Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Abşeron rayonunda qeyd edilmişdir

03:48 10.05.2023 621


Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak etmişdir. Tədbirdə iştirakçılar əvvəlcə Ümummilli Liderin adını daşıyan Parkda yerləşən abidəsinin önünə gül dəstələri düzmüş, xatirəsini böyük ehtiramla yad etmişlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir. 

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirmişdir ki, 2023-cü il Azərbaycan üçün mühüm tarixi hadisələrin ildönümü ilə əlamətdardır. Qeyd edilmişdir ki, bu il həm də  Milli Qurtuluş Gününün 30-cu ildönümü tamam olur. Eləcə də bu il Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin respublikamıza rəhbərliyinin 20-ci ili tamam olacaq. RİH başçısı vurğulamışdır ki, bu ilin ən mühüm əlamətdar hadisəsi isə heç şübhəsiz xalqımızın Ulu Öndəri, müasir Azərbaycan dövlətinin memarı, dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyidir. 2023-cü ilin respublikamızda "Heydər Əliyev İli" elan olunduğunu xatırladan başçı Ulu Öndərin xatirəsinə ehtiramın ifadəsi olan bu qərarın bütün cəmiyyətimizin minnətdarlığı ilə qarşılandığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd edilmişdir ki, Azərbaycan xalqı son yarıməsrlik tarixində nə nailiyyət əldə edibsə, onların müəllifi birmənalı olaraq Heydər Əliyevdir və onun dövlət fəaliyyətində bu gün də əhəmiyyətini qoruyan ideyalarıdır. Biz yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşuq. 

Azərbaycan inkişaf etdikcə, müstəqilliyini daha da möhkəmləndirdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, dövlətimiz qarşısında xidmətləri və fədakarlıqları daha dərindən dərk edildiyini vurğulayan Abdin Fərzəliyev bildirmişdir ki, Ümummilli Liderimiz fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmişdir. Bugünkü bütün nailiyyətlərimizin səbəbkarının məhz Ümummilli Liderimiz olduğunu önə çəkən RİH başçısı qürurla yaşadığımız müstəqil Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu demişdir. Qeyd edilmişdir ki, Azərbaycan Heydər Əliyevin müəllifi olduğu məqsədyönlü və müdrik siyasət nəticəsində mövcud inkişafa nail olmuşdur. Qarşıda bizi gözləyən daha böyük yüksəlişə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev yolu ilə gedirik.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.









Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır