CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

01:29 13.09.2025 578


CIRPINTI...

Mistik - fəlsəfi poema

I Fəsil – Qanadı əzilmiş quş


Göyü görmək – azadlığın ilk nəfəsidir.
Bir quş vardı –
qanadı daşla əzildi,
amma gözləri hələ də mavi üfüqlərin
içində uçurdu.
Torpaq onu bağladı,
amma torpaq unudur –
ruh kölgəyə sığmaz.
Çırpındı,
çünki hər zəncirdə gizli bir qırılma,
hər qəfəsdə gizli bir açar var.
Zikr:
“Torpağa bağlansan da –
ruh göyə qalxar.”


II Fəsil – Anasını axtaran bəbək

Bir bəbək vardı –
süd qoxusu itməsə də,
nəfəsini itirmişdi anasının.
Onun ağlaması
kainatın susqun gecəsini yarıb keçdi.
Səsindən mələk qanadları titrədi,
ulduzlar dinlədi –
çünki bəbəyin fəryadı
dünya ilə Tanrı arasında
körpü idi.
Böyüklərin dili susanda
Tanrıya ən saf dua
bəbəyin göz yaşından yüksələr.
Zikr:
“Bəbəyin fəryadında
Tanrı öz adını gizləyər.”


III Fəsil – Qolları kəsilmiş Babək


Bir Babək vardı –
qolları kəsildi,
amma onun ruhu
göylərə qalxan bayraq kimi
dalğalandı.
Onun sükutu qılıncdan iti,
ürəyi dəmirdən möhkəm idi.
Bədəni torpağa düşdü,
amma adı –
göyün daş kitabəsinə yazıldı.
Qolu kəsilən Babək
dünyanın qollarını qırdı,
çünki tarix boyu
ruhların silahı
qılıncdan güclü oldu.
Zikr:
“Qolu kəsilən də qalxar –
çünki ruhun qolu kəsilməz.”


IV Fəsil – Cırpıntının sirri


Cırpıntı – zəiflik deyil.
Cırpıntı – ruhun
ölümün qapısına
vurulan son möhürüdür.
Cırpıntı – torpağın altında
işıq axtarışıdır.
Cırpıntı – qaranlığın içindən
öz yolunu göylərə çəkən
sönməz nəfəsdir.
Quş, bəbək, Babək –
üç sima,
üç rəmz,
üç həqiqət:
bədən sınar,
ruh sınmaz.
Zikr:
“Cırpıntı – ruhun zikridir,
sükutun içində Tanrı səsidir.”


Epiloq


Ey insan –
sən də bir quşsan,
sən də bir bəbəksən,
sən də bir Babəksən.
Hər çırpıntınla
öz yolunu çəkirsən –
torpağın altında yox,
sonsuzluğun qoynunda.
Unutma:
bədən torpağa dönər,
amma sənin nəfəsin –
Tanrının nəfəsidir.
Son zikr:
“Cırpıntı ölməz –
çünki ruh ölməz.”


Ədalət Qarabulud

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko