“Youtube” sosial şəbəkəsinin “Kanal 13” internet televiziyasında Allahverdiyeva Sənubər Əbil qızının müraciəti ilə bağlı yayımlanmış video-informasiya ilə əlaqədar - T Ə K Z İ B

11:29 7.07.2020 1 730
“Youtube”  sosial  şəbəkəsinin   “Kanal 13”   internet   televiziyasında Allahverdiyeva Sənubər Əbil qızının müraciəti ilə  bağlı  yayımlanmış video-informasiya ilə əlaqədar - T Ə K Z İ B


“Youtube” sosial şəbəkəsinin “Kanal 13” internet televiziyasına

“Youtube” sosial şəbəkəsinin “Kanal 13” internet televiziyasında
Allahverdiyeva Sənubər Əbil qızının müraciəti ilə bağlı yayımlanmış
video-informasiya ilə əlaqədar
T Ə K Z İ B


Ağsu şəhəri, Koroğlu küçəsi, 14 saylı evdə yaşayan S.Allahverdiyeva 02 iyul 2020-ci il tarixində “Youtube” sosial şəbəkəsinin “Kanal 13” internet televiziyasında yayımlanan müraciətində şəhid ailəsi olduğunu bildirməklə 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində yaşadığı fərdi yaşayış evinin ziyan çəkməsini video-görüntü vasitəsilə təqdim etmiş və bununla bağlı aidiyyəti qurumlar tərəfindən heç bir tədbir görülmədiyindən və təhqir olunmasından şikayətlənmişdir.
Nəzərinizə çatdırırıq ki, S.Allahverdiyeva şəhid ailəsi statusuna malik deyil. Onun qardaşı, Allahverdiyev İlyas Əbil oğlu 1992-ci ildə Qarabağ müharibəsi zamanı Gədəbəy rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhidlik statusu İlyas Allahverdiyevin mərhum valideyinlərinə şamil edilmişdir. S.Allahverdiyeva ailəli olmuş, ayrı ailə təsərrüfatına malik olmuşdur. Sonradan həyat yoldaşından boşanmışdır.
Məlumat üçün bildiririk ki, S.Allahverdiyeva 06.12.2019-cu ildə Ağsu RİH-nin binası qarşısında, 18.05.2020-ci ildə isə Ağsu rayon Kommunal Müəssisələri Kombinatının inzibati binasında xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, həmin qurumların daxili rejim qaydalarını kobud surətdə pozmuş və hər 2 halda Ağsu rayon Polis şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (xırda xuliqanlıq) protokol tərtib olunaraq barəsində toplanmış inzibati xəta haqqında materiallar rayon məhkəməsinə göndərilərək cərimə olunmuşdur.
Bildiririk ki, S.Allahverdiyevaya məxsus fərdi yaşayış evinin planda ölçüləri 10x10,5 metrdir. Zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən onun evinə baxış keçirilmiş və təmirə ehtiyacı olan ev kimi qeydə alınmışdır. FHN-nin “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu tərəfindən S.Allahverdiyevanın evinin təmiri üçün dolğun smeta sənədləri tərtib edilərək podratçı təşkilata gönərilmişdir. Podratçı təşkilat dəfələrlə evin təmirinə başlamaq istəsə də, S.Allahverdiyeva buna imkan verməyərək təmir işlərinin görülməsindən imtina etmiş və evinin sökülüb yenidən tikilməsini tələb etmişdir.
Qeyd edirik ki, zəlzələdən ziyan çəkmiş evlərə müvafiq rəy verilməsi Ağsu RİH-nin deyil, FHN-nin səlahiyyətlərinə daxildir. Odur ki, S.Allahverdiyevanın rayon icra hakimiyyəti qarşısında tələbi əsassızdır. Onun video-materialdakı müsahibədə dediyi fikirlər şər və böhtan xarakteri daşıyır. Belə ki, S.Allahverdiyeva bildirir ki, guya rayonun baş memarı Mirəli Qurbanov şəhidin ünvanına nəlayiq ifadələr işlətmişdir. Hansı ki, bu sözləri Azərbaycan Respulikasının heç bir vətəndaşı şəhidin ünvanına deməz. Lakin, fırıldaqçılıq mövqeyi tutaraq ev tikmək sevdasına düşən şəhid bacısı S.Allahverdiyeva müxtəlif dövlət qurumlarında qardaşı haqqında dəfələrlə nəlayiq sözlər səsləndirmişdir.
Video-görüntüdən tam aydın hiss olunur ki, S.Allahverdiyevanın bu məzmunlu müraciət etməsinə kənar şəxslər tərəfindən müdaxilə olunur. Onu belə böhtan xarakterli müraciət etməyə təhrik edən üzdəniraq şəxslər öz pis əməllərindən utanmalı və bu yoldan çəkinməlidirlər. Əks təqdirdə həmin şəxslər Azərbaycan Respublikasının Qanunları qarşısında cavab verməli olacaqlar.
Odur ki, yuxarda qeyd olunan dəqiqləşmiş məlumatları nəzərə alaraq bu Təkzibin saytınızda paylaşılmasını xahiş edirirk.
Ağsu Rayon İcra Hakimiyyəti
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:47

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi