Sizin saytda 21.08.2020-ci il tarixli, saat 10:25-də "Xalası oğlu Ağası Hüseynovu belə aldatdı - Misli görünməmiş dələduzluq" və 13.07.2021-ci il tarixli, saat 11:02-də "Şok!!! Amerikada yaşayan biznesmenin Bakının mərkəzindəki yeganə evi əlindən alınır" başlıqları altında, vətəndaş Hüseynov Ağası Hüseynağa oğlunun şər, böhtan və qərəzli müraciəti əsasında dərc etdiyiniz məqalələrə cavab olaraq aşağıdakı məlumatları nəzərinizə çatdırmaqla qarşı tərəf kimi öz mövqeyimi bildirirəm.
Hər iki müraciətdə Ağası Hüseynov iddia edir ki, guya bizim onun Bakı şəhəri Yasamal rayonu, Şəfayət Mehtiyev küçəsi 1054, mənzil 60 ünvanındakı yeganə mənzilini əlindən alırıq. Və bu işdə bizə hansısa gözə görünməz məmur köməklik edir. Eyni zamanda məqalənin əsas hissəsi daha çox şərəf və ləyaqətin alçaldımasına, işgüzar nüfuza xələl yetirilməsinə hesablanmış və qaldırdığı məsələyə aid olmayan alçaldıcı və absurd həqiqətə uyğun olmayan uydurmalardı.
Ağası Hüseynov müraciətini o qədər kolorit vermək istəyib ki, 21.08.2020-ci il tarixli məqalədə hətta məhkəmə predmetinə çevrilmiş özünə məxsus Şəfayət Mehtiyev küçəsi 1054, ünvanında 60 saylı mənzili və özünə məxsus Mersedes E250 (99GG550) avtomobilidə Fuad İbrahimovun əmlakları sırasına qatıb. (Əlavə 1)
Daha sonra hər 2 məqalədə mənim musiqi dünyasında “sintezator şahzədəsi” olmağıma vurğulamaqla alçaldılmağıma cəhd kimi qiymətləndirirəm.İlk növbədə Xahiş edirəm hansı subutlara əsaslandığınızı təqdim edəsiniz!! Mənim musiqi və musiqiçilərə böyük rəqbətim var. Kifayət qədər tanınmış musiqiçilərlə dostluğumda var. Fuad İbrahimov korol sintezatora- ifadəsi ilə məni təhqir etmək istəyirsizsə???bu halda Ağası Hesynovun anası Sədaqət Məmmədova-Milli Konservatoriyada fortepiano müəllimi, arvadı Nurlana Hüseynovanın isə doğma əmisi tanınmış qarmon ustası və el şənliylərinin iştırakçısı Tahir Zakirovdur.
Bundan sonra hər 2 məqalədə qumara meyilliyim və “Forex”lə bağlı birjalarda səhmlərin itirilməsi ilə bağlı onun evinin ələ keçirilməsi niyyətinin yaranması kimi absurd fikirlərdə ancaq işgüzar nüfuzun alçaldılmasına hesablanmış fikirlər kimi qiymətləndirirəm. Nəzərə alsaq ki, qumar oyunlarına meyillilik çox şəxsi mövqe olduğu üçün bu haqda məlumat ya birgə qumar oynayandan və yaxud qumar oyununda «mükafat fondunu» əvəz edən insandan çıxa bilər. Nəzərinizə çatdırıram ki, iqtisadçı alim olmağımla, Mən “FOREX” iştirakçısı yox əksinə bir çox insanların bu sahədən itkisiz çıxmaqlarına illər boyu çalışmışam. Bir çox müqaisəli məsələlərdə ekspert kimi çıxış etmişəm. Bu sahədə, MDB məkanında mütəxəssis kimi qəbul olunmuşam. ELMİ tədqiqatlarım “dünya birjalarında işin təşkili, spekulyativ anlayışlar, riskli investisiyalar” oduğu halda bu günə qədər üzündən oxuya bilməyən, savadına illər boyu haqlı şübhə etdiyim, İncəsənət Universitetini tranmvay altında qalmış “3” qiyməti ilə sürünərək bitirən, Fəlsəfə kafedrasında Fəlsəfər müəllimi axtaran Ağası Hüseynovun iddiaları onun xəstə təxayülüdür. Onun başındakı tük (saç) qədər elmi məqalərim var.
Mənim Ekologiya və Təbii sərvətlər nazirliyindən qovulmağımı, 3 milyon oğurlamağım kimi cəfəng böhtanla şərəf və ləyaqəti alçaltmağı sadəcə olaraq təziq kimi qiymətləndirirəm. Ekologiya Nazirliyindən struktur dəyişikliklər nəticəsi olaraq vəzifə yüksəlişi ilə Azərbaycan iqtisadiyyatının flaqmanı SOKARa Neft Kəmərlərinə şöbə rəisi təyin olunmuşam. Hər bir insanın əmək tarixçəsini əks etdirən əmək kitabçasının surətini təqdim etməklə Ağası Hüseynovun məkirli simasını əks etdirirəm. (Əlavə 2) Ümumiyyətlə isə Məlumat üçün nəzərəinizə çatdırıram ki, mən 1990-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad İnsitutunda təhsil almışam. 1995-1997- sığorta Agenti, 1997-2000-AR İqtisadiyyat Nazirliyi –baş mütəxəssis, 2000-2001-AR Ticarət Nazirliyi-şöbə müdiri, 2001-2004 Ekologiya Nazirliyi- Departament və Agentlik direktoru, 2004-2010- SOKAR “Neft Kəmərləri”-şöbə rəisi, 2010- bu günə kimi Dünya Bankının MDB üzrə müstəqil eksperti və 2008-ci ildən İqtisad üzrə Fəlsəfə doktoru alımlik dərəcəsinə layiq görülmüşəm. İşlədiyim qurumlarda yüksək xidməti xəsiyyətnamələr verilməklə yanaşı Fəxri fərmanlarla təltif edilmişəm.
Məqalələrdə mənim və ailəmin şərəf və ləyaqəti alçaldılmış, işgüzar nüfuzuma xələl yetirilmiş və açıq aşgar heç bir əsası olmayan böhtan xarakterli məlumatlar dövriyyəyə buraxılmışdır. Qeyd olunanlarla bağlı təkzib verilməsi üçün aşağıdakı materialları diqqətinizə təqdim edrəm.
Xüsusi qeyd etmək istərdim ki, Hüseynovlar ailəsi tərəfindən şərəf və ləyaqətin ləkələnməsi təziq metodologiyası normal hal kimi qəbul edilib. Lakin tərəfimizdən etik normalar rəhbər tutularaq, sivil qayda-qanun çərçivəsindən kənarlaşmadan bu qərəzli prosesdən şou yaradan və beləliklədə Ağası Hüseynovun və ailəsinin məkirli niyyətlərinin qurbanına çevrilmiş və bu yazıları dərc etmiş saytlara qarşı məhkəmə iddiası qaldırılmış və iddiamız təmin edilərək qanuni qüvvəyə minmişdir (Əlavə 3). Qanuni Qüvvəyə minmiş qərara əsasən Hüseynovlar ailəsinin bütün üzvləri Hüseynov Hüseynağa (ata), Hüseynov Ağası (Elçin), Məmmədova Sədaqət (ana), Hüseynova-Zakirova Nurlana(arvad) hərəsi 1000 manat cərimə edilmiş, dərc edilmiş məqalələrin təkzib verilməsi isə internet saytlarına tapşırılmışdır.
Daha sonra, Ağası Hüseynov şər, böhtan, həqiqətə uğun olmayan işgüzar nüfuza xələl yetirmək kompaniyasını öz arvadı Hüseynova-Zakirova Nurlana adından davam etdirdi. Bu halda da tərəfimizdən etik normalar çərçivəsində Məhkəmə orqanlarına müraciət edildi. Bu haldada qarşı tərəf heç bir sübut və fakt təqdim edə bilməmişdilər. Növbəti Qanuni Qüvvəyə minmiş qərara əsasən Hüseynov Ağasının arvadı Hüseynova-Zakirova Nurlana növbəti dəfə 1000 manat cərimə edilmiş, dərc edilmiş məqalələrin təkzib verilməsi isə müvafiq mətbuat nümayəndəsinə tapşırılmışdır. (Əlavə 4)
Məqaləyə keçid:
1) 16 may 2011-cı il tarixdə Ağası Hüseynov ABŞ-dan növbəti elektron poçt məktubunda, ona məxsus ANS TV kanalının yaxınlığındakı yeni tikilmiş mənzilini sataraq pulu götürməyi və bununlada borcun bir hissəsini qaytarmağı təklif etmişdir. O bilirdi ki, Mən bu təklifi onun qarşımda yaratdığı ”halal” adam olduğu üçün qəbul etməyəcəm. (elektron poçt-məktubları mövcuddur)
2) Ağası Hüseynov yeznəsi, Azərbaycan Beynəlxalq Bankın sabiq sədri Fuad Axundovla münasibətlərin “yalandan körlanması” obrazı yaratmaq üçün onu ünvanına ən ağır söyüşlər yazaraq mənə göndəriridi (elektron poçt-məktubları mövcuddur)
3) Ağası Hüseynov arvadı Nurlana Hüseynovanın Amerikada oxuduğunu iddia edir. Lakin Səbail rayon məhkəməsin Yanvar 2021-ci il- tarixli müraciətində Nurlana Hüseynova çoxdandır Ağası Hüseynovla ər-arvad kimi yaşamadığını və Ağası Hüseynovun başqa yerdə arvad saxladığı üçün BOŞANMA İDDİASI QALDIRMIŞDIR (İddia ərizəsinin surəti əlavə olunur.)
[9:49, 2021-7-15] Fuad Ibrahimov: 2000-ci illərin axırlarından Hüseynov Ağası Hüseynağa oğlu və onun bacısının əri (yeznəsi) Axundov Fuad Namiq oğlunun (fotoları əlavə edilir -1.2.) əməllərindən əziyyət çəkirdim. Xüsusi qeyd etmək istərdim ki, Fuad Namiq oğlu Axundov Azərbaycan Beynəlxalq Bankının sabiq sədri olub. Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycanda o dövrdə fəaliyyət göstərən “Almalı” Marketlərinin fəaliyyəti ilə bağlı Axundov Fuad Namiq oğlu, qaynı Hüseynov Ağası Hüseynağa oğlunun vasitəsi ilə, qohumluq əlaqələrindən və etibardan istifadə edərək onların biznesinin inkişafına köməklik etməyi Xahiş etmişdir. “Almalı” Marketlərinin Azərbaycanda açılması ideyasının müəllifi və yiyəsi Fuad Axundov olub. Borcun alınma səbəbi isə banklardan kredit ala bilmədikləri ilə bağlı olmuşdur. Axundov Fuad Namiq oğlunu nüfuzlu və etibarlı bir şəxs kimi tanıtdığım üçün onlara bu köməyi Hüseynov Ağası Hüseynağa oğlunun vasitəsi ilə etdim. Verilmiş pulların 2 ay öncə istədiyim zaman qaytarılmasına vəd verilmişdirlər. Lakin bir müddət sonra müəyyən olundu ki, “Almalı” Marketlər şəbəkəsi müflüsləşdi. Ağası Hüseynov və Fuad Axundov vəziyyətlərinin ağır olmalarını bildirsələrdə mənim pullarımın qaytarılmasına söz verdilər. Məlumat üçün bildirim ki, Axundov Fuad Namiq oğlu 2002-ci ildən Böyük Britaniyada yaşayır. Bundan sonra bəlli oldu ki, Ağası Hüseynovda ABŞ-a köçür. Borcla bağlı maraqlandım. Qeyd etdi ki, narahat olma mən varam ortalıqda, sözümdən qaçmıram. Ağası Hüseynov sonuncu dəfə ABŞ-yola düşməmişdən öncə özünü “halal” insan kimi qələmə verərək 02.02.2016-cı il tarixdə 522413 saylı etibarnamə ilə mənə daşınar əmlakının idarə edilməsini həvalə etmişdir. (Etibarnamənin sürəti Əlavə 3.) Bu dövr ərzində Ağası Hüseynov yeznəsi Fuad Axundovla və bacısı Fərəh Axundova ilə münasibətlərinin mənim puluma görə korlandığına məni inandıraraq vaxt aşırı bununla bağlı mail-lər göndərirdi.
Bu dövr ərzində səbrlə pulların qaytarılmasını gözlədim. Bundan bir müddət sonra mətbuatda http://www.dia.az/8/120233-azerbaycana-100-milyon-pul-atan-adam.html; http://www.dia.az/2/129090-almali-ile-bagli-yeni-shok-ddalar.html; http://www.dia.az/8/123349-almali-firildagi.html; bu kimi məqalələr işıq üzü gördü. Məqalələrdən bəlli oldu ki, “Almalı” fırıldağı əsasında küllü miqdarda mənimsəmə mexanizmi hərəkətə gətirilib. Məqalə əsasında və öz araşdırmalarım nəticəsində bəlli oldu ki, bu müddət ərzində Axundov Fuad və Ağası Hüseynov heç də müflüsləşməmiş və aralarında gözəl qohumluq münasibətlərini davam etdirirlər. Halbuki Ağası Hüseynov məni innandırmaq üçün yeznəsi Fuad Axundova özünün, anasının və s. qohumların sərt təziq etdikləri ilə bağlı kifayət qədər mail-lər göndərirdi. (Ağasının meyilləri -Əlavə )
Belə olduğu halda Ağası Hüseynovdan məsələyə aydınlıq gətirməyi və müddət gözləmədən borcların qaytarımasını tələb etdim. Ağası Hüseynov dərhal dəyişildi və ABŞ-dan gizli sifarişlə 02.02.2016-cı il tarixdə 522413 saylı mənə verdiyi daşınar əmlakının idarə edilməsinə dair Etibarnaməni ləğv elətdirdi (Əlavə 4.) Maraqlısı odur ki, etibarnaməni Ağası Hüseynovun tapşırığı və etibarnaməsi əsasında Azərbaycanda ləğv etdirən, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Paşayev İslam Teyyub oğlu olmuşdur (Əlavə 5.6.7.) Daha detallı araşdırmalardan bəlli oldu ki, Ağası Hüseynov etibardan istifadə etməklə vədlər verərək məndən aldığı vəsaitləri məhz İslam Paşayevin aravadının adına müqavilə ilə “Almalı” Market şəbəkələrinə faizlə yerləşdirmişdir. Bu əməliyyatlara isə Fuad Axundovun digər tanışı “Alamalı” Ticarət Şəbəkəsinin icraşı direktoru, sabiq Sumqayıt Beynəlxalq Bankın sədri Rafael Hacıyev rəhbərlik edirdi. Məqalələrdən bəlli olduğu kimi, bu mütəşəkkil formada fəaliyyət göstərən dəstə qısa zamanda Azərbaycanda topdancı sahibkarlardan, istehsal müəssisələrindən və digər hüquqi və fiziki şəxslərdən istər nəğd vəsaitlə, istərsə əmtəə şəklində olmaqla borclanmaya gedərək özlərini süni müflüs elan etmişdilər. Beləlilə araşdırmalardan bəlli olurki, kifayət qədər bu yolla əldə etdikləri vəsaitləri xaricə çıxarmışdılar. Xüsusi qeyd etmək istərdik ki, Fuad Namiq oğlu Axundov “Almalı” avantyurasından bir qədər sonra Rusiyanın “ROSATOM” korporasiyasının Türkiyədə “Akkuyu” layıhəsinə rəhbərlik etməyə başladı. Bu zaman isə Azərbaycanda “Almalı” layıhəsində itkilərlə üzləşmiş vətəndaşlar “Almalı”nın əsl sahibinin axtarışında Rafayel Hacıyevin yaxasından yapışmışdılar. Burada da Fuad Namiq oğlu Axundov vəzifəli himayədarlarından istifadə edərək Rafayel Hacıyevi oyundan çıxarmışdır. Nə az, nə çox bu dəfə Rafayel Hacıyev “Akkuyu” layıhəsində bir başa öz patronu Fuad Axundovun yanına sığınmışdır (Əlavə 8.9.10.11) Əlbətdə ki, Fuad Axundovun qaranlıq “təcrübəsi” bu işləri rahatlıqla həyata keçirməyə imkan verirdi. 2001-ci ildə Rəhmətlik Ulu Öndər Heydər Əliyevin ehibarına dönük çıxdığına görə Azərbaycan Beynəlxalq Bankın sədri vəzifəsindən azad edilmiş Axundov müxtəlif yollarla Böyük Britaniyaya sığına bilmişdir. Bütün bu faktları bir araya gətirərək, ən başlıcası isə Fuad Axundovun şəxsən mənə telefonla “Pulu mənə verməmisən, Ağası Hüseynova vermisən ondan da istə” mesajından sonra və parallel olaraq Ağası Hüseynovun ABŞ-dan əsl dələduz əməllərini biruzə verərək “nə istəyirsən get elə” bildirməsi və mənimlə bütün əlaqələrini kəsməsi Məni Məhkəmə orqanlarına müraciət etməyə vadar etdi.
Bundan sonra sivil qaydada iki (2) ayrı-ayrı epizodla Məhkəmə orqanlarına müraciət etdim. Hər iki epizod üzrə Ali Məhkəmə qərarları ilə haqlı iddialarım təmin edildi. Hər ikisi 2018-ci ildə Qanuni qüvvəyə minmişdir. Məhkəməyə müraciət edən kimi Ağası Hüseynovun atası, vaxtı ilə 2-saylı Tibb Texnikomunun direktor müavini Hüseynağa Hüseynov və qaynatası XDMX-nin sabiq əməkdaşı, polkovnik Əfsələddin Zakirov ayrı ayrılıqda qohumluq əlaqələrini yada salaraq məhkəmələrdən ərizələrimi geri götürməyə Xahiş etdilər. Əfsələddin Zakirovun mənzilimdə qeydə alınmış videosu (əlavə olunur 12a.12.b.12.c). Eyni zamanda qeyd etmək istərdim ki, videoda Əfsələddin Zakirovun istinad etdi Elçin adlı şəxs Ağası Hüseynovdur. Uşaqlıqdan Ağası ikinci ad kimi Elçin çağrılıb. Lakin bu cəhtləri alınmadığı halda sosial şəbəkələr və mətbuatda qərəzli yazılarla şərəf və ləyaqətin alçaldılması siyasətini rəhbər tutaraq təziqlərə başlamışdılar. Bu haldada tərəfimizdən etik normalar rəhbər tutularaq, sivil qayda-qanun çərçivəsindən kənarlaşmadan bu qərəzli prosesdən şou yaradan və beləliklədə Ağası Hüseynovun və ailəsinin məkirli niyyətlərinin qurbanına çevrilmiş və bu yazıları dərc etmiş saytlara qarşı məhkəmə iddiası qaldırılmış və iddiamız təmin edilərək qanuni qüvvəyə minmişdir (Əlavə 13). Qanuni Qüvvəyə minmiş qərara əsasən Hüseynovlar ailəsinin bütün üzvləri Hüseynov Hüseynağa (ata), Hüseynov Ağası (Elçin), Məmmədova Sədaqət (ana), Hüseynova-Zakirova Nurlana(arvad) hərəsi 1000 manat cərimə edilmiş, dərc edilmiş məqalələrin təkzib verilməsi isə internet saytlarına tapşırılmışdır.
Daha sonra, Ağası Hüseynov şər, böhtan, həqiqətə uğun olmayan işgüzar nüfuza xələl yetirmək kompaniyasını öz arvadı Hüseynova-Zakirova Nurlana adından davam etdirdi. Bu halda da tərəfimizdən etik normalar çərçivəsində Məhkəmə orqanlarına müraciət edildi. Bu haldada qarşı tərəf heç bir sübut və fakt təqdim edə bilməmişdilər. Növbəti Qanuni Qüvvəyə minmiş qərara əsasən Hüseynov Ağasının arvadı Hüseynova-Zakirova Nurlana növbəti dəfə 1000 manat cərimə edilmiş, dərc edilmiş məqalələrin təkzib verilməsi isə müvafiq mətbuat nümayəndəsinə tapşırılmışdır. (Əlavə 14)
Xüxusi qeyd etmək istərdim ki, işgüzar nüfüzu, şərəf və ləyaqəti ləkələyən və alçaldan məlumatların məhkəmə qaydasında təkzib olunması üçün hər iki məhkəmə baxışlarında iddialarımız məhkəmə-linqvistik ekspertizasına göndərilmişdir.
Beləliklə yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş Məhkəmə Qərarlarından sonra, borclu Ağası Hüseynov dələduzluq əməllərinə sadiq qalaraq, Qərarların icrasına məhəl qoymamış, borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrasından müxtəlif bahanələrlə yayınmışdır.
Xüsusi qeyd etmək istərdik ki, 1977-ci il təvəllüdlü Hüseynov Ağası Hüseynağa oğlu sonuncu dəfə 2016-cı ildə Azərbaycanı tərk edərək Tükiyə üzərindən ABŞ-a qaçmış və orada məskünlaşmışdır. Hüseynov Ağası Hüseynağa oğlu 2016 cı ilin 02 sentyabr tarixində Dövlət sərhəddini keçərək bu günə qədər geri qayıtmaması haqda arayış-(Əlavə 15). Ağası Hüseynov ona məxsus bir çox daşınar əmlakın özgələşdirməsini həyata keçirmişdir. Məhkəmə orqanlarının operativ müdaxiləsi nəticəsində Ağası Hüseynov ona məxsus 192m2 sahəhəsi olan, yeni tikili, Şəfayət Meytiyev küçəsi 1054-cü məhəllə, 60 saylı mənzili özgələşdirə bilməmişdir. Beləliklə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş Qərarlarının icrasını qismən təmin etmək məqsədi ilə Yasamal Rayon İcra və Probasiya şöbəsi borcun qısmən ödənilməsi üçün sözü gedən mənzilə yönəltmişdir.
Hazırda Hüseynovlar ailəsi Məhkəmə Qərarlarının İcrası ilə bağlı süni əngəllər yaradaraq, onlara məxsus yeganə evlərinin əllərindən alınması kimi cəfəng iddialar irəli sürürlər. Halbu ki, Ağası Hüseynov və ailəsi 2016-cı ildən Azərbaycan Respublikası ərazisində yaşamır və Bakı şəhərində daimi qeydiyyat və yaşayış yeri olaraq Parlament pr., ev 6 (500), mən.86 ünvanında qeydiyyatdadır. Bununla yanaşı həyat yoldaşı Hüseynova Nurlana Əfsələddin qızı Bakı şəhəri, Yasamal rayonu Ş.Dadaşov küçəsi, ev 65, mənzil 76 ünvanında, atası Hüseynov Hüseynağa Əbdülhüseyn oğlu Bakı çəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 1 mənzil 7 ünvanında, anası Məmmədova Sədaqət Arif qızı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti, ev 78V, mənzil 140 ünvanında ünvanında mənzil sahibidirlər.. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il № 55-IQ saylı AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUN müddəalarına əsasən cavabdeh tərəfin bəhanə gətirdiyi istinadların heç bir huquqi əsası yoxdur. Eyni zamada ailələrinə məxsus ABŞ-ın Florida ştatında, Türkiyənin Kuşadası və Antalya, Moskva şəhərində, İngiltərnin Vinçester şəhərində daşınmaz əmlakları vardır. Əlavədə Ağası Hüseynovun Florida ştatında evin fotosu və 2016-cı ildə atasına hədiyyə etdiyi GRAND CHEROKEE avtomobilini Kuş Adasındakı evlərində hədiyyə etməsi video görüntüsü əlavə edilir. (Əlavə 16,17)
Hörmətli redaksiya,
Hazırda Ağası Hüseynov, atası Hüseynağa Hüseynov, həyat yoldaşı Nurlana Hüseynova-Zakirova müxtəlif sosial şəbəkələrdə ardı arası kəsilmədən guya ki, bizim arxamızda nüfuzlu dövlət məmurunun olduğunu iddia edərək şər və böhtan dolu əsassız yazılar dərc etdirirlər. Halbuki, 2018-ci ildən qanuni qüvvəyə minmiş Ali Məhkənin qərarlarından 3 il keçməsinə baxmayaraq borclu Ağası Hüseynov tərəfindən 1 manat belə ödənilməmişdir. Bununla yanaşı 2(004)-4138/2018 saylı, 20.09.2018-ci il tarixli Yasamal Rayon Məhkəməsinin hakimi Aytən Mirzəzadə, 2(004)-4960/2017 saylı, 05.12.2018-ci il tarixli Yasamal Rayon Məhkəməsinin hakimi Təhminə Xəlilova, 2(103)-2307/2019 saylı, 28.01.2019-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova, 8(004)-326/2019 saylı, 19.04.2019-cu il tarixli Yasamal Rayon Məhkəməsinin hakimi Vahid Hacıyev, 2(004)-3554/2019 saylı, 25.07.2019-cu il tarixli Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədli, 8(103)-506/2019 saylı, 15.08.2019-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşad Şamayev, 8(103)-657/2019 saylı, 04.11.2019-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin hakimi Aidə Hüseyn, 8(103)-417/2020 saylı, 16.10.2020-ci l tarixli Bakı Apellyasiya Məhkəməsinin hakimi Şeyda Məhərrəmova, 2(102)-1044/2021 saylı, 04.02.2021-ci il tarixli Ali Məhkəmənin hakimi Aqil Abbasov və İD924805 saylı, 11.02.2021-ci il tarixli Ali Məhkəmənin hakimi Vüqar Həsənov tərəfindən çıxarılmış ümumi işin süründürülməsinə xidmət edən Qərarlar əsassız olaraq Ağası Hüseynovun xeyrinə verilmişdir. Göründüyü kimi bu işdə hər hansısa nüfuzlu dövlət məmurunun bizim xeyrimizə çalışması cəfəngiyyatdan başqa bir şey deyil və Hüseynovlar ailəsinin məkirli simasını ortaya qoyur.
Daha sonra apardığımız araşdırmalar nəticəsində müəyyən edimişdir ki, Ağası Hüseynov və ailəsi artıq ABŞ vətəndaşlarıdırlar. (Ağası Hüseynovun oğlu Hüseynov Hüseyin Ağası oğlunun əldə etdiyimiz ABŞ vətəndaşı pasportu əlavə edilir-Əlavə 18)
Hazırda Ağası Hüseynov ABŞ-da Florida ştatında sahibi olduğu avtomobil satışı mərkəzlərinin menedjeri kimi fəaliyyət göstərir.
(http://buycarsone.com,https://www.facebook.com/FROMUSA.AZ/?ref=page_internal,https://www.fromusa.az/contacts.html)Ağası Hüseynovun ABŞ ərazisində qeydiyyatı, gəliri, bank hesabı haqda məlumatları və ABŞ-dakı yaşayışını əks etdirən görüntüləri əlavə edirik (Əlavə 19-23).
Xüsusi qeyd etmək istərdim ki, Ağası Hüseynovun adına olan heç bir daşınar daşınmaz əmlak Bizə lazım deyil. Yalnız qanuni qüvvəyə minmiş Məhkəmə qərarları əsasında olan borcların qaytarılmasını tələb edirik. Lakin borclu Ağası Hüseynov fırıldaq əməllərinə sadiq qalaraq, sabiq Beynəlxalq Bankın sədri Fuad Axundovun məhkəmələrdə bizə məlum olmayan güclü dayaqlarından istifadə edərək işin yubadılamsına, icra olunmamasına və borclu Hüseynov Ağasının qanunvericiliklə icra xidməti tərəfindən borc əvəzinə yönəldilə biləcək yeganə əmlakının özgələşidirməsinə və satılaraq kapitalın Azərbaycandan çıxarılmasına köməklik göstərir. Bu işlərdə müxtəlif saxtakarlıqlara əl atırlar və intihar edəcəkləri ilə təhdid edirlər.
Bu hərəkətlərdən biridə Ağası Hüseynovun və həyat yoldaşı Hüseynova-Zakirova Nurlananın Yasamal rayonunda qeydiyyatda olduğu və 2016-cı ildən Azərbaycan ərazisində olmadıqları halda Səbail rayonu məhkəməsinə müraciət edərək saxtalıqla boşanma yolu ilə sözü gedən mənzilin borclu Ağası Hüseynovun adından çıxarılaraq Nurlana Hüseynovanın adına keçirilməsi cəhdidir. Maraqlısı odur ki, Hüseynovlar saxta boşanma iddia arizəsində hər kəs üçün müqəddəs və toxunulmaz hesab edilən özlərinin ailə dəyərlərini alçaltmaqdanda vaz keçməmişdilər. Beləliklədə bu maxinasiya yolu ilə Məhkəmə qərarlarının icrasından boyun qaçırmağa çalışırlar. İddia ərizəsinin mətni ilə tanış olduqdan sonra….sözün bitdiyi an!!! (Əlavə 24-25)
Hörmətlə,
Fuad İbrahimov