Köhnə palan ici tökənlər və ya əslində Anar Məmmədov KİMDİR...

22:43 8.02.2024 448
Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən KİV istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma-filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırıamaq istəyənlər var.

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada "alim" olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı, əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq, qərəzsiz jurnalistikadan söhbət gedirsə, onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Azerinform.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon valı kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də yeni hec nə araşdırıb ortaya qoya bilmirlər. Halbuki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədovun haqqında iftira və böhtanlar kimi məhkəmə predmeti ola bilər və nəticəsi hec də həmin KVİ-lər ücün yaxşı olmaz.

Milli Məclisin deputatı Anar Məmmədovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır. Müdriklər demişkən, “Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, nümunəvi millət vəkili Anar Məmmədovdur.

...Bu gün Goranboy-Naftalan bölgəsində onu hamı tanıyır. Bəli, hər kəs onu tanıyır, sevir və dəyərləndirir. Onu sevənlər və ona rəğbət bəsləyənlər bu adamı hansı sahədə işləməyindən asılı olmayaraq peşəkar kadr kimi məşğul olduğu sahələrdə, ictimai-siyasi prosesdə aparıcıl şəxslərdən biri kimi qiymətləndirir. Onun həyat yoluna diqqət yetirəndə sadədən aliyə doğru pillə-pillə, tədricən, haysız-küysüz yüksəldiyini, ucaldığını görürsən. O, bu ucalmağa, yüksəlməyə yorulmaq bilmədən çalışması, zəhməti, yuxusuz gecələri hesabına nail olmuşdur.

... Anar Məmmədov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan millət vəkilidir. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Anar müəllimin həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

...Anar Məmmədov calışdıgı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

...Mübaliğəsiz demək olar ki, Anar Məmmədov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.


Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Şan-şöhrəti insana daşıdığı vəzifə yox, o vəzifəyə nail olan insan özü qazanır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. 


Tam səmimiyyətlə demək istəyirik ki, Milli Məclisin deputatı Anar Məmmədovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, Anar Məmmədovun barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Niyə Anar müəllimin xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib, indi də nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Utanın cənablar, utanın!


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:56

İrəvan və Tehran hərəkətə keçdi – Azərbaycanlı prezident hərbi yük maşınlarını dayandıracaq?

20:48

Yeni müharibə riski var: Bölgə təhlükə qarşısındadır – Kritik gəlişmə

20:43

Ermənistanı məhv edərik! – Türk general elan etdi

22:12

İvanişvilinin prezidentliyə namizədliyi irəli sürülə bilər - Ədliyyə naziri

22:09

Azərbaycanda bu məhsullar 2 manata qədər bahalaşacaq - AÇIQLAMA

01:06

Cinayətkarlıqla mübarizə - dövlətin sistemli fəaliyyəti

01:30

“Simpsonlar” bu dəfə Kamala Harrisin prezident seçkilərində qələbəsini "proqnozlaşdırdı"

01:25

"Vəhdət Partiyasının parlamentdən kənar qalmasına razı ola bilmərik" - Vasif Əfəndiyev

01:19

Üç ildən artıqdır ki, Azərbaycan mühüm qaz təchizatçısına çevrilib - MƏQALƏ

09:44

Azərbaycan dili üzrə natiqlik çempionatının yarımfinal mərhələsi yekunlaşdı

17:48

“Bakcell”dən eksklüziv təkliflə smartfon al

21:51

Yeni Azərbaycan Partiyası tərəfindən Hüseynov Əli Abbas oğlunun 90 saylı Ağsu secki dairəsindən namizədliyi irəli sürülmüşdür

19:07

Baqrat Paşinyanın devrilməsi üçün növbəti addımını açıqladı

03:28

Paşinyan və komandası “getdi”: Ermənistanı kim idarə edir? – VİDEO

16:51

"Nar" qəbul imtahanlarının bitməsi münasibətilə abituriyentləri təbrik edir

15:54

"Bakcell"dən daha bir yenilik: Aİ dəstəkli “Tarif Məsləhətçisi”

23:00

Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir

09:56

Putin qanun imzaladı: Bu deputatların mandatı əlindən alınacaq

17:59

“Nar” “Zirə” komandasına UEFA Avropa Liqasında uğurlar arzulayır!

17:03

“Nar”ın “Al bir, aç min” kampaniyası ilə yayı doyunca yaşa!

04:36

Şuşanın beynəlxalq statusu

20:52

Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur

21:21

“Nar” Azərbaycanda turizmin inkişafını dəstəkləyir

03:37

Gömrük məmuru arvadını bıçaqladı

00:56

Binəqədi bələdiyyəsində vətəndaşın həm 16 sot torpagınI, həm də 58 min pulunu MƏNİMSƏYİBLƏR - ŞİKAYƏT

22:21

Alim Hüseynov: Seçici fəallığı bu dəfə parlament seçkisində bərqərar olacaq

22:17

Əli Hüseynov: Yeni dövrün reallığı

14:28

“Bakcell” Wi-Fi üzərindən zəng xidmətini Azərbaycana gətirdi

08:20

Nərmin müəllimə, gələcək fəaliyyətinizdə uğurlar!

20:59

Nabranda yerləşən "Xəzər" istirahət mərkəzi - Gözəllikdən doymur ürək...

02:20

Ağsu rayon Polis Şöbəsində 02 iyul – Azərbaycan Polisi gününün qeyd olunması ilə əlaqədar yığıncaq keçirilib

01:45

Vətəni, dövləti və xalqı ücün tər tökən ƏQİDƏ ADAMI - polis polkovnik-leytenantı Pərviz İsmayılov

21:22

Polislərin peşə bayramıdır

15:39

“Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu