Avropa İttifaqının (Aİ) sədri Jan-Klod Yunker Donlad Trampın prezidentliyini təşkilatın problemlərindən biri kimi göstərib.
“Suriyada müharibə davam edir. “Brexit” problemimiz var. ABŞ-da yeni prezident var”, - o, Belçikada parlamentdə çıxış edərkən deyib.
Amerikanın son 100 ildə qeyri-ordinar prezidentlərindən biri olan, respublikaçı Donald Tramp yanvarın 20-dən etibarən Amerika Birləşmiş Ştatlarının prezidenti olub.
Ekssentrik milyarder, sistemdən kənar və “korrupsiyaya uğramış sistem ilə” mübarizə aparan siyasətçi 2016-cı ilin noyabr ayında Demokratik partiyanın namizədi, sabiq birinci xanım və dövlət katibi Hillari Klintonu sensasiyalı şəkildə məğlub etdi.