İmamoğlunun saxlanılması: “Ərdoğan yeni prezidentin adını “açıqladı” – İlginc

16:21 19.03.2025 284
İstanbul Böyükşəhər Bələdiyyəsində keçirilən genişmiqyaslı antikorrupsiya əməliyyatı böyük rezonans doğurub. Xüsusən İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması siyasi gündəmi silkələyib. Məlumata görə, əməliyyat çərçivəsində onun mətbuat müşaviri Murad Ongün, təbliğatını aparan Necati Özkanın da olduğu daha 100 nəfər nəzarətə götürülüb.

İmamoğlunun həbsində hansı pərdəarxası məqamlar ola bilər? Bu onun hakimiyyətə gəlmək yolunu bağlayacaqmı?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Türkiyə siyasətində belə hadisələr tez-tez baş verir:

“Siyasilərin həbsi, saxlanılması kimi olaylar Türkiyədə əvvəllər də olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bir vaxtlar həbs həyatı yaşayıb.
qabil huseynli esas
Qabil Hüseynli

İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiyaya qarşı əməliyyatın olacağı gözlənilirdi. Ümumiyyətlə, bir müddət idi ki, həm bələdiyyənin, həm də Əkrəm İmamoğlunun fəaliyyətində qanunsuzluqların olduğu deyilirdi. Əslində, özü bu prosesə şərait yaratmış oldu.
Ərdoğan ağıllı insandır, bu yollardan keçib gəlib. İmamoğlu səhv buraxdı, o da ustaca istifadə etdi. Mən əməliyyatın gedişi ilə bağlı hər hansı qanunsuzluq olduğunu düşünmürəm. Amma bütün hallarda bu, İmamoğlunun karyerası üçün ciddi zərbə olacaq”.
natiq ceferli real 2
Natiq Cəfərli

REAL Partiyasının sədri Natiq Cəfərli isə deyib ki, AKP-nin atdığı addımlar Əkrəm İmamoğlunu prezidentliyə daha da yaxınlaşdırdı:
“Çox böyük ehtimal, Türkiyənin gələcək prezidenti Əkrəm bəy olacaq. Sadəcə, məni bir sual maraqlandırır: AKP bunu bilərəkdənmi edir, müəyyən razılaşmalarmı var, ya reallıq hissini tam itiriblərmi?! Axı ən yaxşı elə Ərdoğan bilir ki, Türkiyə xalqı həmişə “mağdurun” yanında olur, indi açıq-aşkar İmamoğlunu “mağdur” edirlər, deməli, ona yardımçı olurlar ki, prezidentliyə əminliklə addımlasın – bunu anlamayacaq qədər siyasi “kor” olmaları mümkün deyil”.
08bZbRHikP1Dwhs6SRea
Kənan Novruzov

Siyasi şərhçi Kənan Novruzov isə deyib ki, Türkiyə siyasi elitasında bu məsələ zaman-zaman gündəmə gəlir:
“Fikrimcə, İmamoğlu ilə bağlı iddialar onu gözdən salmaq kampaniyasının tərkib hissəsidir. Vaxtilə hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı da belə addımlar atılmışdı. İmamoğlunun diplomunun ləğv edilməsinin siyasi nəticələri olacaq. Mümkündür ki, qərarın obyektiv və ədalətli səbəbi var. Amma istənilən halda bu onun tərəfdarlarında inamsızlıq yaradacaq. İmamoğlu prezidentliyə əsas namizəddir, amma artıq şansları azalacaq”.

Turan Rzayev
Globalinfo.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:57

FAMİL BAĞIROV: 8 NOYABR – AZƏRBAYCANIN ZƏFƏR SALNAMƏSİ VƏ MİLLİ İRADƏNİN TƏNTƏNƏSİDİR

16:14

"TAPDIQ ƏLİBƏYLİ SÖZÜN GÖZU İLƏ" - YENİ KİTAB

19:36

Müasir düşüncə, yeni texnologiyalar, yeni hədəflər - Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva

12:26

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama