"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

16:06 6.10.2025 777

"AVAM" HİKMƏTİ

(Ustad şair Oktay Şamilə ithaf)

Ön söz


Bu poetik silsilə, insan ruhunun sükut, gözəllik, ayrılıq və taleyin mistik izləri ilə danışan bir səyahətdir. “Avam Hikməti” silsiləsi Oktay Şamilin bioqrafik izlərini, fəlsəfi düşüncələrini və poetik hisslərini birləşdirir. Hər hissə insanın daxili səsindən doğan bir misra, bir dua, bir sükut qatını əks etdirir.
Silsilənin məqsədi oxucunu yalnız sözlərin səthi ilə deyil, həm də onların iç səsindəki hikmətlərlə qarşı-qarşıya qoymaqdır. Avamlıq burada sadəcə sadəlik deyil - Tanrı ilə ünsiyyətin bir yoludur, insanın özünü kəşf etməsinin poetik formasını təşkil edir.


I. Mən avam azərbaycanlı – kölgəylə söhbət


Mən avam azərbaycanlıyam,
fikirim dağdan süzülür, bulaq kimi,
amma bulağın da yuxarısında bir daş var - 
Tanrının imzası kimi, soyuq, lakin səmimi.
Dağlar danışmır,
dərələr susur,
amma onların qəlbində bir ağrı var,
gizli və bitməz.
Uşaqlığım daş döşündə qaldı,
bulaq sularını içib sözün dadını öyrəndim.
O arzular indi paslanmış misra kimi
dilimdə uyuşub qalır.
Gözəlliyə baş əydim - amma uzaqdan,
çünki yaxınlıq yanar, uzaqlıqsa dua kimi saf qalar.
Bir kapşonlu qız keçdi yağışdan -
gözəllik məndən keçdi,
mən isə öz-özümə bir uşaq kimi danladım taleyi.
Ayrılıq bir dənizdi, dedim,
mən o dənizin boğulan dalğasıyam.
Bəzən elə gəlir ki, Allah da təəssüf edir
bəzi insan ixtiralarına.
Süni zəka – süni dua kimidi,
dua təkcə beyindən deyil,
ürəkdən gəlməlidi.
Məmur kimidi həyat - imza atır, amma oxumur.
İnsan bir sənəddi, Tanrının imzalamadığı sənəd.


II. Dağların sükutu


Dağlar danışmır artıq - 
dilini zaman yeyib,
səsini külək aparıb.
O dağların qəlbindəki sükut,
Tanrının ən ağır kəlməsidi.
Mən o dağların qucağında böyüdüm,
bulaq sularını içib sözün dadını öyrəndim.
Daşların arasıyla gələn səssizlikdə
elə bil mələklər nəfəs alırdı.
Bir daş vardı kəndimizin üstündə,
onu hər il yağış yuyar,
amma heç vaxt ağartmazdı.
Bəzən günah da daşa hopur,
və daş da dua etməyi unudur.
Dağların sükutu mənə
insanın iç səsini öyrətdi:
danışmaq asandı,
susmaqsa Tanrının imtahanıdı.
Görəsən, dağların ucalığı
bizi kiçiltmək üçündür, yoxsa biz çox alçaldıq deyə
onlar ucaldılarmı?
Mən hər daşda bir insan görürəm:
biri donub, biri çatlayıb, biri susub.
Sanki dünya bütövlükdə bir dağdı,
insan da onun içindəki əks-səda.


III. Kapşonlu Qız və Dua


Bir aprel dumanında,
gözəllik sükut kimi düşdü qarşıma - 
kapşonunun altında yağışdan islanmış
bir uşaq siması vardı.
O qız mənə baxmadı,
amma baxışının yoxluğu baxış idi.
O, dünyadan xəbərsiz deyildi - 
sadəcə, dünyanın yalanından yorulmuşdu.
Gözəllik bəzən belədi:
necə ki, Tanrı görünmür,
amma var - 
eləcə o da, görünmədən var olur.
Mən o an dondum,
bir misra kimi dilimdə ilişib qaldı həyat.
O qız ötüb keçdi,
amma mənim ruhumda iz buraxdı - 
iz deyil, dua kimi bir işıq.
Bəzən elə bilirəm,
Tanrı qadın gözəlliyində təzahür edir -
çünki qadın yaratmaq deyil, yaradıcılığın özüdü.
O kapşonlu qız,
yağışa qarışmış bir surə kimi
keçdi pillələrdən.
Əlimdən tutanda,
sanki düşməyə qoymadı
yalnız bədənimi yox, ruhumu da.


IV. Universitet qapısı və tale imtahanı


Həyat – bir imtahandı,
amma bilet nömrəsini Tanrı çəkir.
Bəzən suallar tanış gəlir,
bəzən səssizliyin içindən gəlir sualın özü.
O gün universitetin qapısında dayanmışdım,
əlimdə kağız, içimdə duman.
Soruşdu:
- Hə, avam oğul,
düşünürsənmi, biliyin yolu
ürəkdən keçirmi, yoxsa ağıl yoluyla?
Mən susdum.
Sükutum bəlkə də cavab idi.
Çünki elə o an
bir qadın səsi eşitdim içimdə - 
Səidə İmamzadə idi,
amma mələk kimi danışdı:
“Ni­yə bu uşağı incidirsiniz? Yazın qiymətini, getsin də...”
Həyat bəzən bir “üç”lə keçir,
amma o “üç”
üç mələyin qanadı kimidi:
inan, ümid et, döz.
İndi hər səhər günəş açanda
yenidən o qapının önündəyəm.
Tanrı qarşıma çıxır,
gülümsəyir və soruşur:
- Hazırsan?
- Nəyə, İlahi?
- Öz cavabına.


V. İclaslardan qaçan adam və sükutun mərtəbəsi


Mən iclaslardan qaçdım,
çünki orda sözlər taxta idi,
amma sandalyələr danışırdı.
Hər səsdə bir mənfəət yatırdı,
hər susqunluqda bir həqiqət ölürdü.
Mən o səslərdən qaçdım - 
qaçdım və sükutun qucağına girdim.
Söz çoxaldıqca həqiqət azalır,
çünki çox söz – az ruha bərabərdi.
Sükutda isə ruh öz evini tapır.
Dünya bir iclas otağıdı,
hamı danışır, heç kim dinləmir.
Mən isə bu “avam təxəllüsü”mlə
adımdan çox ruhumu çağırıram.
Bir gün ölüm də gələcək,
əlində bir dəftər,
dəftərin başlığı: “Məruzə – İnsan ömrü”.
Və Tanrı soruşacaq:
- Necə, söylə, çox danışdınmı, az dinlədinmi?
Mən deyəcəyəm:
- Dinlədim, İlahi, çox dinlədim.
Daşları, küləyi, dağları,
və Sənin sükutunu.

VI. Maradonanın tabutu və ölümə yazılan müraciət


Bir gecə yuxuda gördüm —
dünya qara bir stadion idi,
ortasında bir tabut dayanmışdı,
üzərində qızılı hərflərlə yazılmışdı:
“Maradona - Tanrının oyunçusu.”
Milyonlarla adam ağlayırdı,
amma ağlamağın səsi də reklam kimi gəlirdi.
Mən o izdihamda
öz təkliyimə bükülmüşdüm.
Tabuta yaxınlaşdım - 
oradakı bədən bir insandan çox,
bir simvol idi:
Uduzan bütün bəşəriyyətin simvolu.
Onda anladım:
ölüm də bir oyundu,
amma top – ürəkdi,
və biz onu hər səhv addımda itiririk.
Mən ölüm mələyinə məktub yazdım:
“Ey görünməz dost,
bu dünyayla barışa bilmədim.
Sözlərim bitdi,
fikirlərim köhnəldi,
gözlərim yoruldu işıqdan.
Qapını aç,
al canımı,
gəlmişəm...”
Mələk güldü,
gülüşü də bir dua kimi idi.
Dedi:
“Sən hələ ölməmisən,
çünki içində sükut hələ danışır.”
İndi mən bu dünyanın kənarında
bir sükut kimi dayanmışam:
dilimsiz, amma diri.
Və bircə cümlə qalıb içimdə:
“Mən avam azərbaycanlıyam —
Tanrının sadə yazısı,
dünyadan köçürülən bir misra.”


Ədalət Qarabulud.
Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?