət olsun.
Bu məqsədlə Moskva özünün regiondakı marionetinə qarşı zaman-zaman ənənəvi “qamçı və kökə” siyasəti tətbiq edib. “Erməniləri Qarabağa qaytarmağın zəruriliyi” haqda rusiyalı rəsmilərin və diplomatların axır vaxtlar çoxalan bəyanatları bu xüsusda təsadüfi deyil. Ötən həftə isə eyni mövzuda Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin danışmışdı.
Sitat: “Biz həmişə inanmışıq və bu, açıq şəkildə bəyan edilib ki, ermənilərin öz tarixi vətənlərində - Qarabağda yaşamaları vacibdir. Qayıtmaq istəyən Qarabağ ermənilərinin buna haqqı var”.
Yəni hədəf əsla “Qafqaz qaraçıları”nın qeydinə qalmaq yox, bölgədə Rusiya maraqlarının sarsılmasına imkan verməməkdir...
XİN rəsmisi Mariya Zaxarova isə bu gün S.Kopırkindən də qabağa gedərək, haylara əməllicə yaltaqlanıb. Lap dəqiqi, onların ünvanına şit və yersiz komplimentlər söyləyib. Məğzi də budur ki, erməni nəbadə rusu atıb “yadı” tutsun.
İndi isə Maşanın ikrah doğuran sözləri: “Ermənistan hakimiyyətinin çoxəsrlik tarixə malik qədim erməni sivilizasiyasını Avropa İttifaqı ilə müqayisə etməsi əbəsdir. Nə üçün qədim erməni sivilizasiyasını - Avropa demokratiyasından çox-çox əvvəl mövcud olmuş mədəniyyətlə, tarixlə, dövlətçiliyi ilə - indiki əslində dalana dirənmiş Avropa Birliyi ilə müqayisə edirlər? Ermənistan mədəniyyətdir, dövlət quruluşudur və bunlar minilliklərə gedib çıxan dövlətçiliyin əsaslarıdır”.
Gərək nə qədər abırsız, səviyyəsiz, reallıq hissindən məhrum, bölgənin yaxın qanlı tarixindən bixəbər olasan ki, Azərbaycan-Türk-müsəlman xalqlarına qarşı bunca vəhşiliklər, bəşəri cinayətlər, o sırada soyqırımlar, etnik təmizləmələr törətmiş, torpaqlarımızın altını üstünə çevirmiş və buna görə tükü də tərpənməyən vandallar haqda, kilsəsi terrora çağıran bir terrorçu-toplum haqda belə cəfəngiyatı dilə gətirəsən. Tarixi saxtakarlıqlarla, namərdliklərlə dolu bir xalq barədə bu cür boğazdan yuxarı ifadələr səsləndirəsən!..
Lənət şeytana, əgər tarixi minilliklərə gedən qədim, sivil və mədəni millət belə olursa, onda həqiqi mədəni, qədim millət kimdir görəsən? Vicdanlı, namuslu, halal insanları və millətləri niyə belə aşağılayırsan, Mariya? Kim sənə bu haqqı verib?
Əslinə qalsa, Zaxarovanın yuxarıdakı sözləri ermənilərə “ayı xdiməti”dir, onlarla məzələnməkdir. Çünki haylar belə tərifə zərrəcə layiq deyillər. Səbəbləri sıraladıq. Onların tarixdə düz-əməlli dövlətləri də olmayıb. Məşhur rus tarixçi akademiklərdən birinin sərrast dediyi kimi, “erməni xalqı öz tarixinə görə tarixə yox, tarixçilərə borcludur”...
Məsələ də ondadır ki, Qafqaza cəmi 200 il öncə rusun əli ilə yerləşdirilib köklü xalqların boğazında “ilan sümüyü” edilən ermənilər kiriyib qınına çəkilməyincə, başdan yekə iddialardan qurtulmayınca bölgəyə dinclik gəlməyəcək. Təbii ki, havadarlar qoysa.
Odur ki, bizim, ümumən Türk soyunun davası ən əvvəl əlində “erməni maşası” tutanlarla, Maşalarladır, nəinki maşının özü ilə. Fərq eləməz, maşa Qərbin ixtiranda olsun, ya Rusiyanın...
Zahid SƏFƏROĞLU
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video