Yevlax təhsilində "ƏNDİRABADİ" OYUNLAR - Zurnaçalan məktəb direktoru, məktəbi dolmaxanaya çevirmiş Zərif-Namidə cütlüyü...

15:36 24.02.2025 248
Yevlaxda təhsil problemləri haqqında dəfələrlə yazmışam. Bu problemlər həllini tapmayana kimi də yazacam. Amma müsbət nəyəsə ümid çox azdır. Cənab elm və təhsil nazirimiz Emin Əmrullayev Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Kərimov Elçin Vaqif oğlunu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirliyinə gətirəndə ümid demək olar ki heçə endi. Nazir brifinqlərdə çox məsələlərə toxunur. İstərdim bir dəfə də tabeliyindəki məmurlar barədə edilən şikayətlərə, müraciətlərə aydınlıq gətirsin. Elçin Kərimovun Mərkəzi Aran rayonlarında hansı əvəzolunmaz işinə görə onu digər regional idarəyə rəhbər təyin etmisiniz, cənab nazir? Yəqin Elçin müəllimin barəsində çıxarılmış məhkəmə qərarını icra etmədiyinə görə inzibati cəza aldığını bilirsiniz. Məhkəmə hakimiyyətini vecinə almayan bir məmuru belə qorumaq nə məna verir? Bu adam Mərkəzi Aranda təhsildə nə kimi qeyri-adi iş görüb ki, Gəncə zonasında da nə etsin. Bildiyi ancaq rüşvət, pulgirlik, yaxın, tanış, tapşırılmış adamları irəli çəkmək olub. Həmin təcrübəsini indi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində davam etdirir. Bu günlərdə Elçin Kərimov Gəncə məktəblərinin birində işləyən müəllimin işinə xitam verib. Guya bu müəllim şagirdinin qolunu qırıb, xəsarət yetirib. Amma məktəbdə valideynlər bu münaqişədə müəllimin tərəfini saxlayıb onun çıxarılmasına etiraz bildirirlər. Deyirlər ki, zədələnən oğlan özü qolunu əsəbi halda vurub, müəllimin heç bir müdaxiləsi olmayıb.

İndi yenidən Yevlaxa nəzər salaq. Elçin Kərimov buradan getsə də ən yaxın "silahdaş"ı at oynatmaqda davam edir. Bu şəxs Namidə adında məmur qadındır. Bütün işlərdə Elçin Kərimovun şəriki, əlaltısı olan Namidə. Vaxtilə Mərkəzi Aran Regional İdarəsinə adi ortabab adam kimi daxil olan sektor müdiri Namidə xanım indi yekə maşınlarda şütüyür, zadəgan həyatı yaşayır. Onun haqqında da az yazmamışam. Mətbuatda rast gələ bilərsiniz. Namidənin də öz sadiq çevrəsi var. Bu çevrənin də əsas adamı Yevlax şəhər 4 saylı tam orta məktəbin direktoru, məktəbi bir müddət dolmaxanaya çevirmiş Zərif xanım. Zərif-Namidə cütlüyüünün əməllərini başqa yazılarımda göstərmişəm. İndi konkret bir əməlindən danışacam.


Məktəbdə müəlliim işləmiş Leyla xanım bu Zərif-Namidə xanımların qərəzli münasibəti sayəsində işindən məhrum olub. Müraciət etmədiyi yer qalmayıb. Direktor Zərif ona deyib ki hələ bəxtin gətirib imtahandan keçməmək adı ilə işini itirmisən, yoxsa səni ayrı cür çıxartdırardım. Zərifə bilsin ki, Leylanın qaynatası bir müddət elə indi rəhbəri olduğu məktəbin direktor vəzifəsində işləyib. Hörmətlə işləyib, abır-həyasını, nüfuzunu qoruyub. Haqq-ədaləti qoruyub. İmkanı az olan müəllimlərin dərs saatıarını imkan daxilində artıq yazıb. Leyla xanım bu cür ailənin gəlinidir. İki tələbə qız oxudur. Qızlardan biri-Nigar Rəhimli 20 yaşında Yazıçılar Birliyinin üzvü seçilib. Elm və təhsil nazirindən xahiş edirik ki, Bakı Dövlət Universitetinin Qazax filialında təhsil alan bu iki tələbə qızı diqqətdə saxlasın. Eyni zamanda, Leyla xanımın işlədiyi məktəbdə əmək fəaliyyətinin bərpa olunmasını həll etsin. Çünki bu qanun pozuntusudur. Himayəsində tələbə övladları olan valideyn işindən azad oluna bilməz. Xahiş edirik bu məsələ araşdırılsın. Nəhayət, cənab nazir, Leyla xanımın  Sizə ünvanladığı müraciətlərə cavab verməyinizi istəyirik. Əgər o ərizələri oxusanız, çox məsələdən agah olarsınız.

Hörmətli nazir, məmurlarınızın özbaşınalığına görə bir gənc pedaqoq xanım çıxılmaz vəziyyətə düşüb. Sektor müdiri Namidə, direktor Zərifə özləri qaydalar qoyub hamının onların qanunları ilə işləməsini istəyirlr. Tabe olmayan onların qanunlarından kənar elan olunur. Özbaşınalıqlarının, rüşvətxorluqlarının qarşısını heç kim ala bilmir. Çünki Namidə Yevlax İcra başçısından, rayon prokurorundan dəstək alır. Əks halda onun haqqında edilən müraciətlər baxılmamış qalmazdı.


Yevlaxda məktəb direktoru olmaq üçün birinci şərt onun rəfiqəsi olmaqdır. Bir də yaxınları, yaxşı pul verənləri yığır. 9 nömrəli məktəbə musiqi məktəbindən birini gətirib müdir qoyub. Adam zurna çalır. Zurnaçalan məktəbdə şagirdlərə necə nümunə olacaq? Ümumtəhsil məktəbində direktor ola biləcək fundamental fənn müəllimləri qəhətə çıxdı ki, zurnaçalanın təyinatına əl çalındı???

Hörmətli elm və təhsil nazirimiz cənab Emin Əmrullayev! Siz də bu məsələləri həll etməsəniz, son ümid yeri dövlət başçımız olacaq. Xahiş edirik tez bir zamanda problemi həll edib günahkarlar barədə ciddi ölçü götürəsiniz.

Sima BABAYEVA.
BİA.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:09

Şahdağ Milli Meşələrin "QAZAN XAN"ı yenidən iş başında... - ŞOK VİDEO

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır