Gülnaz Dadaşova: "Kollektivimiz Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütovlüyü uğrunda şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır."

16:40 1.02.2023 1 094
Gülnaz Dadaşova: "Kollektivimiz Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütovlüyü uğrunda şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır."

Vətən müharibədən sonrakı dövrdə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirən insanlar hərtərəfli sosial qayğı ilə təmin edilir. Bu, özünü qəbul edilən qanunlarda, verilən qərarlarda da əyani şəkildə göstərir. Dövlət başçısı Vətənin keşiyində duran, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə diqqət və qayğısını heç vaxt əsirgəmir. Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi vaxtlı-vaxtında təmin edilir. Həlak olmuş hərbi qulluqçuların ailələrinə 11000 manat birdəfəlik sığorta ödənişinin verilməsi, yas mərasiminin təşkili üçün həlak olmuş şəxsin valideynlərinə 3000 manat məbləğində maliyyə yardımının göstərilməsi, aylıq olaraq şəhid ailəsinə 500 manat Prezident təqaüdünün verilməsi, şəhid uşaqlarının təhsil haqqından azad olunması, şəhidlərin ailə üzvlərinin əmək pensiyasına 93,5 manat əlavə hesablanması, hər bir şəhid ailəsinin evlə təmin olunması kimi tədbirlərin həyata keçirilməsi dövlət qayğısının bariz nümunəsidir.

Akademik C. Abdullayev adına Elmi – Tədqiqat Kardiologiya İnstitutunun rəhbərliyi və kollektivi bu fikirləri əsas tutaraq daim şəhid ailələrinin, qazilərin yanında olur, on­lara hərtərəfli dəstək göstərirlər. 2022- ci ilin aprel ayından etibarən Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi ilə ölkə ərazisində şəhid və qazi ailələri üçün tibbi-maarifləndirici aksiyalar keçirdir. Bunun nəticəsində artıq 1000-ə yaxın həssas kateqoriyaya aid olan vətəndaşlar bu müayinədən keçirilib. Aksiyalar Bakı, Abşeron, Sumqayıt, Cəlilabad, Şamaxı, Ağsu, Qobustan, Zaqatala, Şəki, Quba, Qusar, Xaçmaz və Gədəbəydə keçirilib.

Səhiyyə müəssisəsinin təşkilatçılığı və təşəbbüsü ilə Şamaxı, Cəlilabad, Gədəbəy və Zaqatala Rayon Mərkəzi xəstəxanalarında çox uğurlu tibbi aksiyalar təşkil edilib. Kecən il institutun kollektivi tərəfindən Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiya keçirilmişdir. Aksiya zamanı Gədəbəy rayonunda yaşayan, həssas kateqoriyaya aid edilən 100-dən çox vətəndaş kardioloji, endok­rinoloji və nevroloji müayinələrdən keçmişlər. Səhhətlərinə uyğun olaraq onlara EKQ, ExoKQ aparılıb. Müayinələrin nəticələrinə əsasən, xəstələrə müvafiq müalicə təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaş­mış tibb müəssisələrinə yönləndiriliblər. Onu da xatırladaq ki, tədbir çərçivəsində Gədəbəy Ra­yon Mərkəzi Xəstəxanasının həkimləri ilə elmi diskussiyalar təşkil edilmiş, gələcək planlarla bağlı müzakirələr aparılmışdır. Tədbirin “World Medicine” (Medpro MMC) şirkətinin təşkilatçılığı ilə keçirildiyini də qeyd etmək yerinə düşər.

İnstitutdan Azerinform.az-a verilən məlumatda, həmçinin bildirilir ki, kecən il ümumillikdə Şamaxı, Ağsu, Qobus­tan, İsmayıllı, Zaqatala, Qax, Balakən, Gədəbəy və Cəlilabad rayonlarında yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 600- dən artıq vətəndaş kardioloji, endokrinoloji, şüa – diaqnostika və nevroloji müayinələrdən keçib. Onlara şikayətlərinə uyğun olaraq, EKQ, ExoKQ və USM müayinəsi aparılıb. Bütün rayonlarda müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologi­ya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndiriliblər. Qeyd edək ki, indiyədək keçirilən müayinə aksiyaları yüksək səviyyədə baş tutub və yerli əhali tərəfindən məmnunluqla qarşılanıb. Bu tədbirlərlə, əsasən, aztəminatlı ailələrin müayinə üçün paytaxta gəlməsinə əngəl olan maneə aradan qaldırılır və aksiyalarla həssas kateqoriyadan olanların tibbə əlçatanlığı təmin edilir.

Yeri gəlmişkən, təşkil edilən tədbirlər çərçivəsində Şamaxı və Cəlilabad rayonlarında, həm də elmi – praktiki konfranslar keçirilmişdir. Digər rayonlarda yerli həkimlərlə elmi diskussi­yalar və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan işlər haqqında müzakirələr aparılmışdır. İnstitutun apa­rdıgı bu tədbirlərlə müharibədən sonra əksər hərbçilərin və sıravi insanların səhhətlərində yaranan bir sıra problemlər yoluna qoyulmuş, icbari tibbi sığorta vasitəsilə onların, hətta institut xaricində olan bütün müayinələrinin aparılması­ təşkil edilmişdir.

Akademik C. Abdullayev adına Elmi – Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova deyir:

- Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. Ölkəmizdə şəhid ailələrinə, eləcə də Qarabağ qazilərinə diqqət, qayğı bütövlükdə sosial siyasətin prioritet istiqamətlərindən biridir. Dövlət müvafiq kateqoriyadan olan insanlar üçün əlindən gələni edir. Dövlət başçısının bu sahədəki siyasəti birmənalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Qeyd edim ki, İnstitutumuzda ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyada pasiyentlərin xəstəliklərinə uyğun yüksək keyfiyyətli laborator müayinələr aparılır. Milli – mənəvi dəyərlərə söykənən Azərbaycan xalqı yaşlı nəslə qayğını, hörməti adət–ənənə halına gətirmişdir və Elmi – Tədqiqat Kardiologiya İnstitutu tərəfindən keçirilən bu kampaniya­lar bunun bariz nümunəsidir. Kollektiv Vətən müharibəsində canları bahasına Qələbə qa­zananların qulluğunda durmağı, onlara xidmət etməyi özlərinə həm vəzifə borcu, həm də mənəvi insanlıq borcu bilirlər.

İnstitutumuzda fiziki sağlamlığını itirən müharibə əlilləri üçün hər cür lazımi şərait yaradılıb. Ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müxtəlif bədən xəsarəti alan əlillərə dövlət lazım olan diqqəti göstərməkdədir. Dövlətin bu təbəqəyə göstərdiyi qayğı ilbəil artmaqdadır. Kollektivimiz Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütovlüyü uğrunda şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır, onların qayğısına qalır. Bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçiririk. Bundan sonra da bu sahədə sistemli və kompleks tədbirləri davamlı olaraq həyata keçirəcəyik.

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib