İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

19:25 17.09.2025 1 322

Müasir dünyada dini dəyərlərin qorunması, mənəviyyatın möhkəmləndirilməsi və insanların əxlaqi-mənəvi kamilliyə doğru istiqamətləndirilməsi mühüm zərurətə çevrilmişdir. Qloballaşmanın gətirdiyi yeni çağırışlar, informasiya müharibələri, materializmin və mənəvi boşluğun artması, xüsusilə gənc nəslin sağlam dini maarifləndirilməsini və düzgün istiqamətləndirilməsini daha da vacib edir. Bu şəraitdə İslam dininin saf və orijinal prinsiplərini xalqa çatdıran, dini yalnız ibadət çərçivəsində deyil, həyatın bütün sahələrini əhatə edən bir yol kimi təqdim edən din xadimlərinin rolu misilsizdir.

Sumqayıt şəhərində fəaliyyət göstərən "Cümə" məscidi bu baxımdan mühüm mərkəzlərdən biridir. Bu məscid təkcə ibadətgah yox, həm də maarif, mənəviyyat və sosial həmrəylik ocağı kimi tanınır. Məscidin axundu Hacı Rauf Sərdarov isə həm dini bilikləri, həm də yüksək mənəvi keyfiyyətləri ilə tanınaraq, illərdir xalqın rəğbətini qazanmış nüfuzlu din xadimlərindən biridir.


 Burada isti bir ab-hava hökm sürür...
...Səhərin ilk işıqları Sumqayıtın küçələrinə düşəndə şəhərin mərkəzində yerləşən “Cümə” məscidi artıq oyandığını hiss etdirir. Qapılar açıqdır, səliqə ilə düzülmüş ayaqqabılar məscidə axışan insanların çoxluğundan xəbər verir. Havanın sərinliyinə baxmayaraq, içəridə isti bir ab-hava hökm sürür – bu, ibadətin istiliyi, birliyin istiliyi, mənəviyyatın istiliyidir.

Məscidin axundu Hacı Rauf Sərdarov minbərə qalxır. Onun səsi nəinki divarların içində, elə bil insanların qəlbində də əks-səda tapır:
– İslam yalnız namaz qılmaqdan ibarət deyil, qardaşlar. İslam həm də mərhəmət, dürüstlük, yardımlaşmaq, haqqı qorumaqdır. Əgər biz bu prinsipləri yaşatmasaq, ibadətlərimiz ruhsuz hərəkətə çevrilər...

Söhbət başlayır. Mövzular genişdir: ailə münasibətlərindən tutmuş, gənclərin dini maariflənməsinə, şəhidlərin yad edilməsinə qədər. Hər kəs diqqətlə qulaq asır, bəziləri qeydlər aparır, bəziləri isə sadəcə dinləyərək ürəyindəki suallara cavab tapır.

Məsciddənkənar xidmət təqdirəlayiqdir

Məscid təkcə namazgah deyil. Burada həftəlikdini dərslər keçirilir. Dərs zalında gənclər Qurandan ayələr oxuyur, Hacı Rauf isə izah edir:
– Baxın, bu ayə sizə həm də elmə çağırışdır. İslam insanı tənbəlliyə yox, elmə, çalışqanlığa, ədalətə səsləyir.

Gənclərin gözlərində maraq və həvəs görünür. Onların arasında məktəblilər də var, tələbələr də. Hər kəs öz sualını verə bilir. Bəzən “niyə bu qədər xurafat yayılıb?”, bəzən də “müsəlman ailəsində necə davranmaq lazımdır?” kimi gündəlik suallar səslənir.

Məscidin həyətində isə başqa bir mənzərə – könüllülər aztəminatlı ailələr üçün ərzaq bağlamaları hazırlayır. Qutuların üstünə “İslam yardımlaşmaqdır” sözləri yazılıb. Könüllülərdən biri gülümsəyərək deyir:
– Hacı Rauf həmişə deyir ki, din yalnız sözlə yox, əməllə yaşanar. Biz də çalışırıq ki, sözümüzlə işimiz bir olsun.

Şəhidlərin adı ilə yaşayan məkan

Son illərdə məsciddə tez-tez şəhid ailələri görünür. Burada onlar üçün xüsusi anım tədbirləri keçirilir. Məscidin bir küncündə şəhidlərin şəkillərindən ibarət guşə yaradılıb. Hacı Rauf bir mərasimdə belə demişdi:
– Bu vətən şəhidlərin qanı ilə sulanıb. Onların valideynləri bizim başımızın tacıdır. Hər birimiz onların yanında olmalı, onların qürurunu paylaşmalıyıq.

Anaların gözlərində həm kədər, həm də qürur oxunur. Onlara yalnız maddi deyil, həm də mənəvi dəstək göstərilir. “Cümə” məscidi bu dəstəyin ünvanına çevrilib.

Sosial həyatın mərkəzi

Məsciddə təkcə dini dərslər yox, həm də maarifləndirici seminarlar keçirilir. Məsələn, ailə dəyərləri, gənclərin psixoloji sağlamlığı, narkotikdən uzaq durmaq mövzularında tədbirlər təşkil olunur. Hacı Rauf tez-tez bu mövzulara toxunur:
– Əgər evdə ata-ana övladına düzgün tərbiyə verməzsə, küçə tərbiyə verər. Küçə isə uşaqları ya pis vərdişlərə, ya da qaranlıq ideologiyalara sürükləyər. Biz buna imkan verə bilmərik.

Qadınların iştirakı ilə də tədbirlər keçirilir. Onlar üçün xüsusi dini maarifləndirici proqramlar hazırlanır. Uşaqlar isə məscidin kitabxanasında dini kitablarla tanış olur, bəzi günlərdə isə oyun və maarifləndirici məşğələlər təşkil edilir.

Xalqın din xadimi

Sumqayıtda soruşsanız, çoxları deyəcək: “Hacı Rauf elə biridir ki, yanına gedən heç vaxt qapıdan naümüd dönməz.” Bu, onun xalq arasında qazandığı hörmətin ifadəsidir. İnsanlar ona yalnız dini suallarla deyil, həyat problemləri ilə də müraciət edirlər.

Onun sadəliyi diqqət çəkir – məsciddə bir küncdə oturub insanlarla çay süfrəsi arxasında söhbət etməyi çox sevir. Söhbətlərdə dini terminlərdən çox, gündəlik həyat nümunələri çəkir: işdə dürüstlük, qonşu ilə münasibət, övladla dialoq, valideynə hörmət...

Günün sonu...

...Axşam namazı vaxtı məsciddə yenidən sükut çökür. İnsanlar saflaşmaq, günün yorğunluğunu atmaq üçün ibadətə yönəlir. Minarədən yüksələn azan səsi Sumqayıt küçələrinə yayılır.

Məsciddən çıxan insanların üzündə sakitlik var. Biri dostuna deyir:
– Elə bil buradan çıxanda içimdəki yük azalır, ruhum yüngülləşir.

Bəli, bu məkan – Sumqayıt “Cümə” məscidi – sadəcə bir ibadət yeri deyil. Bu, həm də insanların mənəviyyatla nəfəs aldığı, yardımlaşma ruhunu yaşatdığı, şəhidlərin xatirəsini uca tutduğu, gəncləri doğru yola çağırdığı bir mənəviyyat ocağıdır. Onun rəhbəri Hacı Rauf Sərdarov isə bu ocağın işığını daim canlı saxlayan bir din xadimidir


Sadiq YOLCU,
Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ