Allahverdi Bağırovun qızı: "Ölümündən qabaq atam gəldi, dedi, hazırlaşın, Ağdama qayıdırıq..."

20:36 22.04.2025 116
Atam əvəzolunmaz insan idi. Aydındır, hər övlada öz atası doğma, əziz və idealdır. Amma mənim dədəm - biz uşaq vaxtından "ata" yox, "dədə" demişik - mərd, qəhrəman, yalnız öz balasını deyil, bütün Azərbaycan xalqına ürəyi yanan bir adam idi. Atam şəhid olanda mənim altı, bacım Aynurun isə səkkiz yaşı var idi".

Bu sözləri Teleqraf-a Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi, Qarabağ futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi Allahverdi Bağırovun qızı Zümrüd Bağırova deyib.

Qeyd edək ki, 1946-cı il aprelin 22-də Ağdam şəhərində dünyaya göz açan Allahverdiyi Bağırov yaşasaydı bu gün 79 yaşı tamam olacaqdı.
Atasının Xocalı faciəsi zamanı ermənilərə əsir düşənlərin və şəhidlərimizin balalarına görə çox narahatlıq keçirdiyini deyən Zümrüd xanımın sözlərinə görə, Allahverdi Bağırov onların övladlarını evə gətirirmiş: "Onlara qulluq edir, nəvaziş göstərirdi. Kiminsə başqa rayonlarda qohum-əqrəbası çıxanda təhvil verirdi.

Ailəmizə bir oğlan uşağı gətirmişdi. Onu da deyim ki, biz ailədə iki bacı, bir qadaşıq. Qardaşım yaşca bizdən xeyli böyük idi. Atam anama deyirdi ki, Validə, evdə qızlar da balaca qardaş istəyirdilər, gəl bu uşağı övladlığa götürək. Uşağın valideynləri rəhmətə getmişdi, qohum-əqrəbaları isə çox gec tapılmışdı. İstəmirdi ki, uşaq qəribsəsin və düşünsün ki, onun heç kimi yoxdur. Həmin uşaq bizdə bir müddət qaldı, sonra onun Gürcüstandan qohum-əqrəbaları çıxdı.

Bəlkə də hər insan atam kimi dünyaya böyük ürəkli gələ bilmir. Hər kəs öz ailəsinin qayğısına qalardı, amma atam torpağımızı, Vətənimizi və bütün Vətən övladlarını düşünərdi.

Atam Ağdamda batalyon komandiri olmamışdan əvvəl restoran işlədirdi. Ağdamdakı restoran atama məxsus idi. Girov və qaçqın düşən Xocalı sakinlərinin hamısını evimizə yerləşdirirdi.

Həyətimizdə balaca evlər vardı. Evimiz də böyük idi, hər otaqda bir məcburi köçkün qalırdı. İki başqa həyət evimiz də var idi, oraya ailələr gətirmişdi ki, heç kim evsiz-eşiksiz qalmasın".

Zümrüd xanımın sözlərinə görə, atası şəhid olanları Ağdam məscidində yuduzdurub, kəfənlədib, sonra ailələrinə təhvil verirdi ki, onlar yaxınlarının işgəncəyə məruz qalmalarını görüb, eyni iztirabı yaşamasınlar: "Xocalı faciəsi atamın ürəyinə çox pis təsir etdi. O zaman elə stressə düşdü ki, birdən-birə arıqlayıb çöpə dönmüşdü. Bütün əsirləri və işgəncə görmüş şəxslərin meyitlərini ailələrinə atam təhvil verirdi. Bəlkə də ona görə kədəri birə beş artırdı".

Zümrüd Bağırova deyir ki, atasının taleyi çox ağır olub, 46 yaşında dəhşətli ölümlərlə, hadisələrlə qarşılaşıb.

1992-ci il iyunun 12-də təcili Ağdama çağırılan Allahverdi Bağırov yolda minaya düşür. Zümrüd xanım deyir ki, atasını sonuncu dəfə gecə səhərə qədər qapının önündə yolunu gözləyibmiş: "Bir gün öncə evə gəldi, dedi ki, hazırlaşın həmişəlik Ağdama qayıdacağıq. Biz o zaman anamım ata evində idik, çünki Ağdam şəhərində atəş səsindən durmaq olmurdu.

Atam sonuncu dəfə ana babamgilə gəldi, dedi ki, gecə səkkiz kəndi azad edirik və bayraqları sancırıq. Müharibə bitir, bir daha döyüşə getməyəcək, daim bizim yanımızda olacaq.

Dediyim kimi, həmin gecə səhərə qədər atamı gözlədim. Gecə qapı döyüldü, mən darvazanı açdım. Bir dostu gəldi, arxasınca da xərək gətirdilər. Mənə dedilər ki, sən get, anan gəlsin. Narahat olma, atan deyil, o yaralanıb. Atam o qədər qamətli insan idi ki, xərəyə sığışmırdı. Əlləri xərəkdən sallanmışdı. Onda bildim ki, şəhid olan atamdır".

Zümrüd Bağırova bildirib ki, torpaqlarımız azad edildikdən, Ağdam geri alındıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin göstərişi ilə ataları Allahverdi Bağırovun məzarını ziyarət ediblər: "Hələ o vaxt, Ağdam işğal edilməmişdən öncə atamın qəbirinin üstünü hazırlatmağa başlamışdıq. Ermənilər atəşə tutduğuna görə heç kim şəhidlərin qəbrinin üstünü götüzdürə bilməmişdi.

Qəbirlərin üzəri torpaqla örtülmüşdü, yalnız atamın məzarının üzərinə bibim və əmim sement tökdürmüşdü. Biz oraya gedəndə bütün qəbirlərin üzərindən torpaq sovrulmuşdu, amma atamın qəbrində beton qırıqları qalmışdı. Yəqin ki, məzarın üzərinə silah düşmüşdü, beton parçalar bölünmüşdü.


Nar ağaclarının arasında məzarın üzərinə qoyduğumuz dəmiri tapdıq. Dəmirdə atamın ad və soyadı yazılmışdı. Düzdür, dəmirin rəngi pas atmışdı. Qəbiri tapdıq, üzərini bayraqla örtdük".
Zümrüd Bağırova deyib ki, atasının məzar kompleksi hələ hazır deyil: "Bizə bildirilib ki, bütün şəhidlər üçün eyni məzar kompleksi hazırlanacaq".
Allahverdi Bağırovun heykəlin Qarabağ” futbol klubunun Ağdamda tikiləcək yeni stadionun qarşısında qoyulacağı haqda xəbərlər yayılmışdı. Zümrüd Bağılrova deyir ki, heykəlin "İmarət"ə və ya Ağdamın girişinə qoyulması planlaşdırılırdı: "Amma hələ dəqiq qərar verilməyib".

Bəs Allahverdi Bağırovun əşyaları harada qorunur?

Zümrüd xanım bildirir ki, Ağdam işğal ediləndə evdən heç nəyi götürə bilməyiblər: "Sadəcə bibimgildə atamın albomu qalıb. Uşaqlıq illərimizdən isə tək-tək kimdəsə şəkillər var. Atamın son dəfə üzərində olan saatı anamdadır. Onun çox az əşyası qalıb. Beş-altı şəkili, futboldan qazandığı mükafat və qol saatı.

Dediyim kimi, Ağdamdakı evimizdən heç nə gətirə bilmədik. Evimiz dolu qaldı. UAZ markalı avtomobil də evimizdə qaldı".

Torpaqlarımız azad edildikdən sonra evlərini ziyarət edən Zümrüd Bağırova deyir ki, qoyub getdikləri evdən bir daş tapa bilməyiblər: "İllərlə arzumuz evimizi görmək idi. Evimizin qarşısında yalnız bir zanbaq gülü var idi".




Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir