“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

17:12 14.03.2024 500
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur



“Nar” 2023-cü ilin nəticələrinə dair keçirdiyi mətbuat konfransında sərfəli qiymət siyasəti üzrə liderliyini, müştəri məmnuniyyəti ilə bağlı uğurlu göstəricilərini, əhatə dairəsinin genişləndirilməsi və mühüm sosial yönümlü layihələri barədə geniş məlumat verib.  

Müştəri Loyallığı İndeksi nəticələrinə görə mobil operatorlar arasında “Nar” yüksək nəticə göstərərək 2023-cü ildə ölkə üzrə lider olub. Müstəqil araşdırma şirkəti tərəfindən aparılmış sorğunun nəticələrinə görə, əsas razılıq bildirilən indikatorlar sərfəli qiymət, üstün müştəri təcrübəsi və internet paketləridir. 

“Nar”ın baş icraçı direktoru Qunnar Panke ötən ilin uğurlu nəticələri barədə danışaraq bildirib: “Ardıcıl 5-ci ildir, sərfəli qiymət və müştəri məmnuniyyəti üzrə lider mövqeyimizi qorumağa nail olmuşuq. 2024-cü ildə də müştəriyönümlülük və sərfəli qiymət strategiyamıza sadiq qalmağı hədəfləyirik,  çünki “Nar” sənə ən yaxın mobil operatordur”. 

Konfrans zamanı müştərilər üçün xərclərin şəffaflığını və müxtəlif xidmət əməliyyatlarını asanlaşdıran “Nar+” tətbiqinin yenilənmiş versiyası da təqdim edilib. Yenilənən tətbiqin interfeysində ən çox istifadə olunan funksiyalar önə çıxarılmaqla yanaşı, balans artımı, internet paketin yenilənməsi, tarif dəyişikliyi və digər əməliyyatları bir kliklə həyata keçirmək imkanı da verilir. 

Sərfəli xidmətləri ilə yanaşı, yüksək müştəri məmnuniyyətini də xüsusi diqqətdə saxlayan “Nar”ın xidmət mərkəzlərinə 2023-cü ildə müraciət edənlərin 98.6%-i göstərilən xidmətlərdən razılıqlarını bildiriblər. 2022-ci illə müqayisədə artan bu göstəricinin əldə olunmasında əsas faktor yeni konseptli mağazalara keçidin davam etdirilməsidir. Operator ötən il yenilənmiş 25 mağazasını təqdim edib. 

“Nar”ın əsaslandığı müştəriyönümlülük strategiyası 2023-cü ildə beynəlxalq səviyyədə tanınaraq ISO 9001:2015 Keyfiyyətin İdarə olunması və ISO 10002:2018 Müştəri Məmnuniyyətinin İdarə olunması üzrə beynəlxalq sertifikatlarına layiq görülüb. 

“Nar” Laçın şəhərində satış və xidmət mərkəzini təqdim edən ilk operator olub.  Abunəçilərinə daha yaxın olmaq məqsədilə, “Nar” qısa zamanda Şuşa, Xankəndi, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Füzuli, Tərtər və Ağdam şəhərlərinin öz əhatə dairəsinə daxil edilməsinə nail olub. 

“Nar” 2023-cü ildə korporativ sosial məsuliyyət strategiyası çərçivəsində 30 sosial təşəbbüsün gerçəkləşdirilməsinə dəstək olub. Operator ötən il həyata keçirdiyi layihələrə 2.4 milyon manatdan çox vəsait ayırıb. “Nar”ın davamlı olaraq həyata keçirdiyi “Jest dili.az” sosial layihəsi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən “Korporativ məsuliyyət” istiqamətində ən uğurlu layihə olaraq “Qızıl Dünya Mükafatı”na layiq görülüb. 

“Nar” 2024-cü ildə də ən sərfəli operator mövqeyini saxlamaqla, müştəriyönümlü strategiyasını davam etdirməyi, yeni konsepsiyalı daha 18 mağazasını müştərilərin xidmətinə təqdim etməyi, azad edilmiş ərazilərdəki əhatə dairəsini genişləndirməyi və həyata keçirilən sosial layihələrə investisiya yatırımlarını davam etdirməyi planlaşdırır.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko