SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

01:15 5.10.2025 746


SÖZÜM HARDA QALDI… - silsilə

I. 

Sözüm harda qaldı, bilmirəm
Söz – küləyin əlində sınmış qaval,
yarıda qalan nəğmə,
yarıda qalan dua.
Bəzən elə bil
kainatın qapısında ilişib qalan
yarımçıq nida kimiyəm.

II. 

Hər doğum – gizli bir qiyamətdir,
hər ölüm – yenidən başlanğıc.
Bələkdə ikən ulduzların pıçıltısını eşidirəm,
kəfəndə ikən torpağın nəbzini.
Ömür – gah bir damla sudur,
gah da dənizə çevrilən daşqın.
Mən yüz yol ayrıcından keçdim,
amma hər yol – yenidən özümə gətirdi məni.

III. 

“Mən səni sevirəm” –
bu söz – həm beşikdir, həm də məzar.
Onu deyən – yaradır,
onu eşidən – dağılır,
amma ikisi də
Tanrıya yaxınlaşır.
Sevgi – göylərdən yerə düşən bir şimşəkdir,
göz qırpımında hər şeyi yandırır,
sonra külün içindən
yeni bir nur doğurur.
Sevən – yanar,
sevilən – əriyər,
amma ikisi də
işığa çevrilər.

IV. 

Sözüm harda qaldı?
Bəlkə ulduzların sirr kitabəsində,
bəlkə daşların səssiz xatirəsində,
bəlkə də bir dərvişin göz yaşında.
Mən dönüb gəlmişəm
küləkdə uçan yarpaq kimi,
daşın qoynunda gizlənmiş dua kimi.
Hər ömürdən bir izlə qayıtdım,
hər izdən bir yanıqla.
Və hər yanıq –
yenə də sənin adını daşıyır.

V. 

Əslində söz – yalnız sükutun kölgəsidir.
Hər sükutda min söz yatır,
amma hər sözdə bircə sükut gizlənir.
Mənim sözüm də
Tanrının yaddaşında gizlidir:
o – axan suyun dodağında,
yanan şamın közündə,
dərvişin sükutunda yaşayır.
Və mən anladım:
“Mən səni sevirəm” –
dünyanın ilk və son cümləsidir.
Biz isə sadəcə
o cümlənin arasında gəlib-gedən
kölgələrik...

Ədalət Qarabulud.

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko